Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

 

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

 

İSTİQLAL MÜCADİLƏSİ

 

Elani-istiqlalımızın 11-ci il dönümündə bulunuyoruz. Baxıyoruz: arxamızda 11 illik tikanlı, mənalı, məşəqqətli, qanlı bir mücadilə yolu; təpələri, daşları, topraqları al qanlara boyanmış olan bu yolun nə qədər qəhrəmanları, şəhidləri dastanlara mövzu təşkil edən ən şanlı zəfərləri olmuşdur!... Ətrafımızda istiqlal məfkurəsinin əsrarəngiz qüvvətilə mütəhəyyic, hürriyyət və qurtuluş dilək və qərarı ilə mütəhərrik qaynayan, mücadilə edən, iztirab çəkən, qurtarmaya əzm etmiş bir mühit... Önümüzdə işıqlı bir istiqlal sabahının ağaran üfüqləri...

 

Başdan başa mücadilə ilə, zəfərlərlə, qəhrəmanlıqlarla, iztirablarla dolu bu 11 il araşdırmaya layiq, öyrənməgə dəyər bir tarixdir. İstiqlal məfkurəsini hazırlayan “Milliyyət” dövrünün kəndisinə məxsus nasıl böyük bir tarixi varsa, 28 Mayısdan etibarən başlayan “Millət” dövrünün dəxi kəndisinə məxsus bir tarixi vardır. İstiqlal və “Milli dövlət” kibi üçüncü bir dövrün, cümhuriyyət və hakimiyyəti milliyyə dövrünün, müqəddəməsi və hənuz davam etməkdə olan bu mücadilə dövrünün tarixini bütün təfərrüatı ilə olmasa da, gedişinin ana çizgilərini qeyd etməgə, hər halda bir ehtiyac vardır.

 

lll

 

28 Mayıs “Milliyyət dövrü”nün sonu, “Millət” dövrünün başı idi. Harsi və ictimai təşəkkül və inkişafın məhsulu olan “Millət” dövrilə, Azəri cəmiyyəti “Milli bir məfkurə” ətrafında siyasi hakimiyyət davasına başlıyordu. Bilaxirə Milli davasını silah gücilə davam etdirməgə məcbur olmuşdu. Bu surətlə biz 15 eylula (sentyabra) qədər Milli hərəkatımızda 3 mərhələ görüyoruz:

 

1- Milliyyət dövrü dedigimiz harsı inkişaf dövrü.

 

2- Millət dövrü dedigimiz siyasi şüur və müştərək məfkurənin təəssüsü, siyasi mücadilənin başlanması.

 

3- Millətimizin bu müqəddəs haqqına hürriyyət və istiqlal istəginə qan və atəşlə mane olan rusluğa qarşı müsəlləh mücadilə...

 

İstiqlal dövrü, milli məfkurənin təhəqqüqü, “Milli dövlət” həyatının başlamasıydı. Əskəri təşkilat, millətin müsəlləh qüvvəti, milli haqqın, milli hakimiyyət və hürriyyətin müdafiə və müafizəsi üçün yeganə və başlıca zaman olduğundan istila üzərinə, mərkəzi hökumətin süqutundan sonra, ilk müsəlləh müqavimət və üsyan əskəri qüvvətimiz tərəfindən vüqu bulduğunu görüyorduq. İstila qüvvəti Azərbaycanı “dost qüvvət” adilə işğal etdikdən sonra hər şeydən əvvəl ordumuzun imhası və əskəri təşkilatımızın ilğasilə məşğul oldu. Xain düşmənin bu siyasəti nə qədər təbii isə də, millətimizin müsəlləh müqavimətə başlaması da o qədər təbii idi.

 

