Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi qarşısında
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə
düşünmüş, bizlərə nəyi vəsiyyət
etmişlər - oxuyaq, düşünək, bu
günümüz üçün fəxr edək!
ƏDƏBİ
HAKİMİYYƏT QAVĞASI
(Azərbaycan
proletar yazıçılar qurultayı münasibətilə)
Azərbaycanda ədəbi hegemonu daima Milli
xalqçı bir zümrənin əlində bulunmuşdur. Mənbəini Həbibi-Füzuli-Nəsimi
kibi dahilər təşkil edən Vaqif-Vidadi dövründə
tamamilə, lisanca və şəkilcə daha ziyadə
xalqlaşan, Mirzə Fətəli vasitəsilə Avropai fikir,
şəkil və formalara təkmil edilən, “Füyuzat” vasitəsilə
Türkiyənin tənzimat ədəbiyatı ilə
tanışan və “Molla Nəsrəddin”in davam etdirdigi “Mirzə
Fətəli ədəbiyatı ilə” “Füyuzat” ədəbiyyatının
sənələrcə sürən mücadiləsi nəticəsində
bərkiyən və həqiqi yolunu bularaq birləşən
bu milliyyətçi, xalqçı, istiqlalçı,
türkçü ədəbiyyat “Türk yurdu” ədəbiyyatilə
təmasdan sonra Azərbaycanda hegemon sahibi olmuşdu.
Lisanca türk birliginə doğru gedən bu milliyyətçi-xalqçı
ədəbiyyat mövzuunu Azərbaycandan, şəkil və
formalarını Avropadan almaqla Türk milli harsının Azərbaycanda
inkişaf edən ən orjinal bir qismini təşkil ediyordu. Və əsasını,
qüvvətini, mövzu və tiplərini xalqdan almaqla bu ədəbiyyat,
aşağıdan yuxarıya doğru inkişaf edən
müsbət bir xüsusiyyəti haiz bulunuyordu.
Bolşevik
istilasından sonra Azərbaycanın hürriyət, istiqlal və
milli hakimiyyət hərəkat və mücadilələrinin
mürəvvici bulunan və milli varlığımızın
zamini olan bu ədəbiyyat müməssilləri, “Çeka”nın imha və təqib eylədigi millət
sevənlərin ön sıralarında bulundular.
İstila hökuməti Azərbaycanda, Stalinin təbirincə,
lisanca milli, mahiyyətcə internasiyonal və kosmopolit bir
proletar - komunizm ədəbiyatı yaratmaq istədi. Fəqət
bir türlü yaradılamiyan bu qızıl ədəbiyat, nəhayət
komunistləri, milli-xalqçı ədəbiyata qarşı
“Molla Nəsrəddin”in davam etdirdigi Mirzə Fətəlinin ənənəvi
sırf Azəri xalqçı ədəbiyatını himayə
etməgə məcbur qıldı. “Sabir”ə
abidələr rəkz olundu. Mirzə Fətəli
üçün bayramlar yapıldı.
Fəqət milli demək xalq deməkdir, xalq demək
millət deməkdir. Həqiqi milliyətçilik
xalqçılıqdan ibarətdir. Yuxarıdan
başlayan hər bir milli hərəkət, müvəffəqiyyəti
üçün xalqa istinad edəcəgindən, nəticə
etibarı ilə xalqlaşacaqdır. Və
aşağıdan başlayan hər bir xalq hərəkatı
inkişaf edərək milli bir hərəkat olacaqdır.
Bu, insanları milli xüsusiyyətlərə
bölən bir çox şəraitin məntiqi nəticəsi
olur.
Azəri xalqçı ədəbiyatında dəxi təbəqələşmə
başladı, nəhayət xalqçı ədəbiyat
milliyyətçi ədəbiyyata iltihaq edərək milli
hars, milli varlıq, milli Azərbaycan varlığının
mürəvvici olmağa başladı. Əməliyat
bununla da bitmiyordu. Şubat 1929-da çıxan 2457
nömrəli “Komunist” qəzetəsində Teymur Hüseynovun
yazdığı bir məqaləyə görə, milliyətçi
ədəbiyat, hökumətin rəsmən maddi və mənəvi
himayəsini görən “proletar ədəbiyatı”nı da
“köylü”, “xalq” v.s. ünvanlarla parçalanmaya, proletar ədəbiyatında
milliyətə təmayül edən “sağ cərəyan ədəbiyatı”
yaratmaya müvəffəq olmuşdu. Mavərayi Qafqasya mərkəzi
komunist konqresi o zaman çıxardığı bir qərarında
proletar ədəbiyatında baş göstərən
mülkiyətçi-xalqçı “sağ cərəyan ədəbiyatına”
“təslimçi ədəbiyat” adını vermişdi.
