Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi qarşısında
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə
düşünmüş, bizlərə nəyi vəsiyyət
etmişlər - oxuyaq, düşünək, bu
günümüz üçün fəxr edək!
MİLLİ
MOTİV SAİQİLƏ BEYNƏLMİLƏLİYYƏT
I
Hər hanki beynəlmiləl bir məsələ meydana
atılırsa atılsın, gərək bu məsələnin
qoyulmasında və gərək o məsələ haqqında
müxtəlif zümrələrin bəyan etdikləri
mütaliələrdə milli saiqi görməmək mümkün
degildir.
Bəşəriyyət
nə qədər irəlilərsə irəliləsin,
ictimaiyyat, iqtisadiyyat və fənn nə qədər
bütün cahanı yeknəsək bir şəklə qoymaq
təmayülünü göstərirsə göstərsin,
beynəlmiləl məsələ və mənfəətlərin
istər-istəməz bəzən şüurlu, bəzən
şüursuz, bəzən çox açıq, çox kərrə
də qapalı həmən milli ehtiyac və mənfəət
təsiri altında qalmaqda və həlli şəklini ancaq bu
müxtəlif mənfəətlərin rəyə təmasları
və mütəqabil təsirləri nəticəsində
olmaqdadır.
Misal mı? İştə, son günlərdə hərc aləm
bir mövzu halında bulunan “Avropa Birligi”!
Avstriyalı
qraf Kudenhave-Kalergiyi bu fikrin hərarətli surətdə
müdafiəsinə sövq edən səbəb hərbdən
sonrakı Avstriyanın bulunduğu biçarə vəziyyət
olduğu kibi, bu fikrin digər Avropa məmləkətlərində
gördügü rəğbət dəxi cahan hərbi nəticəsində
Avropanın heyəti ümumiyyəsilə, “biçarə bir
vəziyyətə” düşdügü və bu vəziyyətdən
çıxmaq üçün “əlbirligilə” bir yol bulmaq
qeyrətidir.
Fransa xariciyyə naziri Biriyan bu məsələyi nəzəriyyat
sahəsindən feliyyat sahəsinə çıxardı. Onun dövlətlərə
göndərdigi nota və aldığı cavablar, məsələyi
təqib edənlərcə, bəllidir. Bu
cavablar müxtəlifdir. Heyəti-ümumiyyəsilə
təklif əsasən qəbul olunuyorsa da tətbiqatına aid
mülahizələr fəqlidir. Bu fərq
ümumiyyətlə 2 qismə ayrılmışdır.
Diqqətə dəyər bir ayrılış: Başda Fransa
kəndisi olmaq üzrə Versal müahidənaməsi
ehkamının əbədiləşdirilməsində mənfəəti
olan millətlər bir, bu dəgiştirilən, şu və
ya bu şəkildə əlaqədar olan millətlər də
digər bir zümrə təşkil etmişlərdir.
Fransanın
məqsədi hazırki, vəziyyəti saxlamaq üzrə
Avropa Birligi ikən, Almaniyaya görə, Avropa Birligini təsis
edə bilmək üçün Versal sülhü yeni
başdan baxılmalıdır. İştə milli dərd
saiqilə beynəlmilliyyət!
Bunun bir misalı da Rusiyada milliyyət məsələsinin
müzakirəsində görülməkdədir. Bu “müzakirə” son zamanlarda Sovetlər
İttihadına daxil məmləkətlərə mənsub
sosialist partiləri və onların daxil bulunduğu 2-ci
Sosialist İnternasyonalı məhavilində cərəyan etməkdədir.
