"İçəri şəhər" filmi Beynəlxalq festivalda

 

"İçəri şəhər" bədii filmi Çinin Fuçjou şəhərində keçirilən IVpək Yolu" Beynəlxalq Film festivalında iştirak edir.

 

Festival qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəni əlaqələri, xüsusən kino istehsalı əməkdaşlığını genişləndirmək məqsədi daşıyır. Noyabrın 28-də festivalın möhtəşəm açılış mərasimi keçirilib. Mərasimdə "İçəri şəhər" filminin yaradıcı heyətindən quruluşçu rejissor İlqar Safat baş rol ifaçılarından Mehriban Zəki festivalın yaradıcı heyətinə təşəkkür edib, uğurlar arzulayıblar.

 

Rejissor İlqar Safatın psixoloji dram janrında çəkdiyi "İçəri şəhər" filmi  gənc qızın orta yaşlı Qarabağ müharibəsi veteranı ilə sevgisindən bəhs edir. Onları bir-birinə klassik musiqi, incəsənət saf duyğular birləşdirir. Lakin bu sevgi başda gənc qızın ailəsi olmaqla bütün cəmiyyətin qınağına tuş gəlir.

 

Əməkdar artist Mehriban Zəkinin canlandırdığı Səbinə, qızının taleyi uğrunda vuruşan, onun xoşbəxtliyi üçün əlindən gələni edən, övladını onun özündən belə qorumağa çalışan anadır. Bütün analar kimi övladının gələcəkdə ağrı-acı çəkməsini istəməyən Səbinə qızını özündən yaşca çox böyük biri ilə deyil, daha gənc oğlanla evləndirmək istəyir. Bütün problemlər burdan başlayır. 

 

Film Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2016-cı ildə lentə alınıb.

 

Filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri T.Rafaella İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

 

Filmdə baş rolları T.Rafaella, Firdovsi Atakişiyev, M.Zəki, Elmira Şabanova, Anar Xəlilov digərləri canlandırıblar.

 

"İçəri şəhər" filmi indiyə qədər Misirin 38-ci Qahirə, Estoniyanın 20-ci Tallin "Qaranlıq gecələr", Türkiyənin 5-ci "Van gölü", ABŞ-ın 50-ci "Worldfest Houston", Hindistanın 21-ci Kerala da daxil olmaqla səkkiz Beynəlxalq Film Festivallarında ölkəmizi təmsil edib müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.

 

IV "İpək Yolu" Beynəlxalq Film festivalı dekabrın 3-dək davam edəcək.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2017.-30 noyabr.-S.7.