Qarabağ bayatıları  

 

 

Düzüm-dağım Qarabağ,

Cənnət bağım Qarabağ!

Biz odlar övladıyıq,

İlk ocağım - Qarabağ!

 

Qarabağ - böyük bağdı.

Dağı da - böyük dağdı.

Qarabağ bizim olub,

Bizim olacaqdı.

 

Qarabağ bir cahandı,

Qarabağ canda candı.

Qarabağın anası

Böyük Azərbaycandı.

                    

05.10.2017

 

Fikrət Qoca

 

525-ci qəzet.- 2017.- 7 oktyabr.- S.13.