Keçən
mayıs ayında Berlində bir ictima əqd edən II
İnternasyonal konqresi, Rusiya Sosyal-Demokrat firqəsinin raporunu
dinlədikdən sonra, bolşevik diqtatorluğu altında inləyən
əmələyi bu rejimə qarşı mücadiləyə
dəvət eyləmişsə də, şimdiki rejimin bərtərəf
edilməsini tədrici təəzzüv və demokrasi qüvvətlərini
təşkil şəklində təsəvvür və
tövsiyə etmişdir. Rejimi cəbr və ixtilal surətilə
devrilməsi Rusiyada Bonapartizmi mucib olub inqilabın bütün
müktəsəbatını əldən çıxarmaya vəsilə
olur və nəticədə beynəlmiləl macəra və
müharibə ünsürlərini təkviyə edilmiş
olurmuş! Rusiya əmələsini “hürriyyət kəsbinə”
dəvət edərkən, ona böylə “beynəlmiləl hərbi
istilzam etdirməyən “müslihanə bir tədric üsulu”
İnternasyonal, eyni zamanda, Sovetlər İttihadında
mövcud milliyyət məsələsini də “həll
etmişdir”. Bu surəti hala görə Sovetlər
İttihadına daxil millətlər siyasi müqəddəratlarının
həllində bizzat kəndiləri səlahiyyət sahibi olub,
tam müstəqil olmaq və ya federasyonda qalmaq cəhətini
ancaq kəndiləri qərarlaşdırırlar. Şübhəsiz bu formul həddi-zatında
mühümdür. Və “bir tərəfli”
ayrılma haqqını daima inkar edən rus sosyalistlərini cərh
edən bir qəziyyədir. Fəqət o
qədər. Çünkü əmələyə
verilən tövsiyə kibi, burada da rusdan olmayan milli sosyalist
partilərinə “milli istiqlalın təhsili məqsədilə
ümumi demokrasi hərəkatını işğal ilə
daxili hərbi müstəlzim üsullardan və bilxassə
müqabil ixtilal qüvvətlərilə ittifaqdan həzər
etmək, əskidən təklif ediyor, çünkü bu
“beynəlmiləl hərbi” mucib olurmuş.
“Beynəlmiləl hərb!” İştə, Avropa sosyalist partilərilə,
Avropa əmələsi ruhiyyatı üzərində ən
ziyadə təsir yapan bir cümlə! Bu
cümlədə səqli bulunan haləti ruhiyyəyi, rus
sosyalistləri əzəmi surətdə istifadə etmiş,
internasyonalı böylə “qeydü-quyudla” bir rezalusyon almaya
sövq etmişlərdir.
Sovetlərin inqirazı Avstriyanın mənfəətindən
degildir. Bura sosyalistlərinin lideri Otto-Bauer ötəndən
bəri bolşeviklərə simpatisilə mərufdur. Almaniyanın dəxi şu sırada Sovetlər
İttihadının siyasi hesab xaricində qalması işinə
gəlmiyor, bir, və erkən çıxacaq hərbdən
istifadə edəmiyəcəgini dəxi hesaba alıyor - iki;
İngilis şöbəsi Sovetlərin daxili işinə
müdaxilə olur - deyə əsasən bu məsələnin
müzakirəsində iştirak belə etməmişdir.
Belçika Şərqi Avropada çıxacaq hər hankı
hərbin nəticədə ümumi bir hərbi intaç edə
biləcəgi və bundan da təkrar Belçikanın
“bulduyu yiyəcəgi” ehtimalı qarşısında hirasan!
Digərləri də bu minval...
İştə
bir sürü “milli Avropa dövlətləri” Rusiya sosyalist
partilərinin “böyük və vahid Rusiyanın”
parçalanması ehtimalından gələn “milli dövlətlərilə”
birləşərək “xüsusi milli mənfəəti
ümumi beynəlmiləl əmələ, sülh və
demokrasi mənfəətlərinə tabe qılan” böylə
bir qərar çıxarmaya sövq eyləmişdir.
Əvət, hər türlü milli və məhəlli
hisslərdən mücərrəd sırf insani qayələr
naminə saf bir idealizmlə hərəkət edən sosyalizm
çoxdan qeyb olmuşdur. Onun son baqiyəsi dəxi
hərbi ümumi nairəsində yanmış bitmişdir.
Hərb əsnasında və ondan sonra,
mövcud sosyalist partiləri təmsil etdikləri geniş xalq
kütlələrinin həyati mübrəm ehtiyaclarına
cavab vermək və günün “murdar” məsələlərini
həll etmək məcburiyyətində bulunan firqələrdir.
Qismən hökumətə gəlmiş, qismən
də gəlməyə namizəd firqələr “qeyri məsul
müxalifət halında ikən Hindistana istiqlal vəd edən
İngiltərə Leybor partisi, bu gün iqtidar mövqeində
ikən, Hindistanda qan tökmək “məcburiyyətindədir”.
Çünkü Hindistanın
ayrıldığı günü İngiltərə əmələsi,
kəndisinin ac qaldığı gün kibi görüyor,
milli realite onu beynəlmiləl romantizmi qəbul edən sarfi-nəzər
etdiriyor. Və bu “realite” onu eyni zamanda
“Rusiya məsələsinə iştirakdan” belə mən
ediyor. Düşünüyor ki, “bən məsələyə
bu surətlə iştirak edərsəm, o zaman Moskva Hindistan
işlərinə daha pərdəsiz olaraq müdaxilə edər.