Millətimizin bu müqaviməti 1926 sənəsinə qədər davam etmiş və bolşeviklərin kəndi statistiklərinə görə, bu müddət zərfində 60-a qədər müsəlləh üsyan vaqe olmuşdur ki, ən mühümləri Gəncə üsyanı, Ağdam-Qarabağ üsyanı, Lənkəran üsyanı, Səlyan-Muğan üsyanı, Şəki-Zaqatala üsyanı, Göyçay üsyanı, Kürdəmir üsyanı v.s.-dir. Bunların bir qismi həftələrlə, bir qismi aylarla, Lənkəran üsyanı isə illərlə davam etmişdir. 1926 sənəsinin sonlarına qədər Bakının “Qobustan” və “Daşlar” namilə məruf partizan hərəkatından maəda Lənkəran, Qazax, Göyçay, Zaqatala, Qarabağ, Gəncə və Quba dağları ilə Muğan və Səlyan steplərində 9 ildən bəri davam edən mücadiləsində inad göstərən müsəlləh müqavimətlər nəticəsində nə qədər qurban verilmişdir!.. Bu müsəlləh mücadilədə 10 minlərlə insan tələf olmuş, milyardlarla balığ sərvət, mal, köy və qəsəbələr ayaqlar altında məhv olmuşdur. İstiladan 1 ay sonra, 26 Mayıs 1920-də Gəncə alayının 250 nəfərlik bir taburu ilə Şəki alayının bəzi qitəatının 3000 lik bir rus qüvvətinə qarşı üsyan edərək məğlub etməsi və Gəncəyə hakim olduqdan sonra xalqdan toplanan fədailərə istinadən 20.000 lik bir rus qüvvətinə qarşı həftələrlə müqavimət etməsi, bolşeviklərin kəndi etiraflarına görə, ruslara 8500 təlafat verməsi mücadilə dövrümüzün ən şanlı bir hadisəsidir. Bu üsyan nəticəsində Gəncə başdan-başa yağma edilərək ərkəkləri, qadınları, çocuqları, südəmər yavruları qırılmış, məsum qızları yüzlərlə “əsir” olaraq götürülmüşdür. Gəncə atəşə verilmiş, rus yağma və vəhşəti həftələrlə davam etmişdir. Üsyan bayrağı açan digər qəzalarda mücadilə, müqavimət, tənkil və müdafiə daha şiddətli olmuş, verilən qurbanlar 10 minləri keçmişdir. Bu üsyanlarda Azəri xalqının göstərdigi qəhrəmanlıq, xalqın istiqlal mücadiləsindəki şah əsərləridir.

 

Xalqımızın vicdanından qopan protestonun əməli təcəllisi olan bu üsyan və müsəlləh müqavimətin qəhrəmanlıqları, iztirabları, zəfərləri xalqın dilində dastan olmuş, bu dövrə məxsus bir ədəbiyyat, bir sənət, bir ənənə təəssüs etmişdir.

 

Rusların müsəlləh müdaxilə və istilası, hürriyyət və istiqlalımızın zamini olan ordumuzu imhaya başlaması, Milli istiqlal məfkurəsini, istiqlal hərəkatını öldürmək düşüncəsilə vaqe olduğundan müqavimətində təhrikedici amili istiqlal məfkurəsindən başqa bir şey degildir. Onun üçündür ki, müsəlləh müqavimətlə yan-yana qüvvətli siyasi bir fəaliyyət, xalqın aktif ünsürlərinə istinadən münəvvər zümrənin gizli hərəkatı gediyordu. Bu siyasi fəaliyyət bilxassə milli əskəri təşkilatımızın tamamilə imhasından sonra qüvvət kəsb ediyor və millətin müəllim, tələbə, sabiq milli ordu zabitanı, mühərrir, doktor, vəkil və sair sərbəst məslək ərbabı münəvvərlər, əmələ, köylü və şəhərin ufaq burjua qismi kibi zümrələri bu gizli siyasi fəaliyyətə intisab etməgə başlıyorlar.

 

Milli ordumuzun imhası, siyasi istiqlal və hakimiyyətimizin Rusiya tərəfindən qaldırılması, baş müəssisələrin ruslaşdırılması, Azərbaycanın milli sərvətinin vəhşicəsinə istismarı, yuxarıda qeyd etdigimiz siyasi fəaliyyəti bir qat daha qüvvətləndirən, dərinləşdirən, formula edərək ona istiqamət verən və yolunu təbəllür etdirən səbəblərdən biri olmuşdu. Azərbaycan istiqlalının “təsviyyəsindən” sonra vuqua gələn Z.S.F.S.R. və S.S.S.R. zamanında Azərbaycanın felən və hüquqən Rusiyanın bir əyaləti halına gəldigi vaxtlardan 28 Mayıs elanı istiqlal bəyannaməsinin “Azərbaycan misaqi millisi” şəklində elan edildigini görüyoruz.

 

Bu münasibətlə daxildə gizli istiqlal komitəsilə “Müsavat” mərkəzi tərəfindən nəşr olunan bir bəyannamədə (il 1923) deniliyor ki:

 

“Bu gün 28 Mayısdır. O 28 Mayıs ki, meydana müstəqil Azərbaycan dövləti çıxardı. Azərbaycan türklərinin qəlbində unudulmaz bir istiqlaliyyət və hürriyyət xatirəsi buraxdı. Bu gün Rusiyanın istibdadı altında bütün varlığımız boğulur, haqqımız çeynənirkən, qəlbimizdə o istibdada qarşı böyük bir nifrət və mübarizə hissi bəsləyən və bu hissi daima təhrik edən qüvvət 28 Mayısın müqəddəs xatirəsidir”.