Bu, neçün, nədən böylə oluyordu?
Mavərayi
Qafqasya ölkə komunist komitəsi qərarında bu cəhəti
izah edərək diyordu ki:
“Mavərayi
Qafqasya milliyətçi firqələri: Müsavat,
gürcü menşevikləri, erməni daşnakları siyasi
mübarizədə məğlub olmuşlardır. Fəqət bu, Mavərayi Qafqasyada məzkur firqələrin
sovetlərə qarşı mübarizədən əl çəkmiş
olduqları demək degildir. Bu mübarizə, siyasi
mübarizədən az aktiv olmayaraq, yeni
şəkil və yeni üsullarla davam etməkdədir. Bu yeni üsul və şəkillər dəxi mədəniyət
vasitələri ilə məfkurəvi mücadilədən
ibarətdir. Xaricdə
çalışanların bu tədbirləri Mavərayi
Qafqasya içərisində qismən qüvvətlənmiş
olan burjuazi ilə birləşərək, hər bir hadisədən
istifadə etməgi bacaran düşmən, ədəbiyat sahəsində
fəaliyyətini qüvvətləndirmiş ədəbiyatda
millətçiligə aktif bir şəkil vermişdir”.
(“Komunist”, ¹ 2457)
Hadisəyə
sırf “çekist” gözü ilə baxan komunist ölkə
komitəsinə qarşı Teymur kəndi məqaləsində
daha əsaslı səbəblər göstərərək
diyordu ki:
“Madam ki, ölkəmizin daxili, siyasi, ictimai və
iqtisadi faktorları nəticəsində siyasi həyatımızda
“sağ uklon” (Komunist firqəsində sağ, milliyətçi
cərəyan) görünüyor, eyni qorxunun ədəbi həyatımızda
dəxi görünəcəyi təbiidir. Çünki bədii
ədəbiyat dəxi yuxarıda göstərilən şəraitin
məhsulu olduğundan o şəraitdən mütəəssir
olacaqdır...
“15-ci komunist firqə konqresindən sonra Sovet hökumətinin
götürdügü xətti-hərəkət qolçomaq
və “nepman” adlanan yeni sovet şəraiti burjuasına
hücumdan ibarət oldu. Və pək təbii olaraq bu hücum nəticəsində
sovet rejimi əleyhində olan qruplar dəxi bütün
qüvvətlərini hərəkətə gətiriyor,
müqavimət ediyorlar, şəhər burjuasının,
köy burjuasının, ruhanilərin və orta zümrələrin
ədəmi məmnuniyət və müqavimət
düşüncələrini aydın göstərən
güzgü (ayna) burjua (milliyətçi) ədəbiyyatdır.
Bu ədəbi qrup son zamanlar sağlamış olan
cığırdaşlarımızın
(xalqçıların) hesabına qüvvətlənmişdir...
Teymur bu təfsilatdan sonra firqə konqresinin milliyətçi
ədəbiyatla və xalqçılarla proletar
yazıçılar cəbhəsindəki milliyətçiliklə
mücadilə haqqındakı qərarların şiddətlə
tətbiqini təkilf ediyordu.
Fəqət həyat tam başqa istiqamətdə
inkişaf etdi və hər kəsin məlum olduğu kibi Azərbaycanda
komunist təşkilatının tamamilə iflas etməsilə
nəticələndi. Və bittəb proletar ədəbiyatı
cəbhəsində dəxi milliyətçilər hegemonusu
mövcudiyəti meydana çıxdı. Proletar
ədəbiyatını bu iflasdan qurtarmaq üçün Azərbaycan
maarif komisarlığının təşəbbüsü ilə
birinci təşrinin (oktyabrın) 20-də Bakıda bir qurultay
dəvət edildi. Qurultay “proletar ədəbiyatını
bolşevikləşdirəcək və onu hakim qılacaq
yollar aramaqla məşğul bulunacaqdı”. (“Komunist”, ¹
2759, birinci təşrin 21) Qurultay münasibətilə
yazdığı məqaləsində M.Arif proletar ədəbiyatını
yalnız kəmiyətcə degil keyfiyyətcə dəxi
yoxsul görüyor. (“Komunist”, ¹ 2752) Ə.Nazim
isə bunun üzərində daha əsaslı duraraq proletar ədəbiyatı
müntəsiblərinin yaratdıqları əsərləri
“yüngül, bəsid, ibtidai bir halda görüyor”.
