"Şəhidliyə aparan yol" filminin təqdimatı keçirildi

 

Ekran işi aprel döyüşlərində qəhrəmanlıq göstərən şəhid  Nəcməəddin Savalanova həsr olunub

 

Dünən "Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyi Sumqayıt şəhərində yerləşən Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə birgə aprel döyüşlərində şəhid olan Nəcməddin Savalanovun həyat yolundan bəhs edən "Şəhidliyə aparan yol" qısametrajlı sənədli filmin təqdimatını keçirib.

Film Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ərsəyə gəlib. Qısametrajlı filmin təqdimatında Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, "Azərbaycan Həqiqətləri Uğrunda Koalisiya"nın üzvləri, Humanitar Tədqiqatlar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov, Hərbi Akademiyanın dosenti Rəfael Qasımlı, şəhid Nəcməddin Savalanovun ailə üzvləri digər şəxslər iştirak ediblər.

"Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyinin rəhbəri Gəray Əlibəyov filmin ərsəyə gəlməsi haqqında məlumat verib. Ekran işinin çəkilişləri qəhrəman kapitanın xidmət etdiyi hərbi hissədə, onun doğulub boya-başa çatdığı İmişli rayonunda aparılıb. Ailə üzvləri hərbçi dostları Vətən uğrunda həyatını qurban vermiş şəhid haqqında maraqlı xatirələr danışıblar. Filmdə döyüş səhnələri canlandırılıb ki, bu da Nəcməddinin hünər şücaəti barədə tamaşaçıda aydın təsəvvür yaratmağa xidmət edir. Film tamaşaçılara təqdim edildikdən sonra tədbir iştirakçıları film haqqında öz fikirləri təəssüratları ilə bölüşərək, Gəray Əlibəyov bu filmin ərsəyə gəlməsində əziyyəti olan hər bir şəxsə öz təşəkkürlərini bildiriblər.

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2017.- 19 yanvar.- S. 3.