Qarabağın Qaçaq Nəbisi
Qəhrəmanlıq, igidlik xalqın ruhundan doğan, tarixin bütün mərhələlərində zəruri ehtiyaca çevrilərək vətənin, el-obanın müdafiəsinə, xilasına hesablanmış müqəddəs mənəvi dəyərləridir.
Yaxın keçmişimizdə,
hazırkı günlərimizdə
özümüz də bunların şahidi olmuşuq. Qarabağ müharibəsi illərində
vətənin, xalqın
dar günündə silaha sarılaraq ayağa qalxan mərd oğul və qızlarımız
döyüş meydanlarında
böyük şücaətlər
göstəriblər. Aprel döyüşləri
zamanı qeyrətli vətən övladları
işğal edilmiş
torpaqlarımızın azad
olunması uğrunda döyüşlərdə də
igidliklə vuruşub,
düşmənə ağır,
sarsıdıcı zərbələr
vurublar. Erməni faşistləri
ilə bu qanlı çarpışmalarda
igidlərimiz vətən,
el-oba yolunda canlarından belə keçərək, şəhidlik
zirvəsinə yüksəlib,
qəhrəmanlıq salnaməsinə
parlaq səhifələr
yazıblar. Onların arasında
Qarabağ müharibəsi
cəngavəri, ələkeçməz
kəşfiyyatçı Seymur
Əhməd oğlu Abışov da var.
Ağcabədi rayonunun Kürdlər kəndində dünyaya göz açan Seymur bölgədə kifayət qədər yaxşı tanınan bir ailədə böyüyüb boya-başa
çatıb. Onun atası Əhməd
Abışov Qarabağın
nüfuzlu ziyalılarından
biri olub.Çevikliyi,
qeyri-adi gücü, görkəmi ilə yaşıdlarından çox
fərqlənən Seymur
1992-ci ilin iyununda Milli Ordu sıralarına
çağırılıb. Lakin ayaqlarındakı ciddi problemlər üzündən
onun orduya səfərbər edilməsinə
icazə verilməyib.
Torpaqlarımızın işğalı,
qız və gəlinlərin erməni əsirliyinə düşməsi
ilə barışmayan
yenilməz gəncin qəlbi daim döyüşlərə atılmaq,düşməndən qisas
almaq arzusu ilə alışıb,yanıb.
Buna görə də təkidlə hərbi komissarlığa
müraciət edib.
Onun dönməz iradəsi,sonsuz inadı tibb komissiyasını öz fikrindən daşındırmağa
vadar edib. S.Abışov Milli Ordumuzun
artilleriya divizionuna hərbi xidmətə göndərilib. Burada o, xüsusi
hazırlıq mərhələsindən
keçdikdən sonra
1992-ci ilin avqustunda Laçın istiqamətindəki
hərbi birləşmələrimizin
tərkibində döyüşlərə
atılıb. İlk
günlərdən komandirlərinin
tapşırıqlarını mərdliklə,cəsarətlə
yerinə yetirən gənc əsgər qısa müddət ərzində yoldaşları
arasında böyük
hörmət və nüfuz qazanıb. Seymurun yüksək kəşfiyyatçılıq
bacarığı sayəsində
sözügedən batareya
Laçın dəhlizini
nəzarət altına
götürüb. İgid
kəşfiyyatçının verdiyi dəqiq koordinatlar sayəsində düşmənə
ağır zərbələr
endirilib.
1992-ci ilin
26 avqustunda igid kəşfiyyatçının çatdırdığı dəqiq
məlumatlar əsasında
ermənilərin xeyli
sayda texnikası, zirehli maşını, döyüş sursatı
və canlı qüvvəsi ordumuz tərəfindən məhv
edilib. Onun və döyüş
yoldaşlarının qəhrəmanlığı
nəticəsində dəfələrlə
Laçının kəndlərində
mövqelərimizə edilən
düşmən hücumlarının
qarşısı alınıb.
Həmin
ərazidə Seymurun digər bir sərrast koordinasiyası düşmənin 33 ədəd
döyüş maşını
və texnikasının
məhv edilməsinə
səbəb olub.
