Ziyalı borcu  

 

"Səhər-səhər" rubrikasında

 

 

Avqustun 31-də köhnə dostum, görkəmli türkoloq alim Tofiq Məliklinin 75 yaşı tamam oldu.

 

Tofiq üç  mədəniyyəti - türk, rus Azərbaycan mədəniyyətini öz varlığında  üzvi şəkildə  birləşdirən nadir şəxsiyyətlərdəndir.

 

Bakıda sonralar Moskvada mükəmməl türkoloji təhsil alan T.Məlikli ümumtürk abidələri  - Orxon-Yenisey daş kitabələrindən üzü bəri klassik ədəbiyyatımızı - Orta əsrlərdə bir axarda gəlişən Azərbaycan Türkiyə ədəbiyyatını dərindən bilməklə tədqiq etməklə yanaşı, araşdırmalarında  çağdaş yazıçılara da geniş yer verir. Böyük Nazım Hikmət haqqında Moskvada, İstanbulda, Bakıda nəşr olunan kitabları, şəxsi tanışları, dəfələrlə görüşdüyü  yazışdığı Fazil Hüsnü Dağlarca, Əziz Nesin, Yaşar Kamal, Oktay Akbal kimi şair nasirlər, “Qəribçilər” - Orhan Vəli, Məlik Cövdət Anday, Oqtay Rifət, “İkinci Yeni”nin təmsilçiləri, ortaq dostumuz Ataol Bəhramoğlu azərbaycanlı türkoloqun  kitabları, məqalələri, esseləri, tərcümələri vasitəsiylə keçmiş  SSRİ- daha çox tanındılar. Özü   istedadlı şair olan Tofiq Məlikli çağdaş türk şairlərini çevirməklə,  Orxan Pamukunİstanbulromanını tərcümə etməklə rus oxucusunda da bu müəlliflərə  maraq oyatmışdı.

 

Azərbaycan Dövlət TeleviziyasıylaPoeziya  verilişini apararkən istər klassk, istərsə müasir Türkiyə şairlərindən danışan zaman mütləq Tofiq Məliklini dəvət edirdim, ən müxtəlif  müəlliflər haqqında  mötəbər, mükəmməl söhbətlər edirdi. 

 

Eyni zamanda, Tofiq doğma Azərbaycan ədədibiyyatının ardıcıl araşdırıcılarındandır. Hələ sovet dönəmində bir çox əngəllərə, hətta təhlükələrə rəğmən Bakıda ilk dədəKitabi Dədə Qorqud”a həsr olunmuş (o cümlədən, görkəmli qorqudşünas Orxan Şaiq Kökyayın da iştirak etdiyi)  beynəlxalq elmi simpoziumun keçirilməsi Tofiq Məliklinin  möhkəm iradəsi yorulmaz səyləriylə  baş tutdu.

 

Uzun illər Moskvada yaşayan alim bu şəhərdə həmyerlilərimizin müxtəlif təşkilatlarının rəhbərliyində təmsil olunub, özü daOcaqcəmiyyətini  yaradıb, Azərbaycan Yazıçılar Birliyinin  Moskva şöbəsinin sədri kimi çox önəmli işlərə imza atıb. Onun fəal təşkilatçılığıyla  keçirilən bir sıra  tədbirlər - elə  son illərdə  Molla Nəsrəddinjurnalına həsr olunmuş tədbir, böyük Səməd Vurğunun yubileyi, Azərbaycan yazıçılar təşkilatının  80 illiyiylə bağlı  toplantılar çox uğurlu oldu.

 

Son vaxtlar  daha çox  doğma vətənində yaşayan Tofiqin  elmi, ədəbi,  ictimai fəallığı səngimir. O, rusca yazan müəlliflərin Yazıçılar Birliyinin nəzdində yaranmışLuçdərnəyinə rəhbərlik edir, Birliyin ədəbi orqanlarında  mütəmadi yazılar yazır, müsahibələr verir,  çağdaş ədəbi prosesdə aktiv iştirak edır.

 

Tofiqin şəxsiyyətində yüksək peşəkarlıq, çalışdığı sahənin kamil uzmanlığıyla bərabər dünyada baş verənlərə biganə qalmamaq, özəlliklə doğma xalqının ictimai, ədəbi problemlərinə həssas münasibət çox bəyəndiyim  bizi daha da doğmalaşdıran keyfiyyətdir.