(“Komunist”, 21.10.1929) Ə.Nazimin fikrincə
proletar yazıçıları “yalnız
yazıçılq sahəsində degil, hətta adi,
ümumi, hər insana lazım olan məlumatca da ibtidaidirlər.
Bunun da səbəbi Rus mədəniyyətindən və ədəbiyatından
degil, İstanbuldan Osmanlı ədəbiyatından, Füzuli,
Baqi və Nədimdən ilham almalarında imiş... Proletar ədəbiyatında
milliyətçilik və sağ təmayüldən başqa
“mistisizm”, idealizm, romantizm, passivizm” hakim imiş... Proletar ədəbiyatında sovet yeniliklərindən,
yeni komunist tiplərindən, fabrika və traktorlardan heç
bir əsər yox, insanı, məhkum “keçmişlərin”
əlim vəziyətlərinə ağladacaq mənzərələr
vardır.
Mustafa Quliyev qurultaydakı nitqində Komunist firqəsilə
Sovet hökumətinin inqilabi təşəbbüslərini,
sovxoz və kolxozları, fabrikaları v.s. tərvic edərək
proletar ədəbiyatının bu həyatın ifadəsi
olmasını tələb ediyor. Onun fikrinə görə
həqiqət tam başqa imiş. Sabir kütübxanəsinin
statistikindən istifadə edən Mustafa pək bədbin bir nəticə
çıxarıyor, cəmiyətin və xalqın
oxuduğu müəlliflər: Emil-Zola, Viktor Hüqo,
Rabindıranat Tağor, Tolstoy, Çexov, Maksim Qorki, Faddeyev,
Hüseyn Cavid, Hüseyn Sadik, “Molla Nəsrəddin” Cəlil Məhəmməd
Quluzadə, Əbdülrəhim bəy, Ə.Cavad, C.Cabarlı
v.s.-dən ibarət olduğunu xalqın pək əleyhdar
ruhda bulunduğu mənasını çıxarmaqdadır.
Mühit və cəmiyətin ruh və təmayülatına
taban Azərbaycan nəşriyat idarəsi olan “Azərnəşr”
dəxi proletar ədiblərinin əsərlərini degil,
milliyətçi-xalqçı ədəbiyatı nəşr
etməklə “sağ cərəyan” müəssisəsi
olmuş, bu hərəkətilə nam və şöhrət
arayan bir çox komunist yazıçılarını dəxi
sağa dönərək milli ruhda, ufaq burjua əsərləri
yaratmağa sövq etmişdir.
Mustafa proletar ədəbiyatını çox diqqətlə
təqib eylədigini, fəqət bu əsərlərdə
bircə də olsun fabrika və əmələ tipi görmədigini
söyliyor, ona görə proletar
yazıçılarını “sifarişlə”
çalışdırmaq lazım gəldigini əlavə
ediyor.
Quliyev
diyor ki:
“Ədəbiyat hər zaman cəmiyətin ictimai və
siyasi quruluşundan asılı olmuşdur. Nəşriyat
idarələri, hökumətlərə, kəndilərinə
faydası olmiyan kitabların çox çap edilməsinə,
intişarına heç bir zaman çalışmazlar. Biz nəinki yeni gənclər, hətta əski
yazıçılara da “zakaz” (sifariş) verməliyiz”.
(“Komunist”, 24.10.1929, ¹ 2756)
Fəqət Quliyev proletar ədəbiyatının “ən
doğru realizm əsasilə” olması lazım gəldigini dəxi
əlavə etməyi unutmayır. Quliyev “zakaz” və
“realizm” ilə şeirlərin və sair ədəbi əsərlərin
ürəkdən gəlməsini dəxi “tələb” ediyor.
Quliyevin ifadəsinə görə “özü
üçün yazmaq sağ təmayüldür”.
