Gün görmədim mən qaragün

 

Bir əl qabar, bir əl düyün.

yaxşı ki, çətin ömrün

Çoxu gedib, azı qalıb.

 

Bir gözəli saldım yada,

Həmin gözəl deyil o da.

Özü tamam qocalsa da

Baxışında nazı qalıb.

Bir şair öldü deyə,

Şöhrəti qeyb oldu göyə.

Onu reklam eləməyə

oğlu, qızı qalıb.

 

Şükür ki, gördün bu yazı,

Tofiq, götür dindir sazı.

Özün hamıdan narazı,

De, səndən kim razı qalıb.

 

lll

 

Gəzirəm dünyanı mən diyar-diyar,

Canımı qoymağa yer axtarıram.

Mənim pul əvəzi min sıfırım var

Önünə qoymağa "1" axtarıram.

 

Bizim görüşümüz mənasız bir

Bu yaşda bu görüş de nəyə gərək.

Üz-üzə gələndə, yolunu dəyiş,

Bu görüş heç nəyi dəyişməyəcək.

 

Bəlkə qəzetlər nələrsə yaza,

Olay var, quruca söz yerindədir.

Bizim görüşümüz, olsa, çox olsa -

Bir qəzet başlığı dəyərindədir.

 

lll

 

Fərqi yoxdur hardasan,

Ya evdə, ya salonda.

Üz versə bekarçılıq

Məni yada sal onda.

 

Hələ canımdadır

əllərinin istisi.

Qəlbimin döyüntüsü,

canımın giziltisi.

 

Bütün rənglər gözəldi

Ağdan maviyə kimi.

Dostlar bizə baxırdı

Bir cüt qafiyə kimi.

 

İşdir, yadına düşsəm

Çalış güzgüyə baxma.

Həmin adam deyilsən

Yada, özgəyə baxma.

 

Tənhalıq üz verəndə

Bəlkə şeir yazasan.

Bu dünyada sənət yox,

Şairlikdən asan.

 

İlhama gəl, yağışlar

Pəncərəni döyəndə.

Görsən çətinliyin var,

Bir cüt qafiyə məndə. 

 

lll

 

Bu dünyadan götürdüm,

axtardım, nələr gördüm.

Hər sevincin finalında

Qüssə gördüm, kədər gördüm.

 

Səhnədəki tamaşalar

Bilmədim necə oynanır.

Komediya dəbdən düşüb

Təkcə faciə oynanır.

 

Neçə-neçə dərs içində

Çətin həyatı öyrəndim.

Hamı tənlik, intiqral,

Mənsə Saatı öyrəndim.

 

lll

 

Daha əlim çatmır sizə,

Uzağam, qardaş, uzağam.

Tək özünü yazıq bilmə,

Mən səndən çox-çox yazığam.

 

Ötənləri yada salma,

Məndən nigaran qalma.

Poçtalyon gətirsə, alma -

Bədxəbər qara kağızam.

 

Bəxtim oldu məni döyən,

vaxt döydü, bilmədim mən.

Üstünə tərs şillə dəyən

Qanla dolu bir ağızam.

 

lll

 

Tanrım, yenə qaytar məni əvvələ

Yenə həmin olsun bu xəstə canım.

Çıxsın qabağıma yüz hiylə, tələ,

Qızlar yalan desin, mən inanım.

 

Yazıq ürəyimə müttəhim kimi

Yalançı vədləri qoy diqtə edim.

Sevgidən yazdığım şeirlərimi

Oxuyub, təzədən redaktə edim.

 

lll

 

Bəxt deyilən şey varsa,

Bəxtimə bir gün düşə.

Bir cinayət törədəm,

Cəzama sürgün düşə.

 

Atılam bir adaya,

Hökmə ölüm yazıla.

yasinim oxuna,

qəbrim qazıla.

 

torpağa qarışım,

qurd-quşa yem olum.

İtsin adım-ünvanım,

Beləcə heç kim olum.

Əlyazmalar İnstitutunda

 

Sabir RÜSTƏMXANLI

 

 

525-ci qəzet.- 2017.- 25 oktyabr.- S.7.