 

Genə bir 28 Mayıs münasibətilə gizli təşkilat tərəfindən nəşr olunan bir bəyannamədə* deniliyor ki:

 

“Ey türk xalqı! Səni azad edəcək və xoşbəxt yaşadacaq qanlı mübarizəyə bütün qüvvətinlə hazırlan: səni bu mübarizə xilas edəcəkdir. Azərbaycan istiqlalını bir dəfə qurdun, ikinci dəfə qurmaq bacarığına da maliksən”.

 

“Düşmənini tanı, milli intibahını yüksəlt, haqq səninlədir”.

 

“Azərbaycan türk xalqının axan qanından fırlayan milli intibah, rus ağalığının qəbir daşı olacaqdır”.

 

Bu günə qədər mücadilə edən bu gizli təşkilat əzalarından Sibiryaya, Solofkaya, Rusiyanın şimalında olan tunduralara minlərlə kafilə sürülmüş, həbsi Azərbaycanın müəllim, mühərrir, ədəbiyyat və sənət müntəsibləri, məktəb və darülfünun tələbəsi, zabitan v.s. münəvvər zümrədən ibarət olan bu qafilələrin qəhrəmanlıqları dillərdə dastan olmuşdur. Gizli təşkilat “kəşfi” hər il olduğu kibi hala da davam etməkdədir.

 

Siyasi hakimiyyətindən, iqtisadi və sənaye müəssisələrindən, əskəri təşkilatından qovulan Azəri xalqının milli münəvvərləri məmləkət daxilində ən möhkəm yer olmaq üzrə məktəb, ədəbiyyat, sənət, mətbuat və nəşriyat kibi harsı sahələri işğal etmişlərdir. Bu sahələrdəki mücadilə daha müdhişdir. Çünki milli həyat, milli varlıq, milli bənlik və milli ruhun əsasını, baş mənbəini təşkil edən milli harsıdır!

 

İstila qüvvəti, əskəri, siyasi, iqtisadi bir istismar qüvvəti olmaqla bərabər, məlumdur ki, eyni zamanda kosmopolit, internasionalist, milliyyət və milli hars düşməni olan ictimai bir azardır da... Milli istiqlal hərəkatını öldürmək üçün bütün milli-harsi müəssisə: dil, milli ədəbiyyat, milli sənət, milli tarix, milli ruh və ilham mənbəini təşkil edən hər bir milli ənənə, nəhayət ailə quruluşu və ailə həyatını tamamilə ilğa edərək “yeni komunizm harsı və komunizm münasibatı” yaratmaq istədilər. Milliyyətçilərimizin fövqəlbəşər bir mətanət və əzm ilə bu hars sahələrində fəaliyyətləri, milli harsın inkişaf və davamı üçün sərf etdikləri əmək faydasız olmadı. Bütün münəvvər nəsil milli varlığımız ilə iftixar edən, milli heyətimizi qısqanan bir qüvvət oldu. Yeni gənc müəllimlər, tələbələr, şairlər, yazıçılar, sənətkarlar milli harsı yaşatmaq üçün and içdilər...

 

Komunist gənclər belə bu cərəyandan kənar qalmadılar. Milli-harsı bir tərbiyədən doğan bir hərəkat Komunist firqəsini belə təhdid etməgə başladı.

 

Milli harsı öldürmək üçün istila hökuməti var qüvvətilə çalışmaqdadır, Komunist firqəsindəki sağ cərəyanla mücadilə ediyor. Ədəbiyyatdakı cərəyan və komunist yazıçılarında milliyyətçi cərəyan təsirinə düşməsilə mübarizə yolları düşünmək üçün konğrelər, içtimailər, mətbuat v.s. fəryad qoparmaqdadır. Məktəblərdən minlərcə tələbə, yüzlərcə müəllim çıxarılıyor. Musiqidə, teatroda, şeirdə, memari, tələbbüs, rəqs v.s. də “proletar ruhunu” hakim qılamıyor və bu sahələrdən milli varlıq və xüsusiyyətin çıxarılması mümkün olmuyor. Milli bayramlar yasaq edilərək, rus ixtilal bayramları təmim ediliyor. “Dinsizlər” cəmiyyətinə qəzalarda, komsomol və pioner təşkilatlarına məktəblərdə əhəmiyyət verilməsi sovetlərcə əmr olunuyor. Proletar yazıçılar, proletar kültür dərnəkləri təşəkkül edərək milli və xalqçı ədəbiyyata qarşı cəbhə alınıyor.