Sosialist internasyonalının əski məruf idealizminin
müharibədən sonra bolşeviklərə və III
İnternasyonala keçdigi təsəvvür olunmuşdu. Bu təsəvvürün
nə qanlı yalanlarla boşa çıxdığı bu səyfələrdə
çox yazılmışdır.
Əvət gərək hərbi-ümumi, gərək
“böyük ixtilal” və gərək şimdiki sülh məsələləri
görəbi enlərə tarixin seyri üzərində hakim
olan bir qüvvəti göstərilmişdir ki, o da realitelərin
daima xəyallar üzərinə faiq olmasından ibarətdir. Ən böyük
realite isə milliyyət və onun interesidir.
II
Bu məsələnin ümumi cəhəti ondan əlbəttə
lazım gələn nəticəyi alır, hissəmənd
oluruz. Fəqət burada nəzəriyyatdan ziyadə bizi əlaqədar
edən bəzi əməli cəhətlər vardır.
Bu internasyonala, məlum olduğu üzrə, Gürcü
menşevikləri daxildirlər. Bu qərardan
sonra onların vəziyyəti nə olacaqdır. Məlum olduğu üzrə qafqasiyalılar birlikdə
Müstəqil Qafqasiya konfederasyonu davasındadırlar və
bu davayı müştərəkən icra ediyorlar.
Rus sosyalistlərinin və II İnternasyonalın
“müsaidə etdigi” metodla milli Qafqasiya namına icra olunan
mücadilə metodları arasındakı təzad barizdir. Orada milliyyət
məsələsi ümumi demokrasi məsələsinə
tabedir. Bolşeviklərdə “əmələ
məsələsinə” tabe olduğu kibi. Burada isə, demokrasinin ayrılmaz məlzəməsini
təşkil edən aktual məsələ milli istiqlal məsələsinin
kəndisidir.
Baxalım, bu məsələdə milli Gürcüstan
dərdi nə kibi “beynəlmiləl” bir formulla ifadə
olunmuşdur və ələlümum ifadə olunmuşmudur?
Parisdə
gürcü Sosyal-Demokrat firqəsinin nəşri-əfkarı
olaraq gürcücə intişar edən
“Mücadilə Sədası” nam qəzetənin 7 nömrəli
nüsxəsindəki baş məqalənin tərcüməsi
əlimdədir. Burada internasyonalın məhud qərarı
tənqid ediliyor. Bu tənqiddə məsələnin
əsası cəhətində internasyonalca bir addım iləri
atıldığı qeyd olunuyorsa da, əməli cəhətdən
bu addımın tamamilə əhəmiyyəti qeyb etdirildigi
meydanə çıxarılıyor. İləri
atılmış addım nə imiş? Bu
vaxta qədər internasyonal Rusiya tabeiyətindəki millətlərdən
ancaq Gürcüstanla Ermənistan üçün istiqlal
tanıyor, digər məsələləri sükut və
mübhəmiyyətə keçiriyordu. Şimdi
isə bütün millətlər üçün istiqlal
haqqını tanımış, həm də bu haqqı
Rusiyanın rizasilə məşrut tutmamışdır.
Geri atılan addım hankısı? Bu, əsasən
qəbul edilən haqqın ixtisabi yolunda vəz olunan süni və
mübhəm qeydlərdən ibarətdir. Məqalə
şübhəsiz, milli istiqlal məsələsinin beynəlmiləl
hərb təvəllüd etmədən, irticanın qələbəsinə
fürsət vermədən həll edilməsinin ideal bir
şey olduğunu qəbul etməklə bərabər, hadisələrin
arzulara görə degil, kəndi məntiqlərinə görə
cərəyan etdiginə işarət edərək firqənin
zühur edəcək fövqəladə hadisələri bizzərur
istifadə məcburiyyətində olduğunu qeyd ediyor. Və
diyor ki, “iqtisadi anarşi, daxili infilak və beynəlmiləl
ixtilaf kibi fürsətlərdən” istifadə etməyib də
bütün ümidi ancaq “demokrasinin zəfərinə”
bağlamayı tövsiyə ediyorlar, mütləqa bu əsası
yanlış anlıyorlar! “Demokrasi milliyyət məsələsinin
həllini təsri etsə də, onu həddi-zatında həll
edəməz, nitəkim İngiltərədə demokrasi
hakimiyyətinin vücudu İrlanda ilə Hindistan məsələsini
həllə mədar olmamışdır”.
