Hüseyn Cavidin 135 illiyinə həsr olunan beynəlxalq konfrans

 

 

Oktyabrın 24-dən 25-dək Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində böyük dramaturq, görkəmli şair Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş "Hüseyn Cavidin sənət fəlsəfəsi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

 

Ali məktəbin mətbuat xidmətindən verilən məlumata görə, konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Fərəh Əliyeva Hüseyn Cavidin Azərbaycan mədəniyyətinin, tarixinin bu gününün ayrılmaz parçası olduğunu, yaradıcılığında vaxtilə toxunduğu problemlərin yalnız bədii müstəvidə deyil, bugünkü  mənəvi siyasi həyatımızda baş verən proseslərə işıq saldığını bildirib.

 

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, professor İsa Həbibbəyli Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor Rafael Hüseynov çıxış edərək görkəmli şairin həyat yaradıcılığı haqqında geniş məlumat veriblər.

 

İki bölmədən ibarət olan beynəlxalq elmi-praktiki konfransda Azərbaycanla yanaşı, Türkiyə, İran, Misir, Özbəkistan, Rusiya Bolqarıstandan elm ədəbiyyat xadimləri iştirak ediblər.

 

Bildirilib ki, qısa yaradıcılıq ömrü yaşayan unudulmaz dramaturq Azərbaycan ədəbiyyatı tarixində mənzum dramın əsasını qoyub mədəni irsimizə maraqlı, dərin fəlsəfi düşüncəyə malik obrazlar bəxş edib. Onun qələmindən çıxmış "Maral", "Şeyx Sənan", "Uçurum", "İblis", "Afət", "Peyğəmbər" başqa dram əsərləri ədəbiyyatımızın inciləri sırasına daxil edilib.

 

Konfransda Hüseyn Cavidin sənət fəlsəfəsinin Azərbaycançılıq məfkurəsinin formalaşmasında rolu, Azərbaycan cavidşünaslığının estetik problemləri,  XX əsrin əvvəllərində yaranan Azərbaycan romantizminin Avropa romantizmindən fərqli oxşar cəhətləri, "Cavid teatrı"nın  Azərbaycan milli mədəniyyətinin tərkib hissəsinə çevrilməsi kimi məsələlər araşdırılıb geniş müzakirə edilib.

 

Həmçinin qeyd edək ki, görkəmli dramaturqun yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbələri Yasamal rayonunda yerləşən Hüseyn Cavid parkına ziyarət ediblər.

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2017.- 26 oktyabr.- S.7.