 

Fəqət həyat tam başqa yolda yürüməkdədir. Və Bakı Müəllimlər Konqrasında denildigi kibi “məktəblərin komunizm ruhunda yetişdirdigi nəsil, ufaq burjua və milli ruhda olan ailə, cəmiyyət, ədəbiyyat, teatro və incə sənətlər təsiri altında tamamilə dəgişiyor”.

 

Cəmiyyət başqa - hakim qüvvət başqadır

 

Cəmiyyət ruhu ilə hakimdir. Bu hakimiyyət bilxassə “Nep” dövründə daha çox qüvvətləndi. Məmləkətin 75%-ni təşkil edən köylü əskəri komunizm dövründən sonra mülkünə, malına hakim olmuş, məmləkət ufaq mülkiyyətçi, ufaq burjua cəmiyyəti olmuşdu. Təbiidir ki, cəmiyyətin bu iqtisadi quruluş və münasibəti, ailə, vərəsət, ticarət, əxlaq, hüquq, ədəbiyyat, sənət v.s. də təsir edəcək, bu sinif və bu sinifin münəvvərləri bu yeni antikomunizm cəmiyyətinə məxsus bir harsi-bədii həyat yaratacaqdı. Yeni bir ruh, yeni bir psixoloji, yeni məfkurə - ictimai ideal təəssüs ediyordu ki, ufaq mülkiyyətçi cəmiyyətdə bu da milliyyətçilik deməkdir.

 

İşdə 7 ildən bəri davam edən bu “Nep” şəraiti komunist sıralarına qədər icrayi təsir etmişdir. Proletar yazıçıların belə bu yeni ufaq burjua cəmiyyətinin həyəcanlarını təmsil etdigi “kəşf” olunmuşdur. Komsomollar belə “Müsavat” partisi təşkil ediyorlar. Komisar və məsul komunistlər belə komunizmə və Rusiya istilasına qarşı vəziyyət alıyor və Moskov naibi olan Mirzoyan Azərbaycan komunistlərini “Müsavatçı” deyə adlandırıyor: çünki “Azərbaycan xalqının kəndi-kəndini idarə edəcək qədər yetişmiş olduğunu və Moskvanın hakimiyyətinə ehtiyac qalmadığını iddia” ediyormuşlar.

 

Azərbaycan ədəbiyyat cəmiyyəti, Azərbaycanı ögrənmə cəmiyyəti, tədqiq və tətəbbö cəmiyyəti, Azərbaycan dövlət teatrosu, şəhər, köy və qəza məktəbləri, darülfünun, institut, texnikum v.s. maarif müəssisələri ətrafında birləşən xalqçı münəvvərlər, yazıçılar və sənətkarlar xalq ədəbiyyatını, xalq lisanını tədqiq ediyor, Azərbaycan tarixini, Azərbaycan xalqıyatını, Azərbaycan ruh və xüsusiyyətini meydana çıxarıyor. Rus, alman, ingilis, fransız v.s. millətlərin ən mühüm ədəbi əsərləri tərcümə ediliyor. Azərbaycan lüğəti, Azəri-türkcəsinin qrameri meydana çıxarılıyor. Milli musiqi, milli səhnə və milli səhnə əsərləri tərəqqi ediyor.

 

Yetişən yeni azəri nəsli milli iman, milli məfkurə və həyəcanlarla meydana atılıyor və onları yetişdirən nəslin iztirablarını, vətənlərinin məhkumyyətini və Moskvanın vəhşi ağalığını görüyor, ona qarşı dönüyorlar və milli hərəkat ordusuna iltihaq edərək siyasi mücadiləyi davam etdiriyorlar.

 

Bu surətlə görüyoruz ki, istila altında istiqlal mücadiləsi içtimai harsı xarakterini yenə bulmuş, bu müqəddəs mənbədən alınan qüvvət siyasi fəaliyyətin əsasını, əskəri müsəlləh mübarizənin ilhamgahını təşkil etməgə başlamışdır.

