Professor Yavuz Axundluya vida

 

 

 

İlk dəfə Yavuz Axundlu bəlgəsini eşitdiyim çağlarda onu bir türk alimi kimi xəyalıma gətirmişdim. Elə "Yavuz" isminə görə...

 

Sonralar şəxsən tanış oldum. X.R.Ulutürkün həyat yoldaşı Firəngiz xanım Ulutürk ilk dəfə onun haqqında məlumat vermişdi "İstiqlal şairləri" kitabını mənə təqdim etmişdi. Oxumuş tədrisdə elmi qaynaq olaraq faydalanmışdım.

 

Yavuz Axundlunu şəxsən tanımaq marağım güc gəlmişdi mənə. Xəlil Rza ocağının köməyi nəticəsində bu görkəmli alim ilə tanış oldum. Onun Texniki Universitetlə üz-üzə olan Ceyran restoranının yaxınlığında evi olduğunu güman edirdim. Çünki o, mənə həmişə həmin yeri, restoranın qarşısını nişan verirdi evə dəvət edirdi. Mən isə skamyalardan birində əyləşib onunla söhbətə üstünlük verirdim. Yavuz müəllim özü deyirdi ki, Xəlil Rzanın doktorluq dissertasiyasının opponentlərindən biri olub. Onu yaxından tanıyıb. X.Rza ilə birgə müalicə alıb. Xəlil Rzanın adına ocağına böyük hörməti vardı. Yavuz müəllim beləcə Xəlil Rza ilə bağlı olan keçmişindən, onun ədəbi şəxsiyyətindən, elmi məziyyətlərindən maraqla danışardı. Şəxsi avtoqrafı ilə çoxlu sayda kitabını hədiyyə etmişdi mənə. Yavuz müəllim mənim "Xəlil Rza Ulutürk" kitabıma, doktorluq dissertasiyamın avtoreferatına rəy yazmışdı". Çox zəhmətkeş, diqqətcil qayğıkeş ziyalı idi professor Yavuz Axundlu. Üç cildik "Seçilmiş əsərləri"ni hədiyyə vermişdi... Mən təbii ki, kitablarımdan ona bağışlayırdım. Xəlil Rzanın bədii elmi kitablarından da bağışlamışdım ona. Bir dəfə israr etdi ki, pulunu verim, mənə bir ədəbiyyat tarixi kitabı alıb gətir (Azərbaycan Ədəbiyyatı tarixinin III cildini nəzərdə tuturdu). Təbii ki, mən onun təklifindən imtina edirdim çalışırdım ki, lazımi kitabları ona tapıb çatdırım. Kitabxanamda olan həmin kitabın da üstünü yazıb ona bağışlamışdım. Yavuz müəllimin oğlu, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Axundlunu da tanıyırdım, bir müəssisədə tanış olmuşduq. Bir sıra kitabı onun vasitəsilə göndərirdim Yavuz müəllimə. Onu Ədalət müəllimdən tez-tez soruşardım. Bir dəfə dedi ki, Tibb Universitetinin müalicə şöbələrindən birində özünü müayinə etdirir. Təcili işim çıxdığından görüşə bilməmişdim, tez çıxıb getmişdi. Ürəyimdə nisgil qalmışdı. Aradan illər keçdi...

 

Yaxın günlərdə isə eşitdim ki, Yavuz müəllim dünyasını dəyişib. Mütəəssir oldum Allahdan ruhuna rəhmət, ailə üzvlərinə səbr dilədim...

 

Professor Yavuz Axundlu görkəmli alim, nurlu şəxsiyyət, parlaq zəka sahibi olub, elm təhsil sahəsində saysız-hesabsız kadr hazırlayıb. O, Naxçıvan folkloru, "Kitabi-Dədə Qorqud", Nizami Gəncəvi irsi ilə məşğul olub, Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən, bədii ədəbiyyat fədakarları Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əvəz Sadıq, Hüseyn İbrahimov haqqında söz deyib, Naxçıvanda ədəbi-mədəni həyat (1920-80) haqqında (Məmməd Səid Ordubadi, Mirzə Cəlilin qayını Məmmədqulu bəy Kəngərli, Hüseyn Razi, Rafiq Babayev, Vaqif Məmmədov, Nağı Nağıyev,Ramiq Muxtar, Qafar Qərib, Lütviyyə Əsgərzadə), Naxçıvanın elmi maarifçi mühiti barəsində (Naxçıvan Dövlət Universitetinin yaranma tarixi, Əli Əliyev, Əsəd Cəfərli, Nəsir Məmmədov, İzzət Maqsudov, Arif Misirli, İsrafil Məmmədov), Naxçıvan teatrı teatrşünasları (Əli Xəlilov, İbrahim Həmzəyev b.) haqqında qiymətli yazıların müəllifidir.

 

Yavuz Axundlu görkəmli ədəbiyyatşünas-alim, tarixi roman sahəsində (təşəkkülü, mövzu-sənətkarlıq axtarışları, təkamül yolları mərhələləri) təkrarsız mütəxəssisdir. O, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında qiymətli tədqiqatların, məqalə monoqrafiyaların müəllifidir. Professor Yavuz Axundlu bədii ədəbiyyat sahəsində Mirzə Cəlil, M.Ə.Sabir, Ö.F.Nemanzadə, M.Nəsirəddin, S.Vurğun, R.Rza, N.Rəfibəyli, istiqlal şairləri B.Vahabzadə, X.Rza, M.Araz, eləcə Ə.Vəliyev, Anar, Elçin, ədəbiyyatşünaslıq sahəsində görkəmli alimlərdən Ə.Şərif, L.Hüseynzadə, Ə.Sultanlı, M.H.Təhmasib, M.C.Cəfərov, A.Zamanov, Y.Seyidov, F.Zeynalov, F.Hüseynov, İ.Həbibbəyli, K.Əliyev, İ.Bəktaşi, H.Həşimli) haqqında əhatəli məlumat verib, onların yaradıcılığı haqqında elmi-nəzəri ədəbi-estetik təhlillər aparıb.

 

Professor Yavuz Axundlu 90 yaşında dünyasını dəyişdi. Ömrünün 70 ilini elmi-təşkilati fəaliyyətlə məşğul oldu, gənc nəsillərə təlim-tərbiyə verdi, can-zəka yandırdı... Yandı, yandı, tükəndi. Bu günlər elm təhsil ictimaiyyəti, yaxınları dostları onun parlaq xatirəsini minnətdarlıq hissilə yad edir. İllər nəsil-nəsil dünyadan gəlib keçəcək, professor Yavuz Axundlunun parlaq xatirəsi onu tanıyanların qəlbində əbədi yaşıyacaqdır. Biz görkəmli ziyalı şəxsiyyət professor Yavuz Axundlunun vəfatından kədərləndiyimizi bildirir mərhumun ailə üzvlərinə, professor Ədalət Axundluya dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin, ruhu şad olsun.

 

Əlizadə ƏSGƏRLİ

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini

 

525-ci qəzet.- 2017.- 21 sentyabr.- S.7.