“Yamyaşıl ümidlər”in işığı

 

 

Bugünlərdə gənc şair Tural CəfərlininYamyaşıl ümidlərkitabı Azərbaycan Yazıçılar BirliyininaybKitablayihəsi çərçivəsində çap olunub.

 

Kitabda şair, publisist Rəşad Məcidin yaradıcılığı araşdırılaraq təhlil edilir. Kitabın redaktoru gənc ədəbiyyatşünas Gülnar Səmadır.

 

Rəşad Məcidin söz dünyasından, xüsusilə, lirikası haqqında ədəbi düşüncələrdən ibarət olan kitab müəllifin ön söz əvəzi yazdığıSöz hədiyyəmadlı yazısı ilə başlayır.

 

Bir sevgi qoruyur vaxtdı məniadlı birinci bölümdə şairin sözə, sevgiyə, gözəlliyə münasibəti haqqında Tural Cəfərlinin fikirləri ilə yanaşı, həm bir sıra görkəmli söz adamlarının düşüncələri yer alıb.

 

İşıq dolu ömüradlı bölümdə Rəşad Məcidin ötən əsrin 80-ci illərində ədəbiyyata gəlişi, keçdiyi ömür yolu, poetik düşüncələri müxtəlif mənbələr əsasında araşdırılır. Sözügedən bölümdə Rəşad Məcidin publisistikasına, Azərbaycan mətbuatındakı fəaliyyətinə, əsasən publisistik məqalələrdən ibarət olanDəlicəsinəkitabına, eləcə yaradıcısı baş redaktoru olduğu “525-ci qəzet”ə diqqət ayrılıb.

 

Eşq səmimiyyət adamıbölməsində şairinBir gəlməyəcəkşeirlər kitabı haqqında düşüncələr toplanıb.

 

Yamyaşıl ümidlərkitabının həcm etibarilə ən geniş bölməsiRəşad Məcidin özü sözüadlanır. Burada Rəşad Məcid şəxsiyyətini, sevgi, təbiət, vətənpərvərlik, ictimai mövzulu şeirlərinin poetik yükünü araşdıran müəllif geniş təhlillər aparır.

 

Vətən qoxulu, Vətən duyğulu şeirlərbaşlıqlı hissədə şairin onun Qarabağ həsrətli, vətən yanğılı, azadlıq eşqli şeirlərindən söz açılır. Gənc tədqiqatçı onu da qeyd edir ki, R.Məcid nəinki Qarabağ torpaqlarının işğalını, eləcə haqsızlıq ədalətsizlik nəticəsində ikiyə bölünmüş Azərbaycanın birləşəcəyinə öz müqəddəs inamını poetik şəkildə ifadə etmiş, vətənsizlik yurdsuzluq dərdini, ayrılıq dərdini qələmə alaraq mənalı yadda qalan şəkildə oxuculara təqdim edib.

 

Bu bölmədə T.Cəfərli şairin yalnız son dövr şeirlərini deyil, həm yaradıcılığının ilk illərində qələmə aldığı vətənin səfalı təbiətini vəsf edən şeirlərini  tədqiqata cəlb edir.

 

R.Məcid vətən həsrətini, yurd sevgisini, Qarabağ dərdini yalnız şeirlərində deyil, həm məqalələrində, publisistik yazılarında da tez-tez dilləndirir. Bu baxımdan T.Cəfərli diqqəti onun 1995-ci ildə qələmə aldığıYuxuyazısına yönəldir. Bu məqalədə Şuşasızlığın, Qarabağdan uzaq düşməyin ağrı-acısı bədii boyalarla öz əksini tapır.

 

Məhəbbət mövzusu Rəşad Məcidin yaradıcılığında başlıca yerlərdən birini tutur”- deyən T.Cəfərli bu şeirləri kitabınSevgi nəfəsli, məhəbbət ətirli şeirlərbölməsində tədqiqata cəlb edir. Müəllif bu şeirlər haqqında yazır: “Rəşad Məcidin sevgi şeirlərində hər kəs özünü tapa bilir hər kəs dünyaya, kainata məhəbbət gözü ilə baxaraq gözəl mənalı bir həyat yaşamağa can atır”.

 

Bu bölmədə şairin “Xəbərin yox”, “Savayı”, “Sənsən”, “Sənə görədir”, “Qorxduğun taleyi qıymaram sənə”, “Ayrıla bilməyəcəksən”, “Niyə gizlənir?” “Yaddaşımı sil, “Təkcə sözlərindən...”, “Gülüşün” və başqa bu kimi şeirlərinin fonunda ümumən onun poeziyasının bədii mənzərəsi cızılır.

 

Kitabın “Rəşad Məcidin könül nəğmələri” adlanan son söz əvəzində tədqiqatda yer alan fikirlər ümumiləşdirilir.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 1 sentyabr.- S.16.