Proletar ədəbiyatının
xüsusiyətini keçən il, klassik və
milli ədəbiyatın “ələm və iniltilərinə”
qarşı “nəşə və şən”lik olmaq üzrə
göstərmişlərdi. İlk proletar
şairi ədd olunan Süleyman Rüstəmzadə “Ələmdən
nəşəyə” adlı mənzuməsilə guya Azərbaycan
ədəbiyatında bir inqilab yapıyordu. Qeyri təbii
olan bu nəşə getdikcə ədəbiyatda bir
“arsızlıq” mənasız və yersiz, yalnız
“Çeka”nın xoşuna gəlmək
üçün hərzə hərzə gülmək
halını aldı. Bu xüsusda Quliyev diyor ki:
“Adam bir dəfə, iki dəfə güləndə zərər
yoxdur. Fəqət bu qədər gülmək də
heç kəsin xoşuna gələcək bir şey degil.
Bu yalan gülüşdür. Bu
yalançı optimizmdir....”
Quliyev proletar hekayəçisi Nəzərlinin “Qəhrəman”
nam hekayəsini oxurkən, burjua qadınını
öldürən bir bolşevikin qəhrəmanlığını
idealizə etmək əvəzinə burjua qadınının
ölümündən mütəəssir olmuşdur. Bu surətlə
bir proletar hekayəçinin qələmində “Qəhrəman”
tam əksi bir məna ifadə eyləmişdir. Halbuki
Quliyev bir bolşevikin, burjua sinifinə mənsub bir
qadının üzərinə yapdığı məzalimdən
sevinmək istərdi” (“Komunist”, ¹ 2756)...
Mustafa Quliyevin nitqinə cavab verənlər içərisində
H.Mehdinin sözləri şayani diqqətdir. Mehdi diyor ki:
“Quliyev yoldaş türk ədəbiyatını degil,
rus ədəbiyatını oxumaq təklif ediyor”.
Bu təklifi bən də bir zamanlar iləri
sürmüşdüm. Fəqət bir məsələni
açıqdan-açığa boynuma almalıyam. Bən nə qədər ki, türk ədiblərini,
türk ədəbiyatını oxumuyordum, onlardan bir şey
öyrənmək mümkün olacağını bilmiyordum.
Fəqət son zamanlar Xalid Ziya kibi türk ədiblərinin bəzi
əsərlərini oxuduqdan sonra öz səhvimi anladım...
(“Komunist”, 25.10.1929, ¹ 2757)
Ə.Fövzi, proletar ədəbiyatında mövzunun
mütləqa əmələ həyatından olması təklifini
doğru görmüyor. Bundan başqa Quliyevin “realizm” və “materyalizm” təkliflərini
şimdiki sosyalizm və sovetizm quruluşu ilə qabili təlif
görmüyor diyor ki:
“Fabrikanın qoynuna atılan yeni bir türk
qızını olduğu kibi təsvir eyləməkdən
bir şey çıxmaz, onu yalnız romantik bir tərzdə
təsvir etməklə bir şey olur”. (“Komunist”, ¹ 2757)
Proletar ədəbiyatının
çıxmazda olmasının səbəblərini izaha
çox az bir qismindən istifadə eylədigimiz
bu münaqişələr də kafidir. Quliyev cəmiyətin,
mühitin və millətin milliyətçi xalqçı
yazıçılar əlində olduğunu, proletar
yazıçılarının onlara tərəf keçdigini
etiraf etdikdən sonra yazanları və yazmaqdan qorxanları
“zorla” yazdırmaq lazım gəldigini, fəqət bu, “zorla” bərabər
yazıların “ürəkdən gəlməsi” lazım gəldigini,
fabrikalardan və əmələdən bəhs etməsini,
realist və materyalist olmasını tələb ediyor. Halbuki,
bu təqdirdə “arsızca”sına gülən qeyri səmimi
bir ədəbiyat meydana çıxıyor, digər tərəfdən
Ə.Fövzinin dedigi kibi sovet şəraiti realist
baxışla ədəbiyata çıxınca sovet əleyhində
bir mənzərə meydana gəliyor.... Komunist
firqəsinin qeyri həyati olan təşəkkülləri Azəri
xalqının şiddətli müqavimətləri ilə
qarşılanmaqda, Komunist firqəsi həyat və cəmiyətin
bu müqaviməti qarşısında bütün əski
kadrolarını qeyb edərək ricət etməkdədir.
