Gürcüstanda Azərbaycan ədəbiyyatı bayramı

 

 

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həyata keçirdiyi layihələrin prioritet istiqamətlərindən biri  Azərbaycan ədəbiyyatını xarici ölkələrdə tanıtmaq, təbliğ etmək bunun sistemli xarakter almasına nail olmaqdır.

 

Sirr deyil ki, ilk baxışda öz ədəbiyyatını dünya arenasında təbliğ etmək, tanıtmaq üçün heç bir ehtiyac hiss etməyən ölkələr belə, ədəbi-bədii tərcümə işinin irəliləməsi, inkişaf etdirilməsi dəstəklənməsi məsələsində səylərini əsigəmirlər. Bu sahəyə dünyada qədər böyük diqqət ayrıldığını görmək üçün dövlətlərin birbaşa dolayı yollarla dəstəklədiyi ixtisaslaşmış qurumların fəaliyyətinə ötəri nəzər salmaq kifayətdir. 2011-ci ildə Rusiyada yaradılmışTərcümə institutu”, alman ispan ədəbiyyatlarının təbliği ilə məşğul olanGeteServantesfondları s. məhz belə qurumlardandandır.

 

Doğrudur, məsələn, RusiyaRusiyanı oxu/ Read Russia” layihəsini həyata keçirməklə postsovet dönəmində itirdiyi mövqeləri qaytarmaq niyyəti güdürsə, biz müəyyən mənada çox şeyi sıfırdan başlamaq məcburiyyətindəyik. Eyni zamanda, burada dəyişilmiş həyat ritmini dil mühitinin özəlliklərini nəzərə almaq lazım gəlir.

 

Oktyabrın 12-də Tərcümə Mərkəzinin hazırladığıMüasir Azərbaycan ədəbiyyatı antologiyasıkitabının Tbilisidə baş tutan təqdimat mərasimi maraqlı, diqqətçəkən məqamları ilə yadda qaldı.

 

Öncə qeyd edək ki, ədəbiyyatlararası davamlı əlaqələr təsirlər, təcrübə mübadiləsi müasir ədəbi prosesin başlıca özəlliklərindən birini təşkil edir. Burada təsir göstərən, təsirlənən vasitəçi - mediatur ədəbiyyatları fərqləndirirlər. Məsələn, rus dünya ədəbiyyatı arasında mediatur rolunu uzun müddət fransız alman ədəbiyyatı yerinə yetirib. Lakin tarixi təcrübə göstərir ki, tərcümə prosesində vasitəçi ədəbiyyatdan istifadə praktikası birbaşa tərcümə qədər effektli ola bilmir. Ona görə , məcburiyyətdən doğan hallar istisna olmaqla, orijinaldan tərcüməyə daha çox üstünlük verilir.

 

Müasir Azərbaycan ədəbiyyatı antologiyasıorijinaldan tərcümə əsasında hazırlanıb. Təqdimat mərasimində çıxış edən iştirakçıların hamısı tərcümənin səviyyəsi keyfiyyəti ilə bağlı yalnız xoş sözlər söylədilər. Buna görə, Gürcüstan ədəbi mühitində gözəl yazar insan kimi tanınan İmir Məmmədliyə antologiyanın redaktoru Quram Odişariyaya xüsusi təşəkkür düşür.

 

Gürcüstan Yazıçılar Birliyinin tarixi binasının akt zalında baş tutan təqdimat mərasimində gürcü ictimaiyyətinin bütün təbəqələrindən olan insanlar təmsil olunurdu. Səmimi ab-havadan hiss olunurdu ki, bu insanlar bura hansısa mükəlləfiyyəti yerinə yetirmək, tədbiriyola verməküçün yox, öz ürəklərinin istəyi ilə toplaşıblar. Ədəbiyyata, sözə bağlı  gürcüstanlı soydaşlarımızın fəal iştirakı da tədbirin yuksək səviyyədə keçirilməsində az rol oynamadı.