 

İstiqlal mücadiləmiz bu üç qol üzərində yürüməkdədir: harsı, siyasi və əskəri. Harsı varlığımızın nəticəsi məntiqiyyəsi olan siyasi şüur və istiqlal məfkurəsinin təhəqqüqü üçün mücadilə. Bu mücadilə genə müsəlləh mübarizəyə müncər olacaqdır. Bunu istila qüvvətinə qarşı mücadilə bayrağı açmış olan gənclik çox gözəl bildigi üçündür ki, 28 Mayıs münasibətilə nəşr etdigi gizli bir bəyənnaməsində:

 

“Ey türk xalqı, səni azad edəcək və xoşbəxt yaşadacaq qanlı mübarizəyə bütün qüvvətinlə hazırlan. Səni bu mübarizə xilas edəcəkdir” - deyə milləti müsəlləh mücadiləyə hazırlanmaya dəvət ediyor... Və şübhəsizdir ki, harsı, içtimai və iqtisadi sahələrdəki fəaliyyət davam etdikcə siyasi və ideoloji cəbhələrdəki məsai dəxi mütənasibən artacaq və bu da silahına sarılacaq mübariz bir nəslin ixtilalkar ruhunu təqviyədə davam edəcəkdir. Və bu mücadilə daha müdhiş, daha qanlı olacaq. Verəcəgimiz qurbanlar, bəlkə də bu vaxta qədər verdiklərimizdən fəzlə olacaqdır, fəqət bütün bu mücadilə və fədakarlıqların sonu mütləqa zəfər və istiqlal olacaqdır!

 

28 Mayısı təqib edən 15 eylul (sentyabr) bir daha gələcək!

 

Hürriyyətimizi əldə edəcəgiz!

 

Buna şübhə yoxdur!

 

Mirzə Bala

“Odlu-Yurd”, 28 Mayıs 1929, ¹ 4

 

Mütəhəyyic - həyəcanlı

Tələbbüs - geyinmə

Tətəbbö - hərtərəfli öyrənmə

 

PARİSDƏ BOLŞEVİK KOMEDİSİ

 

Oktyabrın əvvəllərində Paris beynəlmiləl siyasət tarixində əmsalına təsadüf edilməmiş bir hadisəyə səhnə olmuşdur. Hadisənin qəhrəmanları Sovet Rusiyasının Paris səfiri Dovğolevskiyə vəkalət edən birinci müstəşar Besedovski və Sovet hökuməti tərəfindən Paris səfarəti və ticarət müməssilligini təftiş məqsədilə göndərilmiş çekist, eyni zamanda, fövqəladə müfəttiş Royzenmandır. Bu iki “qəhrəman” arasında təhəddüs edən hadisə şundan ibarətdir. Oktyabrın 2-ci axşamı saat 7-də üzərində kirli və yırtıq əlbisə, çöhrəsi və əlləri tırmalanmış bir adam polis komisarlığına müraciətdə bulunmuş və təlaş içərisində komisara şunları anlatmışdır:

 

- Bən Sovet səfarətinin birinci müstəşarı Besedovskiyəm. Moskvadan göndərilmiş bir çekistlə şimdi aramızda böyük bir qovğa çıxdı. Qovğa o qədər şiddət kəsb etdi ki, bən səfarət binasını tərk etməyə məcbur qaldım və kəndimi buraya qədər zor-güc ata bildim. Bəni səfarət binası daxilində zorla həbs etməgə çalışaraq rovolver ilə təhdid edincə qaçmaqdan başqa bir çarə bulamadım və kəndimi güc-bəla ilə qurtarmaya müvəffəq oldum, fəqət qarım və çocuğum səfarət binasında bulunuyorlar. Ailəmin sərbəst buraxılmasını fransız polisindən rica və istirham edərim.

 

Bu bəyanat üzərinə polis bu adamın övraqını təhqiq edərək hüviyyətini təyin etdikdən sonra, rəisin müsaidə və əmri üzərinə Sovet səfarəti binasına daxil olmuşdur. Polisin gəlişindən ürkən müfəttiş Royzenman Besedovski ailəsinin sərbəst buraxılmasını əmr etmiş və əşyaları səfarət binası xaricinə atılmışdır. Besedovski polisə təşəkkür edərək əşyasını almış və ailəsilə bərabər bir pansiyona yerləşmişdir.

 

“Odlu-Yurd”, noyabr 1929, ¹ 9

 

BESEDOVSKİ NƏLƏR SÖYLÜYOR?

 

Keçən nüsxəmizdə Paris sovet səfarəti rəzalətindən bəhs etmiş və müstəşar Besedovskinin bəzi ifşaatını dərc etmişdik. Bu dəfə də Besedovskinin məqaləsindən bəhs edəcəgiz. Komunist sıralarından çəkilərək bu gün Parisdə bir mühacir sifətilə yaşayan Besedovski, Sovet Rusiyasının vəziyyəti haqqında əcnəbi qəzetələrində məqalələr yazmaqda və bu məqalələrdə Sovet hökumətinin gərək daxili və gərəksə xarici siyasətinin iç üzünü göstərməkdədir.

