V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının zəngin proqramı var

 

 

Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən 30-dək Bakı İdman Sarayında (keçmiş Əl Oyunları İdman Sarayı) V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

 

Sərgi-Yarmarkada iştirakla bağlı 100-dək yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi digər təşkilatlar qeydiyyatdan keçib. Sərgi-yarmarkaya ziyarətçi qismində qatılmaq həmin tədbirlərdə iştirak sərbəstdir.

 

Sərgi-yarmarka çərçivəsində nəzərdə tutulmuş ilk tədbir - F.Köçərli adına Respublika Uşaq Kitabxanasının azyaşlı oxucularınınGəlin birlikdə kitab oxuyaqadlı fləşmobu Azərbaycan Dövlət Nəfəsli Alətlər Orkestrinin çıxışı sentyabrın 28-i saat 10:30-10:45-də olacaq. Onun ardınca saat 11:00-11:30-da V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təntənəli açılış mərasimi keçiriləcək. Həmin gün üçün saat 11:30-12:00-da Mədəniyyət Turizm Nazirliyi Respublika Kitabxana Kollektorunun təşkilatçılığı ilə Mədəniyyət Turizm NazirliyininAvtomat Kitab Köşkülayihəsinin təqdimatı, saat 12:00-13:00-da Rusiyanın “ASKİ” Naşirlər Assosiasiyasının təşkilatçılığı həmin assiosasiyanın MDB- üzv dövlətlərin nəşriyyatlarının toplantısı, saat 13:00-14:00-da “İRS” Mədəni Təhsil MərkəzininUşaq ədəbiyyatında İrsimizin rolumövzusunda tədbirlər nəzərdə tutulub. Eyni saatda tədqiqatçı Esmira FuadınMəhəmməd Hüseyn Şəhriyarkitabının imza günü keçiriləcək.

 

Həmin gün saat 13:30-14:30-da yazıçı Orxan Qaravəlinin oxucularla görüşü Xannəşriyyatında çap olunmuşTanıdığım Nazim Hikmətkitabının təqdimatı, saat 14:00-15:00-da “Kitabxanaçıların VI Ümumrespublika Müşavirəsi”, Mədəniyyət Turizm NazirliyininAzərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsinin tanıtımı, Xalq şairi Nəriman Həsənzadənin kitabının təqdimatı, şair nasir İlqar Fəhminin imza mərasimi olacaq. Saat 14:00-14:45-də milli mədəniyyət tarixi üzrə yeni nəşrlər: Rusiyanın milli respublikalarının nəşriyyatlarından Tatar kitab nəşriyyatı (Kazan), Çuvaş kitab nəşriyyatı (Çeboksari), “DağıstanNəşriyyat Evi (Mahaçqala) proqramının təqdimatı, saat 15:00 - 16:00-da Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təqdimatı, yazıçı Mehmet Kumun imza tədbiri, “Vətən mənadlı vətənpərvərlik mövzusunda hekayələr, şeirlər nağıllardan ibarət audio materialın təqdimatı, saat 15:30-16:30-da yazıçı Azad Qaradərəlinin imza mərasiminin keçirilməsi planlaşdırılıb. Saat 16:00-17:30-da kolumbiyalı yazıçı Konrado Suluaqanın təqdimatında yazıçı Qabriel Qarsia Markesə həsr olunmuşTənhalığın yüz iliadlanan bir möcüzəadlı tədbir, 16:30-17:30-da “TÜRKSOY-AzərbaycanMolla Pənah Vaqif dünya dillərindəkitablarının təqdimatı keçiriləcək. Sərginin ilk günündə nəzərdə tutulmuş tədbirlər sırasında saat 11:30-dan 18:00-a kimi İngilis dilində nəşr olunmuş Nizami GəncəviLeyli Məcnunkitabının  təqdimatı, gənc yazarların imza günü, Tehran Beynəlxalq Kitab Sərgisinin tanıtımı da var.

