Gənc aşıqlara fəxri diplomlar təqdim olundu

 

Yanvarın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Turizm Nazirliyinin dəstəyi Folklor ənənələrinin inkişafına dəstəkİctimai Birliyinin təşkilatçılığı iləGəncləşən sazımadlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, ictimai birliyin sədri Aşıq Fəzail Misginli aşıq sənətinin əhəmiyyətindən söz açıb. Bildirib ki, tədbirin məqsədi xalqımızın əsrlər boyu qoruyub saxladığı inkişaf etdirdiyi aşıq sənətini təbliğ etməkdir. Layihə aşıq sənətinin bölgələrdə geniş yayılmasını təşkil etməklə sənətə yeni simaların gəlməsinə, gənclərdə bu sənətə marağın artırılmasına istedadların üzə çıxarılmasına dəstək verilməsinə yönəlib.

Tədbirdə 15-30 yaş həddində aşıqların ifasındaYanıq Kərəmi”, “Baş sarıtel”, “Misri”, “Şəşəngi”, “Dilqəmi”, “Qəhrəmani”, “Şirvan müxəmməsi”, “Naxçıvan gözəlləməsi”, “Cəlili”, “Orta sarıtel”, “Kərəm gözəlləməsi”, “Hüseyni”, “Baş müxəmməshavaları səsləndirilib.

Sonda gənc aşıqlara Mədəniyyət Turizm Nazirliyinin fəxri diplomları təqdim olunub.

 

525-ci qəzet.- 2017.- 28 yanvar.- S. 12.