 

“Üçlər”

 

Besedovski kəndi məqalə silsiləsinə “Rusiyayı kimlər idarə ediyor?” məqaləsilə başlıyor. Rusiyayı idarə edən adamlar olmaq etibarilə Stalin, Molotov, Kağanoviç kibi 3 kişiyi göstərən Besedovski bu adamların tərcümeyi-hallarına keçmədən əvvəl diyor ki:

 

“Sovet İttihadını idarə edən əsasən Stalindir. Fəqət Stalin bu işi yalnız başına degil, iki müavinlə yapıyor. Sovet İttihadının müqəddəratı Stalin, Molotov və Kağanoviçdən ibarət bulunan “Üçlər”in əlindədir. Bunlar hər üçü də Mərkəzi Komitə Firqəsinin birinci-ikinci-üçüncü katibləridir. Komunist firqəsi, Komintern, Komisarlar Şurası, İqtisad Şurası və digər bir çox müəssisələr həp bu 3 kişinin əlində bulunuyor. Bu “Üçlər” müsavi haqqı haiz əzalardan mürəkkəb bir heyət şəklində degildir. Molotov və Kağanoviç yalnız müavinlik yapmaqla mükəlləfdirlər. Bunların əmiri və naziri Stalindir”.

 

Molotov

 

İlk əvvəl müavinlərin tərcümeyi-halından bəhs edən Besedovski Molotovu şöylə təsvir ediyor:

 

“Ağır təbiətli və qırxlıq bir adam olan Molotov Politbüroda xarici siyasət və köylü məsələsi mütəxəssislərindən ədd olunuyor. Buxarin işdən çəkildikdən sonra bütün nəzəriyyata mütəəlliq məsələlər həp bunun üzərinə yüklənmişdir. Fəqət Molotov bunların yalnız materyalını toplamaq və taslağını bücuda gətirməklə iktifa ediyor. Molotov tərəfindən toplanmış materyalların tənzimi və xətti-hərəkət təyini yalnız Stalinə aiddir. Bu xətti-hərəkətlərin bəzən Molotovun nöqteyi-nəzəri əleyhinə olduğu da vüqudur. Fəqət buna qarşı Molotov heç bir etiraz sərt etməyə cəsarət edəmiyor və susuyor. Molotovun xüsusi həyatı heç də proletarca degildir. Cahan inqilabına, “Sosyalizm quruluşuna” qətiyyən iman etmiyor.

 

Qarısını firqədən uzaq bulundurduğu kibi çocuqlarını da komsomol təşkilatına yaxın buraxmıyor. Yeganə əməli Stalinin yerini işğal etməkdir. Politbüroda bir ay vəzifəsini yapıyor, yəni firqəyə Stalin şüaları əks etdirmək surətilə gecələri parlıyor. Stalin bu adamın yalnız çalışmasını seviyor, fəqət etimad etmiyor. Stalinin nüfuzundan istifadə edərək kəndisindən aşağı vəzifədə bulunan arkadaşları üzərində amir olmağa çalışıyor. İştə bunun nəticəsi olaraq kəndisinə bir çox düşmən qazanmışdır. Kağanoviçlə heç də iyi keçinmiyor, ümumi iştə çox zaman aralarında skandallar çıxdığı vaqedir. Dövləti müəssisələr bilxassə xariciyyə komissarı Çiçerin və Litvinov bu adamdan nifrət edərlər. Ümumi siyasi direktivləri Molotovdan degil, bilvasitə Stalindən alıyorlar. Səfarəti tərk etmədən bir qaç gün əvvəl firqəyə mənsub bir arkadaşımdan bir məktub aldım. Məktubda Molotovun Politbürodan atılması ehtimalından bəhs ediliyordu. Hər halda Stalin ilk fürsətdə bu adamı katiblik vəzifəsindən çıxaracaq və daha az təhlükəli bir vəzifəyə təyin edəcəkdir”.

 

Kağanoviç

 

Molotovun iş arkadaşı Kağanoviçə gəlincə deyə bilərik ki, bu adamın heç bir təhsili yoxdur. Bir yəhudi ailəsində böyümüş olan Kağanoviç sərraclıqdan yetişmə bir adamdır. 23 yaşından etibarən siyasi həyata atılan Kağanoviç inqilabın əvvəllərində bir çox məsul vəzifələrdə bulunduqdan sonra 1923-də firqə katibliginə intixab olunmuşdur.