II
İnternasyonal rezalyusyonun “Sovet İttihadı”nı
xaricə qarşı müdafiəsindən bəhs sonuncu maddəsinə
gəlincə, məqalə diyor ki:
“Rezalyusyonun 4-cü maddəsi bizim degildir. Biz onu qəbul
etmiyoruz və bu xüsusda Marsel konqresində olduğu kibi,
şimdi də komisyon ictimaində alınan bəyanatda
bulunmuşuzdur.
Sovetlər İttihadını hər hankı bir təcəvüzə
qarşı gürcü sosyal-demokratlarınca müdafiəsi
qəbulu qabil olmayan bir təklifdir”.
Əlavə
olaraq, qəzetə Otto-Bauerin “qədrə uğramış
Gürcüstandan böylə “tarixi bir obyeqtivizmi tələblə
etmək olmaz” dediginə kinayə ilə “tarixi obyetivizm əsil
məğdurların xislətidir. Kadrere edənlərlə
uzaqdan seyr edənlər böylə xisləti qətiyyən
ibraz edəməzlər, toxlar acları anlamazlar!” diyor.
Əvət, gürcü sosyal-demokratlarının II
İnternasyonala mənsub sosyalist firqəsinin “ac”
bulunduqları “idealist” zamanlara aid xatirələri vardır. O zaman ki, “həmdərdligin”
kəndisində bəzi intibaları yaşıyor. Bu xatirələr
şimdi belə onu bu “tox”lar rasında
qalmağa icbar ediyor.
Milli
istiqlal mücadiləsi üzərində müasir və
aktual məsələ olaraq, istilaya uğramış vətəninin
davası ilə məşğul “məğdur”
Gürcüstan sosyalistləri üçün “qədr edən
və uzaqdan seyirçi bulunanlardan” mütəşəkkil
bir cəmiyyətdəki mövqei şübhəsiz,
ağırdır. Öylə isə nə
oturuyor? - deyə bilirsiniz.
Ən məsul gürcü sosyalistlərindən biri
“böylə gedərsə, nə qədər acı da olsa
internasyonalı tərk etmək məcburiyyətində
bulunacağız” diyordu.
III
Ələlümum beynəlmiləl mahiyyətdə olub,
bir çox mücadilə sənələrilə
bağlı bulunan gürcü menşeviklərinə,
pisixolojikman, bu təşəkküldən rəbb deyə
ayrılmanın müşkül olduğunu bilməz degiliz. Sadə
internasyonaldan degil, Rusiya menşeviklərindən belə daha
tamamilə qəti-əlaqə etmək istəməyən
münfərid də olsa, Seretelli kibi, bəzi gürcü
sosyal-demokratları vardır.
Seretelli Rusiya miqyasında rol oynamış bir menşevik
lideri olur.
Rusiya Menşevik firqəsinin 1924 sənəsində nəşr
etdigi bir proğramda “işğal qüvvətinin
Gürcüstandan qaldırılması tələbi” qeydindən
mülhəm olaraq, onun madam ki, Gürcüstan
istiqlalını Rusiya Sosyalist Demokratları tanıyırlar,
o halda bununla iktifa edərək başqa milli təşəkküllərlə
nədən “bağrı-badaş” olalım, nədən beynəlmiləl
irticai mubare və əcnəbi müdaxiləsincə arzu
ehtiyac edəlim, deyə kəndi mənsub olduğu firqə
daxilində bir davası vardı. Bu xüsusata
gürcü Menşevik firqəsinin tanınmış piri
Jordaniya ilə aralarında daxili bir mücadilə davam
ediyordu. Bu mücadilə keçən sənə
Seretellinin bütün məsul mövqelərindən, əzcümlə
internasyonalda firqəyi təmsil sifətindən nəza qədər
vardı.
Bu
pozisyonundan dolayı bütün sosyalist rus firqəsi hətta
sosyalist olmayan Milyukov belə,sırası
gəldikcə, kəndisini təmcid və təşviqdən
geri qalmıyorlardı. Fəqət şimdi,
bütün ümidlərinə rəğmən, Seretelli son
dərəcədə müşkül və gülünc
olacaq qədər məhcub bir vəziyyətə
düşmüşdür.
Keçənlərdə,
Parisdə rus menşeviklərinin lideri Danın Rusiya siyasi vəziyyəti
haqqında verilmiş olduğu bir raporun münaqişəsi əsnasında,
Dan “sadə Gürcüstanın istiqlalını müdafiə
etmək belə Rusiyanın inhilalını istəmək deməkdir”
demiş və bittəbii bu inhilalı istəmənin irticai
bir arzu olduğunu ifham eyləmişdir.