Gənc komunist sıralarının 80%-i milliyətçi
deyə dışarı atılıyor. Komunist təşkilatı,
bütün rəhbərlərilə iflas ediyor. Azərbaycan kibi ufak mülkiyət məmləkəti
olan bir yerdə felən burjua hüququ münasibətləri
hakimdir. Əmələ və sənayeidə əski
patronların muzd və maaş
kontrakları caridir. Azərbaycan türk əmələsinin məhkum
bir vəziyyətdə olduğu və komunist hökumətinə
müariz bulunduğu məlum... “Çeka”lar,
zindanlar, sibiryalar Azəri münəvvərlərilə
dolu.... Köylərdə “cəza müfrəzləri”
ölüm təhdidilə köylülərin
loxmasını əlindən almaqda...
Azəri xalqı, Azəri gəncligi zorla kəndi milli
harsından üz çevirməgə məcbur ediliyor və
üzü Moskvaya döndəriliyor.
Böylə bir vəziyyət içərisində
xalqın içindən çıxan hər hankı bir Azəri
mühərririnin yazacaqları əsər bir millətin fəryadları
ilə protestosundan ibarət olacağı təbiidir, öylə
ki, o yazıdan vəhşətdən zövq almaq istəyən
Quliyev belə mütəəssir olacaqdır.
Ruhullah Axundov Azərbaycan proletar ədəbiyatının
“tısbağa yürüyüşilə irəlilədigini”
qeyd edərkən rus proletar ədəbiyatı müməssili
Tatulova cavab veriyor. (“Komunist”, 27.10, ¹ 2758) Tatulov Azərbaycanda
proletar ədəbiyatının olmamasını əsasən
Azərbaycanın milli burjua bir ədəbiyata malik
olmamasında görüyor. Mustafa Quliyev
ruslara 300-400 sənə əvvəldən başlayan bir Azərbaycan
ədəbiyatı mövcud olduğunu söylərkən,
ruslar bu izahatı mübaliğə ədd etmişlər.
Fəqət “mədəniyət rəhbəri
olan rusların” (cümlə Ruhullahındır) bu qəfləti
“iyi məqsədlə” olduğundan “Moskva
uşaqlarını” qızdırmışdır. Ruslar
demək istiyor ki: “Azərbaycanı azad edən oktyabr
inqilabı olduğu kibi, ədəbiyat və mədəniyəti
də Moskva verəcəkdir”... Halbuki, Ruhullah Axundovun göz
yaşlarına baxılırsa:
“Moskvaya oxumağa göndərilən Azərbaycan gənc
proletar yazıçıları getməkdən imtina ediyor,
getmiyorlar”.
(“Komunist”, ¹ 2758) Bunun əvəzində türk ədəbiyatilə
təmasa gələn proletar yazıçılar, “səhvlərini
anlayaraq Xalid Ziya bəydən çox şey öyrəniləcəgi
qənaətinə gəliyorlar”. (Mehdinin nitqi)
Bu surətlə
görüyoruz ki, moskvalı mujik Azərbaycanın komunist gəncinə
ədəbiyat dərsi vermək istərkən və bu məqsədlə
onu, azəri gəncini hamisiz, mədəniyətsiz, milli harsa
malik olmayan ibtidai bir millət kibi göstərmək istədigi
zaman, Azərbaycan gəncliginin milli qüruru qabarıyor, rus
mujikinə Füzuli, Həbibi, Nəsimi, Baki, Nədim, Xalid
Ziya, Mirzə Fətəli v.s.-lərlə cavab veriyor və
davasında haqlı olduğunu göstərmək
üçün Türk ədəbiyatını tədqiq etməgə
başlıyor... İstiqamət Moskvadan Azərbaycanın
kəndisinə, İstanbula və Anadoluya çevriliyor.
Mustafa Quliyevi sinirləndirən da odur. Çünki
onun nəzərində “Azərbaycan proletar ədəbiyatının
inkişafını təmin edən yol oktyabr
inqilabının yaratdığı rus “ədəbiyatı
qapılarıdır”. Onun fikrincə
Moskvaya getmək, Moskvada oxumaq, türk ədəbiyatını
yox təsəvvür edərək rusca düşünmək
və ruslar kibi yazmaq yolu iylədir ki, “Bu gün Azərbaycanda
hegemon sahibi bulunan milliyətçi xalqçı ədəbiyatı
həyatdan, nəşriyatdan, məktəb, ailə, teatro
v.s.-dən qovmaq olur”.