 

1926-da Ukrayna Komunist firqəsində katib böhranı çıxınca Moskva, Molotov, Kağanoviç və Orconikidzeyi namizəd göstərdi. Fəqət Ukrayna icraiyyə rəisi Petrovski yanı başında böyük və nüfuzlu bir firqəciyi görmək istəmədigindən daha az məruf olan Kağanoviçin üzərində təvəkküf etdi.

 

Petrovski bunu intixab etməklə böyük bir xəta işlətdiginin fərqində degildi. Ukraynaya katib olaraq təyin edilən Kağanoviç məhəlli məmuriyyətində böyük bir qabiliyyət və istedad göstərdi. Yəhudi və gəlmə deyə təərrüz altında qalmamaq üçün Ukrayna lisanını öyrənməgə çalışdı. Bir qaç ay zərfində nitq irad edə biləcək dərəcədə Ukrayna lisanını öyrənən Kağanoviçdən artıq Petrovski qorxmağa başladı. Petrovski müxtəlif vasitələrlə Kağanoviçə qarşı çıxmağa və firqə əfkari-ümumisini onun əleyhinə hazırlamaq istiyordu. Mərkəzi Komunist firqəsində əza bulunan yerli ukraynalılar - bir yəhudinin baş katib vəzifəsini işğal etməsinə qətiyyən yol verilməz, çünki bu vəziyyət əfkari-ümumiyyənin üsyanına mücib ola bilir - deyə yəhudi əleyhdarlığı fikrini tərvic ediyorlardı. Nəticədə açıq bir hərb şəklində olan bu çarpışmaya Stalin müdaxilə edərək məsələyi sülhən həll etmək istədi. Fəqət Çubar da Petrovskinin tərəfini iltizam edərək Kağanoviçin Ukraynadan alınması üzərində israr etdi, alınmadığı təqdirdə bütün Ukrayna firqəsinin Moskva əleyhinə bir müxalifət təşkil edəcəklərini bildirdi. Bu tələb qarşısında aciz qalan Stalin Kağanoviçi Ukraynadan alaraq Mərkəzi Komitənin 3-cü katibi yapdı. Mərkəzi Komitədə Kağanoviç yalnız təşkilata mütəəlliq məsələlərlə məşğul oluyor. Bir parçada firqə aparatını kəndi əlində almağa çalışıyor. Yəni bir zamanlar Stalinin yapdığı təcrübələri təkrar ediyor. Stalin bu adamı Molotovdan daha fəzlə seviyor.

 

Stalin

 

Komintern, Komisarlar Şurası və sairənin xətti-hərəkətini təyin etməklə müvəzzəf olan Politbüro çoxdan bəri bir heyət olmaqdan çıxmış və kəndisini Stalinin əlinə vermişdir. Bütün məsələləri Stalinin kəndisi həll ediyor, heç kimsənin etiraz etməyə haqqı yoxdur. Hətta keçən sənələrdə etiraz edə bilən Kalinin, Voroşilov, Ruduztağ kibilər də şimdi yalnız rəy verməklə iktifa edən birər kölə kibi olmuşlardır. Politbüroda müxalif qrupu təşkil edən Tomski, Buxarin və Rıkov tamamilə susdurulmuş və bunlardan Tomski və Buxarin dışarı atılmışlardır. Rıkov isə kəndi rəislik mövqeini mühafizə üçün əskidə olduğu kibi artıq sağların mənafeini müdafiədən vaz keçərək Stalinlə uzlaşmağa çalışıyor. Fəqət buna baxmayaraq, Stalin kəndi zərbəsini vurmuş, yəni Rıkovu Rusiya Komisarlar Şurası rəisligindən atmışdır. Stalin bununla qalmamış, xüsusi tərzdə Rıkova başqaları vasitəsi ilə hiss etdirmiş ki:

 

- Bu bir az ehtiyatlı olmanı tənbihə yarar bir hadisədir. Fəzlə iləri getmiş olursan SSSR Komisarlar Şurası rəisligindən də atarız. Mövqeinə son dərəcə düşgün olan Rıkov bu bəyanatdan qorxdu. Mövqeinə düşgündür diyoruz, neçün? Bir ideya və məfkurə naminəmi? Xayır, nə gəzir. Rıkovun yaxın arkadaşları ilə bərabər bir qədəh raki qarşısında irad etdigi nitqini dinləməli. Bu nitqlər o qədər inqilab əleyhdarlığı ruhunu daşıyır ki, bunun yanında mühacir mətbuatının ən şədid səhifələri belə kölgədə qalar. Rıkovun zərərsiz bir tip olduğunu bildiyi üçün Stalin bütün bunları əfv ediyor.