Seymur özü döyüşdən sonra
müxtəlif silah-sursat,
düşmən meyiti
qənimət götürərək, sağ-salamat geri qayıdıb.S.
Abışov bu dövrdə yerli sakinlər tərəfindən də
sevilib, böyük hörmət hissi ilə sayılıb-seçilib. Təsadüfi deyil ki, qoçaqlığına,
əməliyyatlarda göstərdiyi
cəsarət və igidliyə görə onu "Qaçaq Nəbi" deyə çağırıblar. Seymurun iştirak etdiyi döyüş əməliyyatları bir qayda olaraq, həmişə
uğurlu alınıb.
1993-cü ilin 16 avqustunda
Topağac yüksəkliyinə
edilən düşmən
həmləsinin qarşısını
alan zaman
müasirəyə düşən
döyüşçülərimizin xilas edilməsi onun göstərdiyi xidmətin uğurlu nəticəsi hesab olunur. Seymur həmin döyüş
zamanı ağır yaralanmış əsgər
yoldaşını çiyinlərində
apararaq 6 kilometr aralıda yerləşən
tibb məntəqəsinə
çatdırıb.
Seymurgilin batareyası 1993-cü ilin sentyabrında Beyləqan istiqamətinə göndərilib. Bu zaman ayağındakı problem cəsur döyüşçünü ciddi narahat edib. Ona müalicə olunmaq təklif edilsə də, bununla razılaşmayıb, yenidən döyüş meydanına qayıtmaq istədiyini bildirib.Qorxubilməz kəşfiyyatçı 11 dekabr 1993-cü ildə Beyləqan istiqamətində hücum edən erməni tankının vurulmasında mühüm rol oynayıb. Onun göstərdiyi qəhrəmanlıqlar həmişə komandirləri tərəfindən yüksək qiymətləndirilib,haqqında dəfələrlə təşəkkürlər elan edilib. Döyüş əməliyyatlarının birində Seymurun xidmət etdiyi batareya rabitə əlaqəsinin kəsilməsi təhlükəsi ilə üzləşib. Gecə vaxtı təcili olaraq radio-stansiya üçün akkumulyator gətirilməsinə ehtiyac yaranıb. Bu iş S. Abışova tapşırılıb. Lakin o, döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək ağır yaralanıb. Buna baxmayaraq, özündə güc toplayan qəhrəman döyüşçü mövqelərimizə tərəf sürünüb, yoldaşlarının harada olması barədə məlumat verib.Onun bu məlumatı sayəsində döyüş yoldaşları xilas edilib. Seymur isə aldığı ağır yaralardan çoxlu qan itirdiyi üçün gözlərini əbədi olaraq yumub.
Seymur Abışovun göstərdiyi igidliklər o vaxtlar dillərdə dolaşıb. Haqqında respublika mətbuatında yazılar dərc olunub. Qəhrəmanın adı Kürdlər kəndində fəaliyyət göstərən kolxoza verilərək xatirəsi əbədiləşdirilib.Ancaq kolxoz quruluşunun dağılması ilə əlaqədar olaraq həmin təsərrüfatın fəaliyyəti sonralar dayandırılıb.Odur ki,Seymurun anası Şəndə xanım,qardaşları onun adının digər bir ünvana verilməsi, xidmətlərinin layiqincə mükafatlandırılması üçün dəfələrlə əlaqədar qurumlara müraciətlər ediblər. Şəndə xanım bu istəklə də 2015-ci il dünyasını dəyişib. Yeri gəlmişkən, qeyd edək ki, Seymurun böyük qardaşı Əlvan Abışov da müharibə illərində könüllü olaraq Milli Orduya yazılıb, Qarabağ uğrunda döyüşlərdə fəal iştirak edib.Abışovlar ailəsində Milli Orduda xidmət etmək ənənəsi bu gün də davam etdirilir. Seymurun qardaşı Bilal, digər qardaşı Rasimin oğlu Məmməd hazırda Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq hərbi ximət göstərirlər. Onlar torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə atılmağa,düşməndən qisas almağa hər an hazır olduqlarını bildirirlər.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2017.- 25 yanvar.- S.4.