Fəqət buna proletar yazıçıları kəndiləri
cavab vermişlərdir. Quliyev kəndi nitqində proletar
yazıçılarının “bən ağlamıram, bən
gülürəm!..” deyə təkrar
etdiklərini qeyd etmiş və bu qəhqəhələrə:
“Yalançı gülüşlər!” adını
vermişdir.
Mirzə
Bala
”Odlu-Yurd”,
İkinci Kanun (yanvar) 1930, ¹ 11
Rəkz -
yerə sancma
Müfrəz
- dəstə
MƏNALI
BİR ÇIXIŞ
Keçən nüsxəmizdə dəxi qeyd etdigimiz vəchilə
son günlərdə Azərbaycan komunistləri və
mövqelərində tutuna bilmək üçün komunist
ağalarının mərifətlərini mədhü-səna
ilə keçinən Sanili, Haqverdiyev və sairə kibi
qızıllaşmış “ədiblər”i milli şair
Ə.Cavada qarşı müdhiş bir səfər
açmış və adəta zavallı şairi
parçalayacaqlarmış kibi təərrüzə
keçmişlərdir. Bu xüsusda səhifələr dolusu məqalələr
yazan “Komunist” qəzetəsinin bir nüsxəsində
“Sarabskinin anlaşılmaz bir çıxışı”
ünvanlı şayani-diqqət bir fikir nəzər-diqqətimizi
cəlb etdi. Fikirdən anlaşıldığına
görə Ə.Cavad əleyhində “Komunist” qəzetəsindəki
mütəəddid yazılara, konqreslərdəki
çıxışlara və Azərbaycan ədəbi məhafilini
yerindən oynadan gurultuya rəğmən və əlavə
olaraq Ə.Cavadın hər hankı bir şeirini ümumi yerlərdə
oxumaq mən edildigi halda Azərbaycanın əməkdar
aktyorlarından Sarabski bütün bu hücum və
gurultuları eşitmirmiş kibi Oktyabr ixtilalının 12-ci
il dönümü münasibətilə gözəl sənətlər
cəmiyyətinin tərtib etdigi bir konsertdə
Ə.Cavadın:
Bən
bir aşiqəm ki, bu çaldığım saz
Dumanlı
dağlara səs salacaqdır
İnlətdigim
teldə ağlayan avaz
Elin
xatirində çox qalacaqdır...
şeirini təğənni etmişdir. Sarabskinin bu
“çıxışından” öfkələnən
“Komunist” aktyora şiddətlə hücum edərək bu
çıxışın mənasını
anlamadığından şikayət ediyor və diyor ki:
“Ən böyük xəta şurasıdır ki,
böylə bir çıxış Sarabskinin əzası
bulunduğu bir cəmiyyətin bayramında vüqu
bulmuşdur. Sarabski, bu cəmiyyətin əzası bulunmaq həsəbilə
zənn ediyordu ki, Ə.Cavad əleyhində bir
çıxış yaparaq, hətta Cavadı protesto edəcəkdir.
Fəqət biləks Sarabski bunu
yapacağına Cavadın şerini sevə-sevə oxudu”.
Qəbahəti Sarabskidə görməklə bərabər,
qəzetə mətbuat müdürlügünə də
hücum ediyor; ələlümum konsert programlarının
diqqətlə kontrol edilmədiginə işarət edərək
müdürlügün bu məsələyə qarşı
nəzəri-diqqətini cəlb ediyor.
Fəqət
“Komunist” qəbahəti kimdə görürsə
görsün, söz götürməz bir həqiqət var
ki, o da milli zövqün senzor qəbul etmədigi, sənətkarı
da daxil bulunduğu halda Azəri xalqının milli, ədəbi
zövqünü Ə.Cavad kibi milli vətəni hislərdən
mülhəm şairlərin dəyərli əsərləri
ilə inkişaf etdirərək, bu gündə o zövqlə
yaşadığıdır. Sarabskinin
çıxışını milli ədəbiyata yapılan
hücumlara qarşı millətin bir əksül əməli
kibi tələqqi edərsək heç də
yanılmış olmayız. İştə
bunun üçündür ki, Sarabskinin “anlaşılmaz”
çıxışı bizcə tam mənasilə yerində
və mənalı bir çıxışdır.
Y.Ə.