 

Müstəqil dövlətimizin hər sahədə uğurlarına övlad qüruruyla sevindiyi kimi, həllini tapmamış elmi ədəbi məsələlərə laqeyd qalmaması Tofiqin vətəndaş narahatlığından doğan bir cəhətdir. Birliyimizin ədəbi orqanlarının fəaliyyəti, onların uğurları ara-sıra üzə çıxan qüsurları, dilimizin saflığıyla bağlı qayğılar, orta ali təhsil məsələləsiylə əlaqədar  problemlər, humanitar elmlərin, o cümlədən,  türkologiyamızın qarşısında duran vəzifələr T.Məliklini daima düşünüdürən məsələlərdir. Bu  məsələlərin vaxtlı-vaxtında ən optimal şəkildə həlli üçün o, biliklərini, bacarığını, enerjisini əsirgəmir.

 

Ara-sıra mətbuatda yer alan səviyyəsiz, kökündən yanlış yanaşmalar hamımız kimi Tofiqi   narazı salır, həyəcanlandırır. Dilimizin orta məktəblərdə tədrisi, dərs kitablarının gənclərimizin yetişməsində oynaya biləcəyi rol -  çıxışlarında,  yazılarında daima diqqət mərkəzində tutduğu məsələlərdir. Təsadüfən yazıçı adlandırılanların, yaxud ədəbiyyata heç bir dəxli olmayan adamların gündəmdə qalmaq naminəşok”, “sensasionbəyantları  mənəviyyatımızın təəssübünü çəkən hər kəs kimi Tofiqi   narahat edir. Klassiklərimizi dərsliklərdən çıxarmaq kimi absurd təkliflər irəli sürən ədəbi marginalların sözünü ciddi qəbul etməyə dəyməz. Amma guya ki, bu  çağırışlara cavab verən bir təhsil ekspertinin, “qaş düzəldən yerdə vurub göz çıxarmasıtəəccübdən çox hiddət doğurur. Bu təhsil eksperti dərsliklərə klassiklərin  salınmasına guya ki, bəraət qazandırmaqçün yazır ( sitatı olduğu kimi gətirirəm):

 

Müasir Azərbaycan ədəbiyyatı yoxdur. Ona görə məcburuq ki, dərsliklərimizdə Azərbaycanın qədim dövrlərini göstərək, düşünülməsin ki,  bu gün Azərbaycan ədəbiyyatı  yoxdursa, keçmişdə olmayıb”.

 

Vəssəlam! Nə deyəsən? Görəsən, bu  ekspert  olmayanmüasir Azərbaycan ədəbiyyatı deyəndə hansı dövrü nəzərdə tutur, Cəfər Cabbarlının, Səməd Vurğunun və nəsildaşlarının adlarıyla səciyyələnən dövrü, ya onlardan sonra gələnləri  - İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Sabir Əhmədli, Qabil, Əli Kərim, Məmməd Araz, YusifVaqif Səmədoğlular, Maqsud İbrahimbəyov, İsi Məlikzadənin yazıb yaratdıqları dövrü...  yaxud əsərləri ölkəmizdən çox-çox uzaqlarda da maraq doğuran, tərcümə və nəşr olunan, təqdim və tədqiq edilən “altımışıncıları”? Onlardan sonra gələn və artıq özlərini təsdiq etmiş neçə-neçə yeni ədəbi nəsilləri? Bütün bunlar müasir Azərbaycan ədədiyyatı deyilsə, nədir? Ya ekspertin rəyincə, sanki bütün bunlar yerli-dibli yoxdur. Deməli, bir söz - müasir Azərbaycan ədəbiyyatı yoxdur, nəşr olunan kitablar, tamaşaya qoyulan pyeslər, çəkilən filmlər, ədəbi jurnallarımızda, qəzetimizdə çap olunanlar ədəbiyyat deyil.  Odur ki, əlac ancaq klassikləri dərslərə salmaqdır.

 

Müasir Azərbaycan ədəbiyyatından yazmaq istəməyən ekspertin  ədəbiyyatımız  haqqında təsəvvürü isə  belədir: “Bəs nəyi göstərək? Bu gün hansısa qızın ayağından yazan şairin yaradıcılığını göstərək, ya içib xəstəliyə düşməsindən yazaq?”

 

Budur ekspertin düşüncəsində müasir Azərbaycan ədəbiyyatı!

 

Bərəkallah belə ekspertə!

 

Əlbəttə, belə-belə fəsadları məntiqsiz və mənasız  söz yığımı kimi  qiymətləndirmək olar. Amma həqiqi Azərbaycan ziyalısının bu sayaq ifratşok” iddiaları cavabsız qoyması acı nəticələr verə bilər.

 

Nəsil-nəsil insanları yetişdirən doğma ədəbiyyatımıza “nankor münasibətə” münasibət bildirmək hər bir vicdanlı ziyalının borcudur.

 

75 yaşını təbrik etdiyimiz Tofiq Məlikli də məhz bu vicdan  borcuna daima sadiq qalan görkəmli alimimiz,  tanınmış yazıçımız, həqiqi ziyalımızdır...

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

525-ci qəzet.- 2017.- 9 sentybar.- S.9.