 

Bu surətlə Sovet İttihadı, Komintern üzərində hakim olan Politbüro keçən sənədən etibarən Stalinin diqtatorluq yapdığı bir müəssisə halını almışdır. Stalinin bu gün firqə həyatına yapdığı təsir və firqədə oynadığı rol Lenindən çox çox böyükdür. Firqəçiləri Stalinə bağlayan yeganə şey qorxudur. Bu qorxu həm şəxsidir, həm də ümumidir. Şəxsidir, çünki firqədən dərhal atılmaq təhlükəsi var, ümumidir, çünki hər kəs Stalindən sonra bütün firqənin bərbad bir şəkil alacağı və məhv olacağı qənaətini bəsliyor.

 

Dövlət məsələlərinin müzakirəsinə təxsis edilən Politbüro ictimalarının heç bir zaman söyüşsüz keçdiyi vaqe deyildir. Ən ağır və çirkin kəlmələri ən çox qullanan təbiəti etibarilə qaba olan Stalindir. Stalin düşmənliyində ənud olduğu kibi, dostluğunda da ənuddur. İşinə yarıyan adamları sevər, yaramayanları imha etməgə və düşürməgə çalışıyor. Stalinin dostluğuna qurban gedənlərdən birisi də operasyon nəticəsində ölən sabiq hərbiyyə komisarı Frunzedir. Stalin Frunzeyi çox sevərdi. 1924-də Moskva son dərəcədə böhranlı anlar keçiriyordu. Həpimiz iki həftə zərfində bir ixtilal vüquunu bəkliyorduq. Trotski bir qaç dəqiqədə hakimiyyəti əlinə ala biləcək bir vəziyyətdə bulunuyordu. Politbüroya “Trotskiyə toxunduğunuz təqdirdə bütün Qızıl ordu üsyan edəcək və Trotskiyi müdafiə edəcəkdir” xəbərləri gəliyordu. Bu vəziyyət daxilində Stalin dərhal Ukraynadan Frunzeyi dəvət edərək Trotskinin yerinə keçirdi. Frunze də aldığı direktiv üzərinə mühüm mövqeləri Ukraynadan gətirmiş olduğu adamlarına verdi. Bunu mütaqib “Trotskiyi məğlub” edən Frunze ilə Stalin dostluğu irəlilətdi. Frunzenin mədə xəstəligindən müztərib olduğunu xəbər alan Stalin, Frunzeyə bir operasyon yaptırmasını tövsiyə etdi və bunun üzərində israr etməgə başladı.

 

Fəqət Frunze doktorların da söylədiklərinə görə bu vəziyyətdə daha uzun sənələri yaşayacağını və heç bir operasyona lüzum hiss etmədigini etiraz məqamında sərt etdisə də bundan bir nəticə hasil olmadı. Stalinin israrı üzərinə operasyon yapdırdı və nəticədə Frunze bıçaq altında öldü.

 

Əski oktyabr inqilabı qrubundan bu vaxta qədər cahan inqilabı fikrinə inanan yeganə adam Stalindir. Məmləkət daxilində tətbiq etdigi iqtisadi siyasətin məmləkəti bir uçuruma doğru götürdügünün fərqində degildir. Stalin cahan inqilabı zamanına qədər firqə aparatını kəndi əlində mühafizə edəcəginə qüvvətlə qanedir. Stalinin cahan inqilabına olan bu iman və qənaətini bəzi mühüm Avropa mərkəzlərində bulunan səfirlər, bulunduqları mahalın inqilabi hərəkatları haqqında yalan-yanlış məlumat vermək surətilə təqviyə etməkdədirlər.

 

Xülasə, Sovet diqtatorluğu bu gün Stalinin cahan inqilabına qarşı bəslədigi müənnid imanla qaimdir. Stalin çəkilərsə hər şey inhilal və iflasa məhkumdur, çünki Stalinin yerini tutacaq və məvhum cahan inqilabına etimad edəcək heç bir kişi mövcud degildir. Stalin işdən çəkildigi təqdirdə Politbüroyu hər halda Molotov, Kağanoviç, Voroşilov, Orconikidze, Çubar, Baumdan ibarət bir heyət idarə edəcəkdir ki, bu da tam bir inhilal və komunizmin sonu deməkdir.

 

“Odlu-Yurd”, birinci-kanun dekabr) 1929, ¹ 10

 

Müstəşar - məşvərətçi, məsləhətçi

Təhəddüs - üzə çıxan, zahir olan

Övraq - korlanmış həyat və s.

Hüviyyət - həqiqət, mahiyyət

Müvəzzəf - vəzifəli

Ənud - tərs, inadcıl

 

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2017.- 23 sentyabr.- S.20-21.