Bundan
mütəəssir olan Seretelli rus menşeviklərinin nəşri-əfkarı
“S.Vestnik” qəzetəsinə müfəssil bir məktub
yazmış və bu məktubunda Danın, firqə platformuna
rəğmən, Gürcüstan istiqlalı tələbini,
digər millətlərin istiqlalını tələb
növündən Rusiyanın inhilalını istəmək
kibi tələqqi etdigini protesto etmiş və rus menşeviklərinin
kəndi liderlərinin bu şəxsi mütaləəsilə
razı olmiyacaqları ümidini dəxi izhar eyləmişdir.
Nə olsa iyidir? Rus
menşevik firqəsinin əcnəbi bürosu təklifi
müzakirə ilə məktubun dərc ediləcəgini və
liderləri Danın nəşriyatında, firqə mükərrirətilə
hərəkət etdigini Seretelliyə rəsmi bir məktubla təbliğ
eyləmişdir. Heç bəslənmiyən
bu hadisədən duyduğu təəssürlə Seretelli bu
məktubunu Prağda çıxan “Volya Rosii” məcmuəsində
nəşr etdirmişdir.
Seretelli min menşevik sufizmini bir araya gətirib də
isbat etmək istiyor ki, “Gürcüstanın Rusiyadan
ayrılması Rusiyanın parçalanması demək
degildir”. Bittəbii “nədən Gürcüstanın
ayrılması Rusiyanın parçalanması degil də, fərzən
Ukraynanın ayrılması parçalanmasıdır” qəziyyəsini
salim bir məntiqə uyduramıyor. Konfuz
böyükdür, Seretelli son dərəcədə mütəəssir,
adəta ağlıyor. “Danın söylədiklərinin
Gürcüstan mühitində icra edəcəgi təsiri bir
düşünün” deyə “dostlarına” xitab ediyor və
“qana qəltan olmuş bir məmləkətdə, bolşevik
qüvvətləri tərəfindən cəbrən istila
edilmiş bir yerdə, bir məmləkətdə ki, rus
demokrasilə yol yoldaşı olmanın caiz olub
olmadığı məsələsi belə bu qədər
mübahisə və münaqişələrə mucib oluyor. Dan tərəfindən sərf olunan bu sözlərin,
bu yoldaşlığın imkanını isbat etmək istəyənlər
yəni Seretelli əleyhində nə kəskin bir silah olaraq
qullnacağı nəzərə alınmıyormu?” - deyə dərd töküyor. Və
yanılmıyor.
“Mücadilə
Sədası”nın 6 nömrəli
nüsxəsində Jordaniyanın qələmindən
çıxdığına şübhə olmayan bir baş
məqalə həqiqətən də bu münaqişəyə
həsr edilmişdir. Məqalədə
bütün rus sosyalistlərinin milliyyət məsələsində
qeyri səmimi və imperyalistik bir zehniyyət
daşıdıqları qeyd olunmaqda və həpsinin
“parçalanmaz vahid Rusiya” şüarına mərbut
imperyalistlər olduğu dərin təhlillərlə təsbit
olunmaqdadır. Məqalə, zehniyyətinin əsasına
görə, Seretelliyi də bu “həqiqi sosyalizm və
qüsursuz demokratizm yolundan sapmış”lar
sırasında saymaqdadır.
Rus
menşeviklərinin milliyyət məsələsini Rusiyada
demokrasi interesinə tabe etmək istədiklərini təhlil
edərək, məqalə, bu tabeyənin ancaq Rusiya birligini
qorumaq üçün düşünülmüş bir
“manevrə” olduğuna işarət edərək, diyor ki:
“... Dan və tərəfdarları da belə siyasət
sahəsində mücadilə ediyorlarsa da, xarici siyasət sahəsində
onunla kafiyən mücadilə etmək niyətində degildirlər.
Biləks Rusiyanın birligi
şüarını digər bütün rus firqələri
kibi, onlar da müdafiə ediyorlar. Xarici
siyasət cəbhəsi daxili siyasət cəbhəsinə
faiq gəldigindən, aşikardır ki, bir kəlimə
oyunlarından başqa, Danın, Kerenski, Patresov, Milyukov və
sairə ilə fərqi çox azdır. Onların
bir-birinin kəndinə məxsus motivləri və təsəvvürləri
vardır. Fəqət mühüm olan əməli
nəticədir ki, bu xüsusda aralarında heç bir fərq
yoxdur. Şayani-diqqətdir ki, bunlar
İngilis burjuaları qədər olsun yüksələmiyor,
məhkum millətlər üçün, qismən olsun,
dominyon haqqı belə tanıyamıyorlar!”