“Odlu-Yurd”,
ikinci kanun (yanvar) 1930, ¹ 11
Mütəəddid
- saysız-hesabsız
Təğənni
- zümzümə etmək, oxumaq
AZƏRBAYCANDA
Ağamalı
oğlunun əzli
Son posta ilə gələn məlumata görə Azərbaycan
Mərkəzi İcra Komitəsi rəisi Səmədağa
Ağamalı oğlu vəzifəsindən əzl edilərək
Moskvaya cəlb edilmişdir.
Ağamalı oğlunun müavini Dövlətov, katibi
v.s. icra komitəsi əzaları dəxi Komunist firqəsindən
və məmuriyətlərindən
çıxarılmışlardır.
Böyük
təbəddülat
Azərbaycan Komunist Firqəsinin mart konqresində
seçilən yeni mərkəz heyəti və Azərbaycan
Komunist Firqəsi Bakı Komitəsi Moskva tərəfindən
fəsx olunaraq, katibi ümumiləri Qarayev, Mirzoyan və
Qasımov Moskvaya çağırılmışlar.
Məmləkətin ümuri-idarəsi Moskvadan gələn
Çikalo nam bir rusa verilmişdir.
Prof.
Rathauzer
Keçən nüsxələrimizdə bir məqaləsinə
cavab verdigimiz Azərbaycan Dövlət Darülfünunu
professorlarından və Azərbaycan Komunist Firqəsi əzasından
prof. Rathauzer Komunist firqəsindən ixrac edilmişdir. (“Komunist”, ¹ 152)
Mustafa
Quliyev
Azərbaycan Sovet hökuməti xalq maarif komisarı məruf
Mustafa Quliyev Komunist firqəsindən təmizlik yapan fövqəladə
komisyon tərəfindən “ağır töhmət”ə məruz
qalmışdır. Mustafa Quliyev komisyonun göstərdigi “xəta”ları
islah edəməzsə Komunist firqəsindən
atılacağı kəndisinə bildirilmişdir. Quliyev bilxassə milliyyətçilikdə ittiham
olunmaqdadır.
Təmizlənənlər
Azərbaycan
Mərkəzi İcra Komitəsi rəis müavini, Ümumi
Rusiya Komunist Firqəsi Mərkəzi Heyəti, Qafqasiya Ölkə
Komunist Mərkəzi və Azərbaycan Komunist Firqəsi Mərkəzi
Komitəsi əzası Dövlətov Komunist firqəsindən
və vəzifəsindən ixrac edilmişdir. Firqədən
və vəzifələrindən çıxarılanlar
arasında əmək komisarı Adamyan, Azərbaycan Xalq
İqtisad Şurası rəisi Ağaverdiyev, Kərimov,
Köybirligi cəmiyyəti rəisi v.s. vardır.
Töhmət alanlar içərisində Azərbaycan
“Çeka”sının rəisi Novruz Rizayev dəxi vardır.
Köylü
hərəkatı
Bakı qəzetələrinin yazdıqlarına görə
Azərbaycan qəzalarında hökumətin ərzaq
hazırlığına müqavimət hərəkatı
artmaqdadır.
Bu münasibətlə bir çox tövqifat
icra edilmişdir. Tövqif olunanlar içərisində
İskəndər Cəfər oğlu, Ağamoğlan
Sarı oğlu və Abdullah Muxtar oğlu kibi Şamaxı qəzasının
məruf simaları da vardır. (“Komunist”, ¹ 152)
Hırsızlar
beynəlmiləli
Bakı qəzetələrinin yazdıqlarına görə
(“Komunist”, ¹151) Azərbaycan məsul Sovet müəssislərinin
mühüm məmurları arasında bir hırsızlar
ittifaqı mövcud olduğu kəşf edilmişdir. İttifaqa
daxil bulunanlar arasında birinci yeri ruslar, yəhudilər, sonra
da erməni və türklər işğal ediyorlar. O
cümlədən: Komunist firqəsi əzası və Azərbaycan
profesyonal birlik əzası Şahmərdanov bu hərəkatı
tənzim və sövq edənlərdəndir. Muzdurlar
ittifaqı rəisi ilə katibi, ictimai sığorta idarəsi
xəzinədarı, ziraət və topraq idarəsinin rəisi
və katibi, əmələ kulubları müdürü, qəza
kooperatif müdür və xəzinədarlarından 10
kişi, el köməgi komitəsinin rəisi, Quba və
Şuşa şəhərlərinin kooperatif təşkilatları
müdirləri həp bu “Hırsızlar beynəlmiləlinə”
daxil bulunuyormuşlar. Bunlar rəyasət və
idarə etdikləri bu müəssisələrə bir
çox sabiqələri olan hırsızlar dəxi qəbul
edərək çalışmış, Rusiyadan gələn
haydutları himayə etmişlərdir.
