Səkkiz min ürəkli İnsan
Zaman bizə Tarixin saxlancından forma və məzmunca qatı açılmamış faktları sürpriz etməklə bəzən heyrət yaratmaq istəyir, ancaq insan öz müasirlərinin yaşamından daha çox ibrət, zövq alır, nümunə götürür, örnək bilir.
Azərbaycan tibb elminin xariqüladə töhfələri kifayət qədər çoxdur. Görkəmli oftalmoloq Zərifə xanım
Əliyeva özü və yetişdirdiyi çoxsaylı
davamçıları oftalmologiya, Əhliman Əmiraslanov
onkologiya, Südeyf İmamverdiyev, Mirməmməd Cavadzadə
keçmiş SSRİ və dünya çapında urologiya
sahəsində özlərini etiraf etdirmiş qənirsiz
mütəxəssislərdir.
Müasir dünyada tibb elmi və
tibbi texnologiya o qədər sürətlə inkişaf edir
ki, kollektiv və institusional fəaliyyətlər fərdi
töhfələri görünməz edir. Ancaq Azərbaycan
bütün digər sahələrdə həmişə
redaktə qabiliyyətinə malik olduğu kimi, tibdə də
istisnaya yer olduğunu nümayiş etdirməkdədir.
Tibb elmimizin və
praktikamızın son uğurunun adı Rəşad Mahmudovdur. Dünya üzrə
artıq üçüncü mütəxəssisdir ki,
keçirdiyi əməliyyatların sayı səkkiz minə
çatıb.Və burada anında bir xatırlatmaya ehtiyac var:
dünyanın bir çox aparıcı ölkələrində,
hətta Rusiyada ürəkdə cərrahiyyə əməliyyatları
effektiv nəticələrlə müşayiət olunmur, ancaq
Avropanın bir neçə ölkəsi, ABŞ, Almaniya, İsrail, İran kimi dövlətlərlə bir
sırada Azərbaycanın da adı hallanmağa
başlayıb.
Rəşad Mahmudov həm də
Azərbaycanın müstəqillik yollarındakı
qazandığı sərbəstliyin, qardaş Türkiyə
ilə ciddi siyasi, iqtisadi, elmi əməkdaşlığın
ilk töhfəsidir. Azərbaycanın cənubunun ən son nöqtəsi
Astaradan Türkiyənin ən ali tədris
ocağına təhsil haqqı qazanması, tələbə
adını haqq etməsi yeniyetmə bir gənci eyforiyaya
uğratmaqdansa, elmə uğraşmağa sövq etdi!
Yüksəliş
dövrünü yaşayan 90-cı illər Türkiyə təhsilindən
maksimum faydalanan Rəşad Mahmudov bu gün demək olar ki,
ona Azərbaycan dövləti səviyyəsində göstərilən
etimadı artıq kompensasiya etmiş olub. Türkiydə
təhsil alıb, həkimlik fəaliyyətinə də elə
Türkiyədə şərait yaradılan (1991-ci ildən
2005-ci ilə qədər) Rəşad Mahmudov Azərbaycandan gələn
ilk çağırışa həmən müsbət cavab
verib. Bu gün Mərkəzi Neftçilər
Xəstəxanası kimi tanınan məşhur tibb müəssisəsi
azərbaycanlı xəstələr üçün
Avropanın bir neçə ölkəsi, ABŞ, Almaniya,
İsrail, İran kimi dövlət deməkdi Rəşad
Mahmudovun varlığı sayəsində.
Lirik ricətlərə varmaq istəməzdik,
amma neyləyəsən ki, söhbət ürəkdən
gedir!
İnsan orqanizminin canlı
bir üzvü olmaqdan daha çox həm də ruhu
funksiyasını ifadə edən ürək
ağrıları, nasazlığı,
çatışmazlığı, aritmiyası,
hipertoniyası, tibdə adı daha bir neçə cür
hallanan xəstəliklər bizim daşıya bilmədiyimiz
sarsıntılardır.
Ayağımızı kəsib ata
bilirik!
Gözümüzü
çıxarıb, linzayla keçinə bilirik!
Böyrəyimizin birindən bəd
ayaqda imtina edə bilirik!
Mədəmizdən bizə
yaramayan hissəni lap kəsib atmağa da ürəyimiz gəlir.
