Bakıda növbəti "Global Village" mədəniyyət festivalı

 

Yanvarın 13-də "AIESEC" Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən "Global Village" mədəniyyət festivalı keçiriləcək.

AZƏRTAC  xəbər verir ki, festival "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının "Chill-out" zonasında təşkil ediləcək.

"Global Village" tədbirində 15 ölkənin təmsilçiləri "AIESEC" Azərbaycan təşkilatı tərəfindən ölkəmizə dəvət olunan 10 xarici könüllü dostluq ab-havasını yaratmaq, dünyanın necə rəngarəng unikal olduğunu göstərmək üçün bir yerə toplaşacaq öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda "AİESEC" Azərbaycan tərəfindən təşkil olunmuş "World for Kids", "Dream Catcher", "Game of Schools", "EduChange", "Children of the Future", "Talk out Loud" kimi sosial layihələrin könüllüləridir.

Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənəti, mətbəxi adət-ənənələrindən zövq ala bilər. Çünki yalnız mədəni anlaşma tolerant münasibət vasitəsilə dünyada birlik harmoniya əldə etmək olar.

Qeyd edək ki, "Global Village" "AIESEC" Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng mədəniyyət festivalıdır.

 

525-ci qəzet.- 2017.-  12 yanvar.- S. 7.