 

Sentyabrın 29-da saat 09:00 -dan 17:00-a kimiKitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalaradlı beynəlxalq elmi konfrans, saat 10:30-11:30-da “İslam həmrəyliyi ili”nə həsr olunmuş tədbir, saat 11:00-12:00-da Azərbaycan dilində çap olunmuş Nemet KelimbetovunTürk xalqlarının ortaq ədəbi abidələrikitabının təqdimatı, Atatürk Universitetinin professoru Gürsoy Solmazın iştirakı iləSəlcuqlulardan Osmanlılaraadlı toplantı, “Ciddi oladlı uşaqlar üçün yumor kitabının təqdimatı imza günü, saat 12:00 - 13:00-da Xalq yazıçısı Çingiz Abdullayevin oxucularla görüşü imza günü, saat 12:00-12:45-də Energetika üzrə ən yaxşı nəşrlər: Moskva Energetika İnstitutunun nəşriyyatının rəhbəri profesor Q.Q.Yankovun mütəxəssislərlə görüşü, saat 12:30 - 13:30-da Azərbaycan-Türkiyə naşirlərinin görüşü, yazıçı Kəbutər HaqverdininCənnətdən Sürgünkitabının imza günü keçiriləcək. Həmin gün keçiriləcək tədbirlər sırasına saat 13:30-14:30-da Devid PerrişinFutbolka Kostyum. Yaradıcı Biznesə Səyahətkitabının  Peter LenyininMədəniyyət mərkəzlərinin layihələndirilməsikitablarının Azərbaycan dilinə tərcüməsinin, 14:00-14:45-də Beynəlxalq Kitabsevərlər Birliyinin ekslibris (kitab cildinin içəri tərəfinə yapışdırılan kitab sahibinin adı olan bədii nişan) kolleksiyasının, saat 14:00-15:00-də “Mustafa Kamal Atatürk. Zəfər sirlərikitabının təqdimatları, yazıçı Şəmil Sadiqin imza günü, 15:30-16:30-da Moskva şəhərinin 870 illik yubileyinə həsr olunmuş tədbir, yazıçı Cəlil Cavanşirin imza günü, 16:30-17:30-da “Rus ədəbiyyatında Qafqaz Zaqafqaziya”: “Veçenəşriyyat evinin baş redaktoru, yazıçı S.N.Dmitriyevlə görüş daxildir. Sərgi-yarmarkanın ikinci günündə həmçinin, saat 10:00-dan 18:00-a kimi gənc yazarların imza günü İran İslam RespublikasınınTərcümə Çap Qrant Proqramı”nın tanıtımı da keçiriləcək.

 

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının sonuncu günü olan sentyabrın 30-da saat 10:30- 11:30-da Mədəniyyət Turizm NazirliyininBərpanəşrlayihəsi çərçivəsində çap edilmiş uşaq kitablarının İngilis-Azərbaycan dilləri üzrə “Babbler Fish” onlayn lüğətinin təqdimatı, saat 11:30-12:30-da şair-yazıçı Əjdər OlunQəzənfər müəllimgilin Şuşaya yürüşühekayələr kitabının təqdimatı imza günü, 12:00-12:45-də Texnologiya təşəbbüsləri: “Mediarost” (Rıbinsk) nəşriyyatının proqramının təqdimatı, 12:00-13:00-da yazıçı Elxan Elatlının oxucularla görüşü imza günü, saat 13:00 - 14:00-da Müşfiq XANın imza günü, saat 13:30- 14:30-da Böyük Britaniyanın “Clever Fox Press” nəşriyyatınınUşaqların Kitab Ferması” (“Children's Book Farm”) adlı xeyriyyə tədbiri Ladı RusnəşriyyatınınStressiz yaşa” (“Jivi bez stressa”) adlı tədbiri, 15:00 - 16:00-da gənc yazarlar Pərvin, Şəhriyar del Gerani Fərid Hüseynlə görüş keçiriləcək. Gənc yazarların imza günü İranda nəşr olunmuş uşaqlar gənclər üçün ədəbiyyatın tanıtımı isə saat 10:00-dan 18:00-a kimi nəzərdə tutulub.

 

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının mükafatlandırma bağlanış mərasimi isə sentyabrın 30-u saat 16:00-17:00-da keçiriləcək.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 23 sentyabr.- S.13.