Ciyərimiz, dalağımız,
öd kisəmiz də həmçinin!
Əlsiz də qala bilirik!
Amma, amma, amma...
Qıymırıq ürəyimizə!
Sınmağa qoymuruq,
qırılmağa qoymuruq, ağrımağa
qıymırıq, kəsib atmaq son deməkdi!
Ürək elə ürəkdi! Bizə
ürəklə yanaşanlar, ürək qızdıranlar
ürəyimizdi elə,
qızındığımızdı!
Hətta bir ürək sevindirəndə
dünya boyda fərəhlənirik!
Dünyanın bütün xoş
arzularının ünvanı ürəkdi!
Dünyanın bütün
qarğışları dildə məhz ürəyin diqtəsi
ilə səslənir!
Dili ürəyinə bağlı
olanlardı ən sevimli insanlar!
Dili ürəyinə bağlı
insandı Rəşad Mahmudov!
Hələ ürəyini ona etibar edən
bir kimsəni naümid saxlamayıb - birbaşa əməliyyata
girməsə də, xəstənin ürəyinə girib, dərdini
müəyyən edib, çarəsini deyib, əlacına
yardımçı olub!
Rəşad Mahmudov dövlət-vətəndaş
münasibətlərinin ideal obrazıdı! Rəşad həkim
dövlətin etimadını doğrultmağın nümunəsidi!
"Dövlət vətəndaşına
qarşı hər zaman diqqətlidir, gərəkəni qiymətləndirir"
aksiomunun bariz nümunəsidi Rəşad həkim.
Dövlət adi və
sıravi vətəndaşları üçün sadəcə
konstitusional şəraiti küll halında yaradır, amma
seçilmişlərini fövqdə tutur - bu, bütün
dünya dövlətlərində belədir. Azərbaycanda
isə Rəşad Mahmudov və digər bu cür
seçilmiş övladlarının timsalında bu dəfələrlə
sərgilənib.
Tibb sahəsində
hansısa elə bir sahə yoxdur ki, deyəsən bu uğur
son həddir və başlayasan həmin o təmsilçini
uğuruna görə süsləməyə. Ancaq məhz tibdə
insanlıq humanizm və fədakarlığın, qəhrəmanlığın
bariz şəkildə fiksasiyana şahiddir - ekstremal situasiyada
özü özünü cərrahi əməliyyatdan
keçirən də həkimlərdi, son nəfəsində
belə pasiyentinə görə həyatından keçən
də həkimlərdi!
Rəşad Mahmudov
bütün digər tibb azmanları və uzmanları kimi
özünü nəinki zaman-zaman etiraf etdirdi, hətta
qısa zaman kəsiyində müstəqil dövlətimizlə
yanaşı addımlayaraq, inkişaf tempini nümunə
olaraq sərgilədi.
Bu gün Rəşad Mahmudov, nəinki
Azərbaycan, nəinki Türkiyə timsalında, dünya
miqyasında tanınmış bir imzadır, o, hətta Azərbaycanın
ən ucqar kəndinin belə arzuladığı,
alqışladığı ünlü isimdir!
Biz sevimli həkimimizin,
ürək loğmanımızın və ürək
dostumuzun daha bir etimadnaməsinə nəzər yetirmək istəyirik. O, doğulduğu,
dünyaya pərvazlandığı, içində
böyüdüyü, tərbiyələndiyi,
insanlığa çatdığı doğma Astaranın
Milli Məclisdəki təmsilçisidi. Və
bu sirr deyil ki, çox nadir elçilərdən biridi ki, namizədliyi
müzakirə olunanda alternativ bir kimsə özünü
ondan layiqli saymadı.
Rəşad Mahmudov xalqın ali qanunverici orqanında ən layiqli təmsilçilərdən
biridir-onun adını ancaq və ancaq xalqa xidmətdə
sidq-ürəklə və təmiz qəlblə, alın
açıqlığı ilə hallandırmaq olar, başqa
variantlar yalnız və yalnız sayıqlama sayıla bilər!
Rəşad Mahmudovun pasiyentləri
getdikcə azalacaq - çünki Rəşad həkim
zamanın və taleyin ona qədərki dönəmi
ucbatından ürəyi bərbad hala düşənləri əməliyyat
stoluna uzatmaq məcburiyyətində qalıb. Amma zaman
keçdikcə Rəşad həkimin kardioloji töhfələri
insanlarımızı ürəklərindən arxayın etmək
qədərincə səmərəli olacaq, zənnindəyik.