Millətlər
Rusiyadan gedərsə, bu hadisə, arada irticaın və
itibdadın övdətinə mucib olurmuş!..
Gürcü qəzetəsi bu məntiqində
morallığını, o degilsə belə Rus xalqına
etimadsızlığı ifadədən gəldigini qeydlə,
pək haqlı olaraq, əlavə ediyor ki, “millətlərin kəndilərindən
ayrılması nə Avstriyada, nə də Türkiyədə
irticaya mucib olmadı!”
Bu münaqişədə dəxi beynəlmiləliyyət
formulları altında milliyyət motivinin saqlı olduğu
bütün çıplaqlığilə meydandadır. Bunu görməyənlərin
və ya görməməzligə gələnlərin nəsibi
Seretelli kibi, heç olmazsa məhcubiyyətdir!...
18
Ağustos 1930
Azəri
(M.Ə.Rəsulzadə)
“Odlu-Yurd”,
eylül 1930, ¹20
B.T. Məqaləyi imza etmiş heyəti-təhriziyyəyə
göndərmişdim ki, rus sosyal demokratlarının nəşri-əfkarı
“S.Vestnik” qəzetəsinin 16-cı nüsxəsi gəldi. Bu nüsxədə
Seretellinin “Volya Rossii” məcmuəsində çıxan məktubuna
cavab verilməkdədir. Seretellinin rus sosyal
demokrat partisi bürosu əsasında kəndisilə bərabər
Jordaniya və Dan əleyhinə çıxmağı
xüsusundakı təklifini” mükəməl bir analitik sifətilə
təvsib etdikdən sonra məqalə mühərriri Danın
Seretelli pozisyonunun fantazidən və realiteylə işi olmayan
təzadlarla dolu süni bir fikir kombinezonundan ibarət
olduğunu dava və isbat ediyor.
“S.Vestnik”cə, “Rusiyayı parçalamadan
Gürcüstana istiqlal Seretellinin milliyyət məsələsinə
baxışı uydurma və yapmadır. Bu pozisyon qeyri-müəyyən,
bu siyasət qeyri-vazehdir. Onun
Gürcüstan istiqlalını günün aktual məsələsi
olmaqla bərabər, eyni zamanda, Şərqi Avropada olan
böyük məsələnin həllində əskəri
metodları rədd edişi yekdigərini
çürütür bir mahiyyətdədir, xəyalidir”.
Məcmuəyə Seretellinin digər milli məsələləri
iğmaz edərək sadə Gürcüstanın halisini
mümkün görməsi haqqındakı israrı, pək
haqlı olaraq, tuhaf gözüküyor. Yalnız bir
Gürcüstanın ayrılması ilə hadisələrin təvəqqüf
edəmiyəcəgini, rus sosialistləri pək əla dərk
ediyorlar. Onlar “biz rəsmi Gürcü
sosyal-demokrat görüşünü anlarız” diyorlar.
Bu görüş üçün Rusiyada
demokrasimi, irticamı bütün bu məsələlər
mühüm olsa da, Gürcüstan istiqlalı məsələsinə
nisbətlə ikinci dərəcədə qalır. Digər bütün məsələlər onunca
milli iftizaq əsasına tabe tutuluyor. Dərhal
və bilatəxir ayrılmaq şüarını vəz edərkən
o nə yapdığını kamilən anlayır və nəyə
getdigini biliyor. O, əskəri ixtilaflar və müharibə
dəxi daxil olduğu halda, hər şeyi qəbul ediyor”.
Məcmuəyə görə, Seretelli sadə ənai və
utopist degil, eyni zamanda internasyonalizmin fariq sifətlərindən
olan sinif ideolojisini şaşırmışdır. “7-8 sənə
əvvəl milli istiqlal hətta prinsib belə degil, sadə
şaxmat gedişi və taktik bir addım ikən, şimdi
Seretelliyə görə xalqın qayəsi hökmünü
almışdır. Həm də öylə bir hökm
ki, icrası heç bir vəchilə təxir etdiriləməz”!
Gürcü
sosyal-demokratlarınca “naiv” Seretelli “rusca” internasyonalizmin nə
olduğunu şimdi anlıyor, rus sosyal-demokratlarınca da bu
“naiv” adam adəta milliyyətçiliklə
ittiham olunuyor.
Farsların
“Əz onca randə, vəz inca mandə” dedikləri iştə
budur!
