Xalq Şairi Zəlimxan Yaqubun
məzarüstü abidəsinin açılışı olub
Yanvarın 9-da Fəxri xiyabanda Xalq Şairi Zəlimxan Yaqubun ölümünün ildönümü
münasibətilə xatirəsi
anılıb və məzarüstü abidəsinin
açılışı olub.
AZƏRTAC xəbər
verir ki, mərasimdə Milli Məclisin deputatları,
elm, mədəniyyət xadimləri,
ziyalılar, ictimaiyyət
nümayəndələri və
şairin yaxınları
iştirak edib.
Akademik, Milli Məclisin mədəniyyət
komitəsinin sədri
Rafael Hüseynov çıxışını
Zəlimxan Yaqubun ruhuna müraciətlə başlayaraq onun Azərbaycan ədəbiyyatının
inkişafındakı böyük
xidmətlərindən danışıb:
“Əziz qardaşım,
böyük şair, səninlə ayrılığın
bir ilinin tamamında, abidəyə
çevrilərək millətə
qayıtdığın bu
anlarda çıxışımı
sənə müraciətlə
başlayıram. Bura elə
bir məkandır ki, burada Azərbaycanın
böyük şəxsiyyətləri
uyuyur. Sən də müqəddəs
Vətən torpağına
burada qovuşmusan.
Zəlimxan Yaqub Tanrının
fitri şairlik istedadı bəxş etdiyi nadir söz ustadlarından idi. Zəlimxan Yaqub Vətənini, xalqını
sevirdi. Dövlətinə sadiq insan idi və bütün
bunları yaradıcılığında
əks etdirirdi. Zəlimxan Yaqub bütün yaradıcılığı ilə
onsuz da abidəyə çevrilmişdi.
O, bu gün abidə formasında yenidən bizə qayıtdı. 66 il
ömür sürən
Zəlimxan Yaqub Azərbaycanın ən dəyərli şairlərindən
biridir. O, daima Azərbaycan tarixində, ədəbiyyatında yaşayacaq”.
Rafael Hüseynov
qeyd edib ki, Zəlimxan Yaqubun yaradıcılığına,
onun istedadına ən böyük qiyməti ümummilli lider Heydər Əliyev verib. Prezident İlham
Əliyev də daim şairə xüsusi diqqət və qayğı ilə yanaşıb.
Milli Məclisin mədəniyyət komitəsinin
sədri vurğulayıb
ki, Zəlimxan Yaqubun yaradıcılığında
təkcə Güneyli-Quzeyli
Azərbaycan həqiqətləri
yox, bütün Türk və İslam dünyası öz əksini tapıb. Elə ona görə
də Zəlimxan Yaqub bütün Türk və İslam dünyasına mənsub şairdir.
Professor Qəzənfər
Paşayev şair haqqında xatirələrini
bölüşüb. Bildirib ki,
Zəlimxan Yaqub sözün tarixi məsuliyyətini hiss edən
və ömrünün
sonunadək əlindən
qələmi yerə qoymayan şair idi. Onun yurd, xalq sevgisindən yoğurulmuş
şeirləri Azərbaycan
insanı ilə həmişə bir yerdə olacaq.
AMEA-nın
müxbir üzvü,
Milli Məclisin deputatı Nizami Cəfərov Zəlimxan Yaqubun müasir Azərbaycan poeziyasının
böyük simalarından
biri olduğunu deyib. Vurğulayıb ki, Zəlimxan
Yaqub yaratdığı
əsərləri ilə
qüdrətli qələm
sahibi kimi daim ürəklərdə
yaşayacaq. O, həm
gözəl poeziya nümunələri yaradır,
həm də Azərbaycan poeziyasını
bütün dünyada
təbliğ edirdi. O,
ürəyindən keçənləri
özünəməxsus intonasiya
ilə dünyaya çatdırırdı. Zəlimxan
Yaqub, eyni zamanda türk dünyasının böyük
şairidir və hər yerdə onun xatirəsi ehtiramla anılır.
Bildirilib ki, Xalq Şairinin
abidəsinin müəllifi,
Xalq rəssamı Natiq Əliyev, memarı isə Tərlan Həsənovdur.
Şairin ailəsi
adından çıxış
edən oğlu Bəhlul Yaqubov Zəlimxan Yaqubun xatirəsinə göstərdikləri
yüksək hörmət
və ehtirama görə hər kəsə öz minnətdarlığını bildirib
525-ci qəzet.-
2017. - 10 yanvar.- S.7.