Dəqiq olanı bir də
budu ki, deputat kimi fəaliyyəti də insanların ürəyinə
məlhəm olacaq. İnsanları hər halında qorumaq
lazımdı, ilk növbədə ürəyindən.
İnsanlar problemləri əsasən
ürəyindən keçirdir, ürək sanki insanların
filtrasiya sistemi, saxlanc ünvanıdı.
Rəşad Mahmudovun gərgin fəaliyyətini
və vaxt çatışmazlığını nəzərə
alıb, arada haylanmaq istəyirsən soydaşlara: ürəyinizi
yükləməyin! Elə ürəklər
var ki, cərrahi müdaxilə ən ülvi hisslərdən
məhrum edə bilər. Bəzən həkimlər,
illah da ki, Rəşad Mahmudov ranqında olan loğman
gördüyünə dözməyə bilir: ürək elə
yazıq-yazıq döyünür, ürək elə məsum-məsum
ağlayır, ürək elə utana-utana sıxılır,
ürək elə... ürək elə... eh, bir az ürəkli olun!
Rəşad Mahmudov səkkiz min
ürəyin yiyəsidi - həyata qaytardığı, tanış olduğu, dərdləşdiyi,
ağrı-acıdan qurtardığı,
döyüntüsünü tənzimlədiyi səkkiz min
ürəyin!
Amma nəzərə alaq ki, o səkkiz
min ürəyin heç birinə qıymayan bircə ürəyiylə
yaşayır bizim sevimli, sevimli həkimimiz! Hansı ki,
görüşmək şərəfi olan hər bir kəs Rəşad
Mahmudovun timsalında əmin olur ki, özləri ölsələr
də, insanlıq hələ ölməyəcək!
Ucqar dağ kəndlərindən
gəlmiş bir ürək xəstəsinə əməliyyat
zamanı qan lazım olur. Bankda isə uyğun qan yoxdur! Rəşad Mahmudov həmən qan laboratoriyasına
keçir.
Xəstə heyrətdən və
minnətdarlıqdan göz yaşları içində deyir:
- Doktor, mən bura ölməyə gəlmişdim,
amma indi mən yaşayacağam, mən əmin oldum ki, hər
şey qurtara bilər, tükənə bilər, amma
insanlıq ölməsə, yaşam davam edəcək. Bu
insanlığı sizdə gördüm!
Yazıya son qoya
bilmirik-doktorun ürəyinə-qəlbinə dəyməsin
deyə hansısa xidmətini, alicənablığını
diqqətdən qaçırmaqdan ehtiyat edirik. Ümumi sözlərlə,
sadəcə təşəkkürlə könlünü
alacağımızı tərcih etmirik, səkkiz min ürəyin
alqışını ifadə etməyə söz, cümlə,
fikir axtarırıq, ürəyinə ruhunu işıldadacaq
anı yaşatmaq istəyirik, dövlətimizə, vətəndaşımıza-soydaşımıza
sayğının fəzilətini çatdırmaq istəyirik,
bütün naqisliklərin hərbə-zorbasına baxmayaraq, Azərbaycanın
nur içində nur olan bir vətən olduğunu izahlamaq istəyirik.
Bütün bunları bizə
yaşatdığına görə dövlətimizə, həkimimizə
- Rəşad Mahmudova alqışlar parada düzülür
ürəyimizdə...
Yetərlidirmi?
Ürəyimizin nəbzi ahəngini
itirir - həyəcandan, sevincdən!
Ürəyimizin fərəhi-qüruru
özümüzük.
"Ürəyinizə
sağlıq",- deyirik və sadəcə
tamamlayırıq: ürəklə sevin yaxşıları.
Ürək elə ürəkdi...
"könüldən könülə
yollar görünür!"
Bax, bu yollarda bütün
ağrı-acılar öz-özünə itəcək.
Ürək ona təşəkkürlü
olanları hiss edir!
Bizi hiss etdiniz, zənnindəyik, Rəşad
Mahmudov!
Bu, bizim yeganə ürək
ağrımızdı ki, cərrahi əməliyyata ehtiyac
yoxdur!
Səyyad AĞAYEV
iqtisad üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2017.- 24 yanvar.- S.4.