A.(Azəri)
(M.E. Rəsulzadə)
Saiqə
- sövq edən, sövqedici, səbəb, keyfiyyət
Hərc -
nizamsızlıq, qarışıqlıq
Müktəsəb
- qazanılan, əldə edilən
İstilzam
- lüzumluluğunu göstərən
Səkli
- ağır
Quyud -
bağlar, bəndlər
İnqiraz
- məhv olma
Hərasan
(hirasan) - qorxaq, ürkək
Nairə
- alov
Mübrəm
- mütləq icra edilməli
Hissəmənd
- hissə yiyəsi
Məhud
- öhdəyə götürülmüş
İxtisab
- rəngləmə, boyama
Təvəllüd
- meydana çıxma
Bizzərur
- zərurətlə
İnfilak
- dağılma, pozulma
Təsri
- sürətləndirmə
Mədar
- özül, təməl
Qədr -
vəfasızlıq, xəyanət
Rəbb -
Allah
Nəza -
çəkib qoparma
Məhcub
- utanan
İnhilal
- ayrılma
İfham
- anlama, dərketmə
Mükərrir
- təkrarlayan
Məhcubiyyət
- utanma, ar etmə
Vazeh -
aşkar, aydın
İğmaz
- özünü görməməzliyə qoyma
Təvəqqüf
- dayanıb qalma
Əna - əziyyət,
zəhmət
ONUNCU
İLDƏ!..
(Azərbaycan
“Çeka”sının il dönümü
münasibətilə)
1929,
mayısın 20-də Azərbaycan “Çeka”sının təşəkkülündən
9 il keçdiyi üçün “Çekanın” şimdiki rəisi
Novruz Rzayev, bu münasibətlə Bakıda türkcə nəşr
olunan “Komunist” qəzetəsində (¹ 114) “Doqquz illik fəaliyyət”
haqqında uzun bir məqalə yazmışdır. Rzayev məqaləsində
“Çeka”nın tarixi təşəkkülündən bu
vaxta qədər Azərbaycan daxilində “Müsavat” firqəsinin
gizli surətdə çalışan təşkilatilə
vaqe olan mücadiləsindən, “Müsavat” firqəsinin 1922 sənəsindən
1929 sənəsinə qədər, “əskiyi iadə və
komunist diktatorluğunu yıxmaq” üçün göstərdigi
inaddan bəhslə bilxassə 1928 sənəsi üzərində
duruyor, diyor ki:
“1928 sənəsində
Azərbaycan fövqəladə komisyonu - (Çeka)
“Müsavat” firqəsinin yeni mərkəzini (?), qəza və
Bakı şöbələrini, əskəri və terror qrup
və təşkilatlarını kəşf və təsviyə
etdi (?)”.
“Kəşf və təsviyə olunan (yəni Sibiryaya
sürülən, qətl olunan v.s.) “Müsavat” v.s. kontrorevolisiyon
təşkilatları hüdud xaricində olan əks-inqilab
idarə və təşkilatları ilə münasibətdə
bulunmuş, onlardan yardım və direktiv
almışlardı”.
Fəqət bolşeviklərin “Çeka” mütəxəssislərinə
məxsus raporlarda, bir lisan vardır. Daima “Müsavat” aradan qaldırıldı,
“gömüldü” - deyən və böylə deməyə
alışqan olan “Müsavat”ın əbədi olaraq məhv
edildigini iddia edən çekistlər bu dəfə yalnız
“təsviyə” təbirilə iktifa ediyor, eyni zamanda
böyük bir qorxu içərisində bulunduğuna bir əlamət
olaraq diyor ki:
“Məmməd
Emin Rəsulzadələr, Sovetlər İttifaqını
içərisindən dağıtmaq istiyorlar. Şübhə
yoxdur ki, bu təşəbbüslər nəticəsiz
qalacaqdır, çünki proletar diktatorluğunun lazımi
orqanları (Çeka, Qızıl ordu) Sovet hökumətini
sarsıtmaq istəyən hər təşkilatın
kökünü vaxtı-vaxtında yandırmaqdadır...”
“Azərbaycan
çekistləri, Azərbaycan “Çeka”sı 10 ilinə
daxil olurkən kəndi sıralarını bir qat daha möhkəmlədəcək
və fəaliyyətini artıracaqdır...”
