Müqəddəs borc

 

Atamın - şairpublisist Vaqif Məmmədovun əziz xatirəsinə

 

Atam haqq dünyasına qovuşduqdan sonra onun haqqında keçmiş zamanda danışmaq, yazmaq mənim üçün çox çətindir.

Onun haqqında sağlığında günlərcə, saatlarca danışardım, lakin indi nədənsə hiss duyğularımı heç kimlə paylaşa bilmirəm. Ata oğul kimi onunla aramızda olan mənəvi körpü o qədər möhtəşəm idi ki, indi bu münasibətin tərifini verməkdə, onun haqqında yazmaq üçün gərəkli olan kəlimələri seçməkdə çətinlik çəkirəm. Mənə elə gəlir ki, övladlar neçə yaşlarında olursa-olsun valideynlərini itirəndən sonra böyüyürlər. Ata-ana həyatda olduğu müddətdə uşaq kimi qalırlar, ancaq o böyük itkinin ağırlığını duyandan sonra sanki yetkin insana çevrilirlər. 

Vaqif Məmmədov oxucuları üçün əvəzsiz şair, publisist, tələbələri üçün dəyərli müəllim, universitet üçün əsl ziyalı alim, gərəkli naşir idisə, mənim üçün qayğıkeş ata, qibləgah, yol göstərən mayak idi. Artıq bir ildir ki, atam aramızda yoxdur. qədər ki, atam həyatda idi, mən özümü qollu-budaqlı, əzəmətli bir çinarın cavan pöhrəsi hesab edirdim. Çünki o, həmişə güvəndiyim, varlığına şükr etdiyim bir insan idi. Lakin indi... Qəribədir ki, ölümündən bir il keçməsinə baxmayaraq gözüm hər yerdə onu axtarır. Nədənsə, həmişə gələcəyinə olan ümidim sadəlövhcəsinə olsa da sönmür. Hətta telefonuma zəng gələndə bir anlıq da olsa, o olduğunu zənn etdiyim vaxtlar olur. Bir hadisə baş verəndə qeyri-ixtiyari atama zəng etmək istəyirəm. Ötən il oğlum ali məktəbə qəbul olanda sevinclə bu şad xəbəri ilk atama vermək üçün tələsik nömrəsini yığıb zəng etdim, ancaq bu sevinc uzun sürmədi, tez xatırladım ki, artıq o bizimlə deyil...

Onun haqqında yazmaq məni həm iftixar hissinə, həm hüznlü duyğulara kökləyir. Amma düşünəndə ki, yaşanmış bu ömür hədər getməyib, şərəfli bir ömürdür, bununla qürur duyuram. Atam ömrünün sonlarında keçirdiyi ağır beyin əməliyyatından sonra 30-dan artıq şeir yazmışdı.Gedirəmadlı şeirində dediyi kimi:

 

Kimsənin yazığı gəlməsin mənə,

Sanmayın qəlblərə dəyib gedirəm.

Atımı sürmədim dumana, çənə,

Şərəfli bir ömür qoyub gedirəm.

 

Həqiqətən, atam çox ədalətli haqqa sadiq insan idi. Onun üçün ədalətsizlik yolverilməz idi. Heç yadımdan çıxmaz, atam Sədərək kənd orta məktəbində direktor işləyirdi. Mən bu məktəbdə oxuyurdum. O vaxt atamın təşəbbüsü təşkilatçılığı ilə məktəbdə fond yaradılmışdı. Bu Naxçıvanda, bəlkə Azərbaycanda öz fondu olan yeganə orta məktəb idi. Belə ki, bu fondun hesabına ildə otuza yaxın şagird keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə ekskursiyaya göndərilirdi. Ancaq bunun üçün şagirdlərin il boyu əlaçı olmaları şərt idi. Mənim bir fəndən dördüm vardı. Həmin il əlaçı çıxa bilməmişdim. Atama qədər dil tökdüm ki, o dördümü görməzdən gəlib məni əlaçılar sırasında ekskursiyaya göndərsin, qətiyyən razı olmadı ki, mən heç kəsin haqqına girə bilmərəm. Sən çalış, oxu, qiymətini düzəlt, növbəti il səni məmnuniyyətlə göndərərəm. Halbuki bu atamın əlində çox asan bir idi. o vaxtlar, sonra atam heç bir zaman öz vəzifəsindən sui-istifadə edən insan olmadı. İşlədiyi kollektivdə həmişə haqq, ədalət tərəfdarı, dürüst vicdanlı olmağı ilə tanınıb sevildi.

Vətənpərvərliyi, yurd məhəbbəti onun ən dəyərli mənəvi keyfiyyətlərindən idi. O, bir salnaməçi tək 1990-1992-ci illərdəki Sədərək döyüşlərini, müharibənin dəhşətlərini ustalıqla qələmə almış, o günlərin odunu, alovunu, xalqın dərdini, nisgilini ürək ağrısıyla şeirlərindəTanrı talelərini yazıb , mən sadəcə kağıza köçürürəmdeyib təsvir etmişdi:

 

Taxıl zəmisinə düşmən od atıb,

Yanır, tabağımda çörəyim yanır.

Alov dilimləri lap ərşə çatıb,

Elə bil cızhacız ürəyim yanır...

 

Yanır, bütün kəndin gözü önündə,

Dönübdü ünyetməz divara tüstü.