 

Gürcüstan Yazıçılar Birliyinin sədri B

 

ogater Arabuli sözügedən kitabın Tbilisidə nəşr olunmasınıGürcüstanın ədəbi həyatında fövqəladə hadisəadlandırdı: “Hiss etdim ki, Afaq Məsud Gürcüstanı çox sevir. Sovet dövlətinin süqutundan sonra öləzimiş münasibətlər yenidən vüsət almaqdadır bu kitab gələcək əməkdaşlığımız üçün gözəl zəmin olacaq”. Gürcüstan Yazıçılar Birliyinin tərkibindəAzərbaycan bölməsi”nin fəaliyyətinin bərpa olunması qərarını tribunadan bəyan edən B.Arabulinin bu təşəbbüsü alqışlarla qarşılandı. Yeri gəlmişkən, gözəl şair, fədəkar qələm adamı Allahverdi Təhləlilini GYB “Azərbaycan bölməsi”nin rəhbəri təyin olunması münasibətilə ürəkdən təbrik edirik. İnanırıq ki, o, üzərinə düşən bu missiyanı yüksək səviyyədə həyata keçirəcək.

 

Tədbirdə Tərcümə Mərkəzinin direktoru Afaq Məsud gürcü yazarların Azərbaycan nümayəndələrinə xüsusi diqqət həssaslıqla yanaşdığını razılıqla qeyd etdi: “Ədəbiyyatların yaratdığı bağlar, saldığı körpü heç vaxt öz əhəmiyyətini itirmir. Bu körpü rahat əbədidir, zaman-zaman yaşanan təbəddülatlar onu məhv etmək iqtidarında deyil”. Afaq xanım yaxın vaxtlarda BakıdaGürcü ədəbiyyatı antologiyası”nın nəşr olunacağını da toplantı iştirakçılarının diqqətinə çatdırdı nəzərdə tutulan digər layihələr haqqında danışdı. Afaq Məsud gələn il Bakıda Beynəlxalq yazıçılar forumunun keçirilməsinin nəzərdə tutuldugunu qeyd etdi. Bildirildi ki, Forumda GUAM ölkələri ilə yanaşı, Türkiyə, Rusiya, Macarıstan, Bolqarıstan, Rumıniya digər ölkələrin yazıçılarının iştirakı da gözlənilir.

 

Kitabın ön sözünün müəllifi, görkəmli yazıçı, Gürcüstan baş nazirinin müavini Quram Odişaria öz çıxışında Bakınıbütün Qafqazın qeyri-rəsmi paytaxtıadlandırdı. Yazıçı Afaq Məsudun başçılığı altında Azərbaycan Tərcümə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən Q.Odişariya hazırda ən maraqlı həyati təşəbbüslərin məhz Bakıda formalaşdıgını bildirdi. Sonra Q.Odişariya tribunadan C.Məmmədquluzudənin məşhurKamançahekayəsinin məzmununu danışdı qeyd etdi ki, bizi bir-birimizə yaxınlaşdıran doğmalaşdıran məhz belə əsərlərdə təsvir edilən hisslərdir.

 

Öz növbəsində Yazıçılar Birliyinin sədri B.Arabuli Vaqif Bayatlının gürcü dilinə tərcümə olunmuş şeirini səsləndirdi. Xarakteri etibarilə V.Bayatlını xatırladan B.Arabuli şeiri o qədər ürəkdən, elə ahənglə oxudu ki, bir anlığa özümüzü Bakıda hiss etdik. Daha sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Mədəniyyət Nazirliyinin departament rəisi Aleko Qriqolaşvili, yazıçılar Rezo Mşveladze, Mağvala Qonaşvili, “Didubeyazıçılar panteonunun direktoru Badri Kutadeladze digərləri öz ürək sözlərini bölüşdülər. Tədbiri maraqlı edən məqamlardan biri bütün çıxışçıların kitabı əvvəlcədən oxuması idi.

 

Aleko Qriqolaşvili mətbuat nümayəndələrinə bildirdi ki, “Azərbaycan nəsri antologiyası” Mədəniyyət nazirliyinin xətti ilə ölkənin kitabxanalarına paylanacaq.

 

 

Etimad BAŞKEÇİD

 

 

525-ci qəzet.- 2017.- 14 oktyabr.- S.9.