Qəzetənin
yazdığına görə bu vaxta qədər bunlar (6-7
ayda) 8752 manat para bənimsəmişlər və 10.000
manatlarca parayı borc olaraq 0 faiz ilə tüccarlara vermişlərdir.
Heyətə mənsub olanlar həp məsul
komunistlərdir.
Vergilər
artıyor
Bakı
Soveti büdcəsinin bu il 40% açığı
olduğundan Azərbaycan Komisarlar Heyəti Mavərayi Qafqasya
Komisarlar Heyətinə müraciət edərək Bakı
Sovetinin büdcə açığını qapamaq məqsədilə
vergilərin 40% artırılmasına müsaidə edilməsini
rica eyləmişdir. (“Komunist”, ¹ 158)
N.Rzayev əzl
edildi
Azərbaycan Mərkəzi İcra Komitəsinin 9 temmuz
tarixli qərarilə Azərbaycan “Çeka”sının rəisi
və daxili işlər komisarı Novruz Rzayev vəzifələrindən
əzl edilərək yerinə Alekseyev nam bir rus təyin
edilmişdir.
(“Komunist”, 10 temmuz 1929, ¹ 158)
Teymur
Əliyev
Komunist firqəsinin təmizligi zamanı bu vaxta qədər
pək mühüm vəzifələr işğal edən və
vaxtilə inqilab məhkəməsi rəisi bulunan Teymur
Əliyevin “Müsavat” dövründə divani-hərb müstəntiqi
olduğu meydana çıxdığından firqədən
ixracilə məhkəməyə verilməsi qərarlaşdırılmışdır.
Yenə
köylü hərəkatı
Bu sənə “Kür” çayının daşması
təhlükəsinə qarşı iləricədən
böyük bəndlər inşa etməklə təhlükənin
önü alınmışdı. Fəqət həziran
ortalarında bu bəndlər yarılaraq su Muğan və Mili
istila edərək məhsulatı məhv etmişdi. Yapılan təhqiqat bəndlərin sovet əleyhdarı
köylülər tərəfindən yapılmış
olduğu meydana çıxarılmışdır. “Zarya Vostoka” qəzetəsinin (¹ 140)
yazdığına görə bəndləri pozan
köylülər arasında bilxassə Muğanın
“Mürselli” nahiyəsində bir çox tövqifat icra
edilmişdir.
Qara saqal
kanalı
Qara saqal kanalının bəndləri yarılaraq ətrafında
yeni salınan rus mühacir köylərilə pamuk və
buğda əkinləri su altında qalmışdır. (“Zarya Vostoka”, ¹ 147)
Musabəyovun
ailəsi
Azərbaycan Komisarlar Heyəti rəisi Dr. Qəzənfər Musabəyovun ailəsi (annəsi, qardaşları və əqrabası) zəngin və mülkədar sinifinə mənsub olduğu üçün Azərbaycandan sürülmüşdür. Musabəyov kəndisi də Moskvada bulunmaqdadır.
“Məsul” komunist
“Komunist” qəzetəsinin (¹ 152) yazdığına görə Ağdam vilayəti Komunist firqəsi katibi firqə paraları ilə gönüllü vergilər və sığorta paralarını bənimsəmişdir.
Bələdiyələşdirilmiş evlərdə
Bakıda qazanc verə biləcək bütün xüsusi evlərin sosyalize edilərək bələdiyə idarəsi tərəfindən idarə edildigi məlumdur.
Keçən sənə bu evlərdən məsarifini ödəməyənlər sahiblərinə qaytarılmışdı. Bununla bərabər şəhər idarəsində 14.000 böyük apartıman qalıyordu. Bakı qəzetələrinin yazdığına görə şəhərin ən mühüm yerlərində olan və ən gözəl binalarını təşkil edən bu evlərdən əmələ olmayanların çıxarılmalarına qərar verilmişdir. Bakıda şimdiki halda əmələnin ruslardan ibarət olduğunu da yeri gəlmişkən qeyd etməliyiz.
“Odlu-Yurd”, Eylul 1929, ¹ 7
Tövqif - həbs etmə, saxlama
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2017.- 30 sentyabr.- S.20-21.