İstilanın
10-cu ilində və “Çeka” fəaliyyətinin 10 ildən bəri
10 minlərlə milliyyətçini imha (məhv) və dəfələrlə
“Müsavat”ı kəşf, “təsviyə” və “ilğa”
eylədikdən sonra, yenə “sıralarını möhkəmlətmək”
ehtiyacını hiss eyləməsi “Müsavat” və
müsavatçı adı qarşısında Azərbaycan
komunistlərinin nə böyük bir qorxu duyduqlarını
göstərməkdədir. Bu əndişə -
müsavatizmin və bu təbirin ifadə etdigi Azərbaycan
İstiqlalçılığının nə dərin bir
kökə malik olduğuna dəlil ola
bilir.
9 ildən
bəri qətiyyən sönmədigini, getdikcə
alovlandığını və Sovet hökumətindən
ötrü, harsi, ədəbi, iqtisadi, ictimai-siyasi və əskəri
cəbhələrdə böyük bir təhlükə təşkil
eyləməgə başladığını, gəncligin
bilxassə məktəbli və darülfünluların, hətta
komsomolların belə, bu dərin milli hərəkatda
iştirak etdiklərini, həbslərin, sürgünlərin,
qətllərin Milli hərəkatı sövq və idarə
edən “Müsavat”ın kəndi fəaliyyətini
durdurmadığını rəsmi “Çeka” raportlarından
öyrəniyoruz. Öyrəniyoruz ki, Rzayevin təbirilə
“ümumi Rusiya “Çeka”sının direktiv və rəhbərliyi
ilə, Rusiyanın istila və imperyalizm ilə mücadilə
edən və Azərbaycanın istiqlal və qurtuluşu
üçün “Çeka”nın qanlı bodrumlarında
canlarını sevə-sevə verən Azərbaycanın həqiqi
övladını imhayə məmur bulunan Azərbaycan
“Çekası”, qanlı və vəhşi fəaliyyətinin
10-cu ilində, bu qüvvətli və şanlı Milli Hərəkata
qarşı daha hızlı bir surətdə mücadilə
yürütmək məcburiyyətini hiss ediyor.
“Çeka”nın bu “daha qüvvətlənmək”
ehtiyacı, bizim daha ziyadə qüvvətli olduğumuzdan iləri
gəliyor. Bu da sovet rejimi və bolşevik
hakimiyyətinin zəifini, Milli İstiqlal Hərəkatının
canlılığını və təbii bir Xalq hərəkatı
olduğunu göstərməkdədir.
Bu, istiqlal hərəkatının və rus istilasilə
olan mücadilənin davam eyləməkdə olduğuna şəhadət
edər; göstərir ki, verdiginiz minlərcə qurbanlar
üzərinə yeni qurbanlar əlavə etmək
qarşısındayız.
“Çeka”nın bu 9 sənəlik vəhşətini xatırlarkən vermiş olduğumuz böyük istiqlal qurbanlarının müqəddəs xatirələri önündə diz çökəlim! Onlara o Pirilərə, Məmməd Bağırlara, Dadaşlara, Ağa Kərim və Ağa Səlimlərə minlərcə rəhmətlər göndərəlim! Verdigimiz qurbanların və verəcəgimiz yeni şəhidlərin izlərilə o böyük istiqbal qayəsinə doğru yürüməkdə davam edəlim! Sıralarımızdan Rəhimlərin, Əli Yusiflərin, Nəsrullah və Əbülfəzlərin Məmməd Həsən və Vahabların buzlu cəhənnəmlərə döndərilməsi, Piri, Dadaş və Qasımların qanlı bodrumlarda şəhadəti əzmimizi sarsıtmasın, biz yeni qurbanlar verəcəgimizdən qətiyyən qorxmiyalım. Yalnız verəcəgimiz və verdigimiz qurbanlardır ki, bizi hürriyyət və istiqlala qovuşduracaqdır!
Böyük ölülərimizin, “Çeka”larda uğrunda can verdikləri müqəddəs Azərbaycan istiqlalına, yenə böyük ölülərimizin mübarək vücudlarına baxaraq irəliləməliyiz!
Zalım və vəhşi “Çeka”nın varlığına olan nifrət və lənətimizi yalnız bu surətdə izhar edəlim! İstiqlal mücadiləsindəki inadlarımızla!..
M.B.Məhmədzadə
“Odlu-Yurd”, temmuz (iyul) 1929, ¹ 5
Qeyd: Məsləhət görürəm ki, “Çeka”çıları mədh edən, onları istiqlalçı kimi indiki nəslə sırımaq istəyənlər bu tarixi və müqəddəs sətirləri oxusunlar! Ş.H.
(Ardı gələn şənbə sayımızda)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2017.- 9 sentybar.-
S.20-21.