Qarabəxtlilərin qara günündə

Kəndi bürüyübdü bu qara tüstü.

 

Bu şeirin yaranmasının canlı şahidiyəm. Müharibə vaxtı atılan TOP güllələrdən kəndimizin taxıl zəmisinə od düşdü. Hər tərəf bir anda alova büründü. Heç bir şəkildə bu yanğını söndürmək mümkün olmadı. Çox qısa bir müddətdə böyük bir ərazi külə döndü. Mən ilk dəfəydi ki, atamın gözlərində çarəsizlik, ümidsizlik görürdüm. O günlərdə mən bir şairdən, müəllimdən daha çox bir vətən oğlunu, el qəhrəmanını gördüm. O, vətənin dar günündə qələmini süngüyə çevirib, ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, qeyrət qalası Sədərəyin müdafiəsinə qalxdı. Bunu yalnız vətənini ürəkdən sevən, ona cismən, ruhən bağlı olan insan edə bilərdi.

Mən bir oğulun atasına duyduğu heyranlıqdan daha çox, bir oxucu kimi həmişə atama qibtə etmişəm. Onun bütün yaradıcılıq uğurlarına mən bütün ailəmiz həmişə ürəkdən sevinmişik. Bir dəfə qardaşımla birgə, ancaq atamdan xəbərsiz, onun şeir kitabını çap etdirib ad günündə hədiyyə etdik. 40-dan artıq kitabın müəllifi olsa da, şeirləri dünyanın 12 ölkəsində müxtəlif dillərdə çap edilsə , bizim hədiyyə etdiyimiz bu kitaba görə uşaq təki sevindiyi hələ gözlərimin qarşısındadır. Həmişə deyərdi ki, bu kitab mənim üçün ona görə daha doğma əzizdir ki, oğul qayğısı diqqəti ilə çap olunub. Bu ənənəyə sadiq qalaraq, haqq dünyasına qovuşandan sonra onun ayrı-ayrı illərdə yazdığı  iki bəndlik şeirlərini eyni adla - “Qoşayarpaq misralaradıyla çap etdirib atama doğum günü hədiyyəsi etdik. Xəstə olduğu müddətdəÖmrün payız nəğməsiadlı kitabını çapa verdik, təəssüf ki, onu görməyi qismət olmadı. Ölümündən sonra kitab işıq üzü gördü.

Atam ürəyi arzularla dolu bir insan idi, onun yazılmamış neçə-neçə əsərləri qaldı. Sədərək kəndində mənsub olduğumuz Bəyməmməd nəslinin 1700-cü ildən bəri nəsil şəcərəsi atamın böyük araşdırmalarından sonra ərsəyə gəlmişdi. Həmin nəsil şəcərəsi sonuncu dəfə yəni, 2002-ci ildə çap olunsa da, atam son illəri işləmək haqqında düşünürdü. Böyük bir nəslin şəcərəsini araşdırıb ərsəyə gətirən atamın bu araşdırmasını davam etdirməyi bir övlad kimi özümə mənəvi borc bilib, yeni əlavələri şəcərəyə əlavə edərək yenidən çap etdirməyi düşünürəm. Atamın bir çox tamamlanmamış işləri var idi ki, onları həyata keçirə bilmədi.Seçilmiş əsərləri”nin 1-ci 2-ci cildlərini 2008-ci ildə çap etdirmişdi. 3-cü cildini hazırlamışdı, lakin ömür vəfa etmədi. Hazırda atamdan sonra onun yaxın dostlarının, şair yazıçıların, yoldaşlarının, həmkarlarının atam haqqındakı xatirələrini toplayıb kitab halında çap etdirmək istəyirəm. Əminəm ki, bu kitab da maraqla qarşılanacaq.

İndi mən ancaq atamın şeir kitabları vasitəsilə onunla danışa bilirəm. Şeirlərinin ilk oxucusu olmağıma baxmayaraq, indi bu şeirləri oxuyanda daha çox fərqli duyğular keçirirəm. Sanki indi daha çox başqa mətləblər, sətiraltı eyhamlar kəşf edirəm. Bu mənada, “Ataşeiri mənim üçün çox dəyərlidir:

 

Ata səbr, dözüm, əzəmət, vüqar,

Ata övlad üçün haqqın yoludur.

Ata” kəlməsində böyük məna var,

Ata müqəddəsdir, ata uludur.

 

Tikməyə, qurmağa həvəsi olar,

Ata əkən güllər solmaz dünyada.

Dostun, sirdaşın da əvəzi olar,

Atanın əvəzi olmaz dünyada.

 

Ata bu həyatın mənası, dadı,

Ata keşikçidir ata yurduna.

Ən uca heykəli, ən böyük adı

Övlad ürəyində ucaldar ona.

 

Şeirin son misrasında yazdığı kimi, “Ən uca heykəli, ən böyük adı, Övlad ürəyində ucaldar ona”. Atamın dediyi kimi, bundan sonra bu şərəfli adı atamdan qalan dəyərli xəzinəni qoruyub saxlamaq gələcək nəsillərə çatdırmaq bizim - övladlarının müqəddəs borcudur.

 

Səbuhi MƏMMƏDOV

Hüquqşünas

 

525-ci qəzet.- 2017.- 20 yanvar.- S. 19.