Qaynanafilmi ilk dəfə alman dilində təqdim edilib

 

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii axşam təşkil olunub.

Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbiri giriş sözü ilə açaraq Azərbaycan teatr kino sənətində əvəzedilməz rollarla yadda qalan Nəsibə Zeynalovanın həyat yaradıcılığından söz salıb.

Bildirilib ki, N.Zeynalovanın 100 illik yubiley tədbirləri Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanla yanaşı, ölkənin hüdudlarından kənarda da silsilə tədbirlərlə yüksək səviyyədə qeyd olunub.

Azərbaycanda ilk peşəkar aktyorlardan biri olan, ölkəmizdəev teatrı”nın ilk yeganə yaradıcısı, Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun ailəsində dünyaya göz açan Nəsibə Zeynalova atasının yolunu davam etdirərək, aktyorluq sənətini özünə həyat yolu seçib. Azərbaycan musiqili teatrının inkişafında misilsiz rol oynayan Nəsibə Zeynalova teatrla yanaşı, bir çox bədii ekran əsərlərində yaddaqalan obrazlar yaradıb. Onun yaratdığı Cənnət xala, Nargilə, Züleyxa obrazları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Hicrantamaşasında canlandırdığı Qızbacı obrazı dillər əzbəridir”, - deyə L.Qasımova vurğulayıb.

Tədbirdə Azərbaycanın Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov çıxış edərək, anası Nəsibə Zeynalova ilə bağlı xatirələrini bölüşüb. C.Novruzov Azərbaycan teatr sənətinin inkişafında əvəzsiz xidmətləri olan babası Cahangir Zeynalov anası Nəsibə Zeynalova kimi dahilərin nəslindən olmasına görə daim fəxr etdiyini, lakin bununla yanaşı bu fenomenal şəxsiyyətlərin adının məsuliyyətini daim öz üzərində hiss etdiyini bildirib.

Azərbaycan aktyorluq sənətinin inkişafında xidmətləri olan üç nəslin keçdiyi həyat sənət yoluna nəzər salan C.Novruzov tamaşaçıların sevimlisi olan Nəsibə xanımın Azərbaycan xalqının qəlbində daim yaşadığını qeyd edib. O, çıxışının sonunda Nəsibə Zeynalovanın xatirəsinə görkəmli dramaturq şair Cəfər Cabbarlının “Ana” şeirini söyləyib.

Sonra Nəsibə Zeynalovanın baş rolda oynadığıQaynanafilmi nümayiş etdirilib. İlk dəfə alman dilinə subtitrlərlə tərcümə edilən film tamaşaçılar tərəfindən böyük maraq rəğbətlə qarşılanıb.

Mədəniyyət Mərkəzində ölməz sənətkarın yaradıcılığına həsr olunmuş fotosərgi nümayiş etdirilib

 

525-ci qəzet.- 2017.-20 yanvar.- S.13.