Maraqlı yaddaqalan "Musiqili fasilə"

 

Yanvarın 13-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 2011-ci ildə yaradılmış "Baku Chamber" Gənclər Kamera Orkestri" yeni layihə ilə musiqisevərləri bir araya topladı.

 

Klassik musiqinin ictimaiyyət arasında - daha fərqli auditoriyanın olduğu məkanlarda geniş təbliğinə yer ayırmaq insanlarda klassik musiqiyə olan məhəbbəti musiqi salonlarından kənarda da aşılamaq məqsədilə orkestrin bədii rəhbəri baş dirijoru Fuad İbrahimov maarifləndirici   maraqlı bir layihə təqdim etmişdi.

 

Layihə barədə fikir bildirən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr tərbiyə işləri üzrə prorektoru, Xalq artisti Yeganə Axundova qeyd etdi ki, bu layihənin əsas məqsədi insanların vaxtını almadan, zala çəkmədən, heç kəsi işindən ayırmadan məktəblərdə, universitetlərdə klassik musiqini anlamağı duymağı aşılamaq, bəstəkar onların əsərləri haqqında bilik təsəvvürləri yarada bilməkdir.

 

Layihə "Musiqili fasilə" adlanır gənclərin asudə vaxtlarında klassik musiqi dinləməsini daha əlverişli şəraitlə təmin edir. "Musiqili fasilə"də təhsil ocağının professor-müəllim tələbə heyəti klassik musiqi incilərinin ən gözəl nümunələrini "Baku Chamber" orkestrinin ifasında dinləmiş olacaqlar. Hər ay gerçəkləşəcək olan layihə musiqi zallarında deyil, məhz foyedə həyata keçiriləcək. Orkestrin 15-20 dəqiqəlik çıxışı zamanı öncə əsər onun müəllifi haqqında qısaca məlumat veriləcək.

 

Tədbir günü öncə BMA-nın Böyük zalının foyesində qurulmuş monitorda orkestrin açıq səma altında həyata keçirdiyi flaşmobdan görüntüləri və Münhen Gənclər Simfonik Orkestrinin baş dirijoru olan maestro Fuad İbrahimovun olduğu heyətlə, ötən ilin payızında Almaniyanın müxtəlif şəhərlərində böyük müvəffəqiyyətlə keçən konsertlərindən kadrları, yeni layihənin icrasına başlamazdan əvvəl nümayiş etdirildi. Daha sonra isə orkestrin kiçik həcmli musiqi parçalarından ibarət canlı ifaları auditoriyaya təqdim olundu.

 

Layihənin ərsəyə gəlməsində böyük rolu olan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nümayəndə heyəti musiqi proqramından öncə öz ürək sözlərini dilə gətirdilər.Onlar bu layihənin son dərəcə əhəmiyyətli olmasından söz açaraq bu işdə "Baku Chamber" Gənclər Kamera Orkestrinə uğurlar arzuladılar. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, görkəmli pianoçu, Xalq artisti, professor F.Bədəlbəyli ümidvar olaraq bildirdi ki, layihə yaradıcılıq fəaliyyətindən fərqli olaraq güclü maarifçilik başlanğıcını özündə daşıyır. Bu orkestr və əfsanəvi konservatoriyanın bəstəkarlıq və ifaçılıq məktəbi, Azərbaycanın yüksək musiqi sənətini təbliğ edərək bütün dünyaya nümayiş etdirəcək və gələcəkdə onun akademik yetirmələrinin adı uca olacaqdır, çünki musiqi bizim ən güclü silahımızdır! Rektor bu layihənin daha fərqli universitetlərdə və təhsil ocaqlarında geniş yayılmasının əlamətdar olacağını vurğuladı. Qeyd etdi ki, bu, çox lazımlı və mühüm layihədir və AMEA-nın özündə, universitetlər və müxtəlif ali məktəblərində həyata keçiriləcək, fərqli ixtisasların nümayəndələrini birləşdirərək klassik musiqiyə olan dəyəri artıracaqdır.

 

Layihənin təşəbbüskarı Fuad İbrahimov BMA-nın  Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti Yeganə Axundovaya layihənin hazırlanması və reallaşması sahəsində böyük zəhmətinə görə dərin minnətdarlığını dilə gətirdi və orkestrin gənclərin asudə vaxtlarında musiqi dinləməsi üçün çox vaxt aparmayan kiçik həcmli əsərlərə müraciət edəcəyini vurğuladı.

 

Çıxışlardan sonra səslənən musiqi parçaları dinləyicilərdə maraq və rəğbət oyatdı.

 

Lalə NAMİQQIZI

 

525-ci qəzet.- 2017.- 17 yanvar.- S.8.