Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabı müəllifinə təqdim olundu

 

Tanınmış Azərbaycanşairi Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabıişıq üzü görüb.

 

Şairin 70 illik yubileyi Azərbaycan Tərcümə Mərkəzinin, milli ədəbiyyatın dünyada tanıdılması layihəsi çərçivəsində nəşr edilmiş kitaba, müəllifiningilis Azərbaycan dilində “Qarabağsız”, “Bir ömrün tarixi”, “Qalmaz belə, qalmaz dünya”,“Yaza yoza bilmədiyim yuxu”,  “Rekviyem”, “Qaranlıqdan aydınlığa”, “Qara Məlik, Qara Qəzənfər mən” kimi məşhur şeirləri daxil edilib.

 

Kitab – Xalq şairi Bəxtiyar Vahabzadənin Zakir Fəxri yaradıcılığı haqqında yazdığı “Poetik düşüncənin təzəliyi” Afaq Məsudun “Cənab Söz” essesi ilə başlayır.

 

Cənab Söz

 

“Söz ta əzəldən vardı. Sözü Allah, Allahı Söz yaratdı...”

İncil

 

Bu gün ədəbi məkanımızı bürüyənsəliqəli, naxışlı, lakin bədii cəhətdən qidasız, cansız ruhsuz mətnlər bolluğunda itirilməkdə olan Həqiqi Ədəbiyyat tapmağın, üzə çıxarmağın, həqiqi olanıoxşarından seçib ayırmağın bir yolu da – yaranan yaranmaqda olan bu nadir ədəbi incilərin yeni formatlarda müstəvilərdə təqdim olunmasıdır. Şeirə gəlincə, düşünürəm, hər biri ayrı-ayrılıqda müstəsna ədəbi tutum daşıyıcısı olan bu kiçik poetik nümunələr, bütöv qəzet səhifələrinə yerləşdirilən ənənəvi şeir silsilələri, yaxud “kitab bolluğu” sindromunda azdırılmış cildlərlə yox, bir-bir, tək-tək təqdim edilməlidir. Burada əsas məqsəd – bədii fikrin, Sözün, yazıldığın anın dərəcəsində mənimsənilməsinə imkan yaradılması, “Yazılan”ın,sirli Yazı Məqamının mənzərəsində –həmin İlahi Tənhalığında təqdim edilməsidir.

 

Yazıb-yaratdıqlarını nəşr etməklə arası olmayan, Allaha olan sevgi,ağrılar duyğular dolu şeirlərini, təbi gəldikcə, xeyir-şərdə dost-tanışına sədəqə kimi paylayan bundan qəribə bir rahatlıq tapan Zakir Fəxrinin poeziyası da, həmin o itirilib-axtarılan Həqiqi Ədəbiyyatlardandır.

 

A.Məsud

 

Zakir Fəxri

 

Çiynimdə tabut, gəzirəm

 

Alışdım tək daşımağa,

Çiynimdə yük daşımağa,

Yer yox bir tük daşımağa,

Çiynimdə tabut, gəzirəm.

 

Dolaşıram dağı-daşı,

zər, yaqut gəzirəm.

Düyün-düyün yollarımı

Aça-aça oxuyan bir

Kökdən düşmüş ud gəzirəm.

Çiynimdə tabut, gəzirəm.

 

Gəzirəm dörd bir tərəfi,

Bilmirəm yolum haradı.

Çəkir məni sirr tərəfi...

Ölümü gördüm, deyəsən,

Görəsən, olum haradı?

 

Suyuna dodaq dəyməmiş,

Köksünə ayaq dəyməmiş,

Sinəsinə ox dəyməmiş

Gözdən uzaq yurd gəzirəm,

Çiynimdə tabut, gəzirəm.

 

Dörd yana meydan sulayan,

Səsi ruhunu dalayan,

Axirət deyib ulayan

Yalqız qalmış Qurd gəzirəm,

Çiynimdə tabut, gəzirəm.

 

Balalar çiçək doğulur,

Gül doğulur balalar.

Balalar göyçək doğulur,

... Qul doğulur balalar.

 

Torpaqdan altun doğulur,

Daşlardan yaqut doğulur,

Nədənsə şair doğulan

Çiynində tabut doğulur.

 

Çox göynətdi ürək məni,

Dərdsiz ürəyə qurd düşər...

Silkələmə, fələk, məni,

Çiynimdəki tabut düşər!..

 

525-ci qəzet  2018.- 4 aprel.- S.8.