"Çölçü"lük - Azərbaycan kinosu - 120

 

 

 

 

İnsan təbiətin bir parçasıdır. Müasirliyin gətirdiyi ən böyük bəla insanın təbiətdən uzaq düşməsidir.

 

Zaman qabağa getdikcə, zəmanə irəlilədikcə təbiət geri çəkilir sanki. Bu qaydalarlayaşamaqistəmir. Ya da sadəcə mümkün deyil belə yaşaması. Təbiətin öz qanunları var. Əlbəttə, artıq çoxdan, lap çoxdan təbiət sadəcə bir istirahət yeri sayılır, insan onun fəlsəfəsindən uzaqdı, dərinliyini anlamağa, qaydalarını dərk etməyə çalışmır da heç. Çünki buna vaxtı yoxdu. Sivilizasiya nəhəng bir akula kimi çağdaş dünyanın zamanını udmaqdadı. Dinamik həyat çox şeylərin dərininə getməyə yer qoymur, çünki yeni hadisə gəlir, yeni olay baş verir sənin dünənki haqqında düşünməyə macalın qalmır... Bir sözlə müasir dünyanın adamı yalnız indi burada yaşayır. Onunindi buradaanlayışı isə son dərəcə dardı, məzmunsuzdu, dayazdı. Hər halda ilk baxışda belədi... Ona görə sənət durmadan o zamanın sürətini azaltmağa, bəzən o anı tutub saxlamağa, bəzən vaxtı geri çevirməyə çalışır. Elə təbiəti , onun təbii, amma təbii olduğu qədər qəribə qaydalarını da izah eləməyə çalışan sənətdir.

 

Rejissor Şamil ƏliyevinÇölçüfilminin əsas qayəsi insanı təbiətin parçası kimi göstərməkdir. Özü sivilizasiyadan cəmisi bir neçə kilometr aralı olan insanı. Ssenari müəllifi Vidadi Həsənovun filmin qəhrəmanlarını həm çöldə, həm içəridə, yəni dağınıq həyatın içində göstərməsi təsadüfi deyil. Çöllə xaotik dünyanı piyada keçə biləcəyin məsafə ayırır. Çöldən imtina edib ora getmək, orda yaşamaq çətin deyil, amma...

 

Çölçüfilminin ideyası yeni deyil əlbəttə. İllərlə ən müxtəlif sənətkarlar insanı çöllə, cəngəllik qanunları ilə üz-üzə qoymağa, onun bu vəziyyətdə açıla biləcək xarakter özəlliklərini anlamağa çalışıblar. Mauqlini heyvanların arasına atan Redyard Kiplinqin, Robinzon Kruzonu tənha, kimsəsiz adayagöndərən” Daniel Defonun, yaxud Tarzanı vəhşi təbiətlə üz-üzə qoyan Edqar Raysın niyyəti eynidir; təbiətin ibtidailiyi, paklığı, özünəməxsus qanunları içərisindəki insanı göstərmək, anlatmaq, izah etmək... Bu mənadaÇölçü”nün qəhrəmanlarının vəziyyəti daha müasirdir. Yəni onlar Robinzon kimi yaşamaq uğrunda mübarizə aparmırlar, təbiətlə mücadilədə deyillər. Sadəcə özləri bu yolu seçiblər, bu cür yaşama üstünlük veriblər. Amma niyə? Kinoda bu cür havada qalan, cavabsız suallar çoxdur. Məsələn, Ulu (Vidadi Həsənov) üçün təkdir? Bu oğlan - cavan çölçü (Bəhruz Vaqifoğlu) Ulunun ölümündən sonra niyə tərk eləmir çölü? Yaxud qısa saçlı qız şəhərin, urbanistik həyatın tərkibi ola-ola çölü üçün seçir? Bütün bu sualların cavabı tamaşaçıya qalır, müəlliflər bunlara aydınlıq gətirməyə çalışmırlar. Görünür, məqsəd tamam başqadı, ona görə. Niyyət çölün səssizliyini, sözsüzlüyünü bu kimsəsizlik içərisindəki kirlənməmiş adamı göstərməkdi. Hətta bu adamın adı da yoxdu. Adın nədi? - sualına - “heç ” - deyə cavab verən cavan çölçünün uşaqlığı da (Cavidan Məmmədli) son dərəcə maraqlıdır. Uluya gözünü dikən, yaşamağı ondan öyrənən, dəvələrlə birgə böyüyən bu oğlan ayrı heç istəmir . Çünki əslində, hər şey elə çöldədi.

 

 

Xatırlayıram ki, bir neçə il əvvəl rus rejissoru, Kann, Venesiya kino festivallarının qalibi, “Oskar” mükafatı laureatı  Nikita Mixalkov Bakıda ustad dərsi keçəndəGünəşdən usanmışlarfilminin çəkilişlərində müşahidə etdiyi maraqlı məqamları bölüşürdü. O zaman çölün estetikası, çölün səsləri haqqında dediklərini heç unutmuram. Mixalkov çölü sadəcə böyük möcüzə adlandırırdı, gecələr mikrafonları ən müxtəlif yerlərdə qurub çölün səslərini yazmasını, sonra bu melodiyaya saatlarla qulaq asmasını danışırdı. Bilirsiz, o necə ilahi bir musiqi idi!” - deyirdi. Çölçüfilmində məhz o ilahiliyin ötürülməsi niyyəti duyulur. Aktyorlar çox danışmırlar, hadisə müasir zaman üçün adi, sıradan bir işdir. Yəni bir qadının aldadılması, aşağılanması o qədər də qəribə deyil indi. Amma bütün bunlar çöl üçün qəbuledilməzdir, yolverilməzdir. Ona görə də cavan çölçünün ona üz tutan, onunla birgə yaşamağa çalışan gənc qadına skeptik yanaşması, onu kənar dünyanın adamı kimi, çöl üçün yad ünsür kimi qəbul etməməsi təbii görünür.

 

Çölçüfilminin əsas üstünlüyü elə çöl estetikasıdır. Rejissor Şamil Əliyev bu estetikanı hər şeydə qorumağa, daha doğrusu, qabartmağa çalışır və uğurla nail olur. Aktyorların üzündə, fakturasında - Vidadi Həsənovun dərin gözləri, Bəhruz Vaqifoğlunun qərib baxışları, gürcü aktrisası Salome Demurlanın ürkək davranışında qəribə bir ibtidailik, saflıq var. Rejissor aktyorların sözlə yox, üz cizgiləri, baxışlarıyla oyununu iri plana çəkir. Və bu işdə operator Rafiq Quliyevin xidməti xüsusi vurğulanmalıdır. “Çölçünün çəkiliş məqamları haqqında televiziya verilişində operator Rafiq Quliyev bu işin çətin və fərqli cəhətlərini izah edir. Bir yandan çöldə işləmək, o ovqatı çatdırmaq, bir tərəfdən də dəvələrlə işləmək, onları çəkmək ikiqat zəhmətdi. Amma bu işin bir gözəlliyi də təbiiliyindədir. Axı dəvələrə oyunu diqtə eləmək olmaz... Onları sadəcə izləməli və anı tutmalısan. Bu baxımdan rejissorunoperatorun əsas uğuru həm də dəvələrin “oyununun orqanik olması, süjetlə, aktyorların ovqatı ilə harmoniya təşkil etməsidir.  

 

Ümumiyyətlə, müəlliflərin dəvələri çölün, ibtidailiyin, təbiət qanunlarının simvolu kimi istifadə etməsi son dərəcə uğurludur. Çöldə həyat rəməldə gedir. Dəvənin yerişində çölün səslərini də eşidə bilərsən, Füzulinin qəzəllərinin ləngərini də duya bilərsən. Amma dəvə sadəcə bir element deyil, xarakterdi, ayrıca varlıqdı... Əslində, Ulunu da, Ulu öləndən sonra cavan çölçünübura bağlayan dəvələrdi. Axı dəvələrin öz yaşam qanunları, inanılmaz həyat prinsipləri var. Yazıçı Novruz Nəcəfoğlunun “Səhra gəmisi” hekayəsindən bunlar haqda oxuyanda təəccüblənmişdim. Dəvələrin səhranın, ağırlığın, dözümün simvolu olduğunu bilirik. Amma xüsusi qaydalarla yaşaması, qanunlarını pozmaması qəribə görünmüşdü mənə. Müəllif “Səhra gəmisi”ndə balasını dünyaya gətirmək üçün təkliyə çəkilən, gizlənən bir dəvədən danışır, amma bununla insanlığını itirmişlərə nümunə olacaq qaydaları da dilə gətirir: “Digər heyvanlardan fərqli olaraq dəvələrin özlərinə məxsus qəribəlikləri də olurdu. Bir müddət öyrəşsin, ziyanlığa getməsin, deyə ana dəvələrdən birini, köşəyi olanı yatağa yaxın yerdə hörüklərdilər. O biri dəvələr və balası uzaqlaşanda çidarlanmış ana dəvə elə ağlayırdı ki, heyvanın göz yaşı, həqiqətən, sel olurdu. Vallah, insan elə ağlaya bilməz. Ana dəvə ağlayır, həm də tükürpədici səslə  bağırırdı”. Novruz müəllimdən soruşanda bütün bunları öz gözüylə gördüyünü, yəni sadəcə yazıçı təxəyyülü olmadığını dedi. “Çölçü” filmində də Ulu qarşısına duz-çörək qoyub dəvənin qabağında and içir, yalnız bundan sonra dəvə-Ağca balasını yaxına buraxır. Bütün bu detallar çölün saflığını, duz-çörəyin bərəkətini, sözün ilahiliyini ifadə edir. Və bunların əksini, o biri üzünü göstərən, bir neçə kilometrlikdə yerləşən həyat var. Daha doğrusu xaos...

 

Aktyor Vüsal Mehrəliyevin ifa etdiyi, simvollaşdırdığın adam isə elə həmin o yalan dünyanın, kirli zəmanənin simvoludur. Ramiz Rövşən demiş - “gilası mürəbbə, quzunu kabab görən”lərdəndir. Cavan çölçüylə haqq-hesaba gələn bu adamın dəvəyə baxıb - nə yaxşı qutabdı - deməsi də elə bu məxəzdən gəlir. Doğrusu, əvvəlcə bu detala, yəni şairdən belə birbaşa təsirlənməyə  təəccüblənsəm də, sonradan kinonun mətn düzümünün Ramiz Rövşənə aid olmasını biləndə hər şey aydınlaşdı. Həmçinin, filmin bəstəkarının da Rauf Əliyev olması çox şeyi deyir. Bir çox mistikdetektiv filmlərə bəstəkarlıq edən Rauf Əliyev musiqi ilə də əsas ideyanı çatdırmağa çalışıb. Əlbəttə, bəzi məqamda musiqidə şəhər ovqatı da hiss olunur, bu da yəqin ki, şəhərlə kəndin aurasını vəhdətdə göstərmək üçündü.

 

Çölçünün üstünlüklərindən danışanda sevimli aktrisamız Mehriban Zəkinin səsini vurğulamamaq günah olur. Məhz Mehriban xanımın dopdolu səsi, səsləndirməsi sayəsində Salome Demurianın oyunu tamamlanıb. Xüsusən hamilə xanımın gənc çölçüyə nağıl danışdığı məqamda bu səsin dərinə işləyən sehrinə dalırsan. Təəssüflər olsun ki, çöldə də, şəhərin xaosunda da hər şey nağıllardakı kimi sehrli və sadə deyil. Müəlliflər insanı reallıqla, acı gerçəkliklə üz-üzə qoyurlar. Şərəfsizin birinin uşağını bətnində gəzdirən qadın, bu qadına aşiq olmuş cavan, saf, kirlənməmiş gənc oğlan və onları qoynuna alan çöl... Barışmaq, yaxud üsyan etmək?! Nəyisə dəyişmək, ya da hər şeyi öz axarına buraxmaq?! Çölün qaydaları ilə yoxsa dünyanın qanunları ilə yaşamaq?! Bütün bu sualları “Çölçünün yaradıcıları tamaşaçı üçün açıq saxlayır... Və elə bununla da düşündürür.

 

Çölçüson illərdə Azərbaycan kinosunu xaricdə ən uğurlu təmsil edən, saysız-hesabsız festivallarda mükafatlar alan filmlərimizdən biridir. Yazımın əvvəlində ideyanın yeni olmadığını qeyd etdim. Maraqlıdı ki, dünya kinematoqrafı 2013-cü ildə bu mövzuya yenə müraciət etdi. Rejissor Con Kerran “Cığırlar” filmini çəkdi. Filmdə əslən elə avstraliyalı olan Mia Vasikovska gənc bir xanımın dörd dəvə və bir itlə birgə Avstraliyanı səfəri təsvir olunub. Yenə insanın təbiətlə qarışması, bir itin, bir dəvənin, bir yarpağın, bir budağın tayı olması, onlarlaeyni hüquqlu” olmasıdı ideya. “Cığırlar”a baxdıqca sevinirdim, nə yaxşı ki, “Çölçü”dən bir il sonra çəkilib... Yoxsa, əlində lupa qüsur axtaranlar üçün fürsət olardı! Axı bütün şəxsi uğursuzluqlarımızın heyfini “plagiatdı, yalandı, pisdi” damğaları ilə yaxşı işlərdən çıxmağı sevirik?! “Çölçü” isə heç şübhəsiz ki, son illər Azərbaycan kinematoqrafının uğurlu bir sənət hadisəsidir. 

 

PƏRVİN

 

525-ci qəzet.- 2017.- 14 oktyabr.- S.15.