Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri

 

2018-ci il mayın 28-də ölkəmizin tarixində ən əlamətdar hadisələrdən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam olur.

Həmin tarixdə Rusiya İmperiyasının dağılması, Azərbaycanda milli azadlıq hərəkatının güclənməsi nəticəsində Şərqdə ilk demokratik, parlamentli dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti təşkil olunub. Məhəmməd Əmin Rəsulzadə onun silahdaşlarının misilsiz xidmətləri sayəsində ölkədə son dərəcə mühüm əhəmiyyətə malik tədbirlər həyata keçirilib. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın milli dövlətçilik salnaməsini müstəsna surətdə zənginləşdirib, çox vacib tarixi addımlar atıb. Ölkə prezidenti cənab İlham Əliyevin "Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illik yubileyi" haqqında sərəncamda deyildiyi kimi, qədim zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı tarixin hökmü ilə keçmişin müəyyən dövrlərində böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyəti ilə üzləşib. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları XX əsrin əvvəllərində ölkənin yaşadığı yüksək mədəni inkişaf mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb.

 

"İstiqlal Bəyannaməsi"ni qəbul edən Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirib, dövlət quruculuğu sahəsində mühüm işlər görüb. Ölkənin bayrağı, gerbi himni yaradılıb, ana dili dövlət dili elan edilib. Cümhuriyyətin ərazi bütövlüyü, milli təhlükəsizliyi təmin olunub, qısa müddətdə yüksək döyüş qabiliyyətinə malik hərbi hissələr təşkil edilib. Demokratik prinsiplərə uyğun parlament, dövlət orqanlarının yaradılması da böyük əhəmiyyət kəsb edir. Həmin dövrdə ölkədə təhsilin, mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Təhsilin milliləşdirilməsi, ilk universitetin təşkili ilə Azərbaycan xalqının sonrakı illərdə mədəni yüksəlişi üçün möhkəm zəmin hazırlanıb.

 

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən xalq hakimiyyəti insanların bərabərliyi prinsiplərinə əsaslanmağa böyük üstünlük verib. Ölkənin bütün vətəndaşlarının hüquqları təmin olunub, milli, irqi sinfi bərabərsizlik aradan qaldırılıb.

 

Məlumdur ki, Çar Rusiyasının ayrı-seçkilik siyasəti nəticəsində digər xalqlara nisbətən azərbaycanlılar milli mətbuat, məktəb sarıdan çox geridə qalırdılar. Qonşularda kilsəyə etimad qayğı göstərildiyi halda, Azərbaycanda məscidlər daim təqiblərə məruz qalıb. Lakin 1917-ci ildə Rusiyada baş verən fevral burjua inqilabı çarizmin hökmranlığına son qoyulması ilə nəticələnib. Rusiya xalqlarının milli azadlıq müstəqillik arzularının gerçəkləşməsi üçün real zəmin yarandı. Həmin ilin oktyabrında bolşeviklərin hakimiyyətə gəlməsi ilə bu imkanlar daha da genişlənib. "Rusiya xalqlarının hüquq bəyannaməsi" qəbul edildikdən sonra imperiyanın tərkibində olan xalqların hüquq bərabərliyi elan edilib, milli dini imtiyazlar ləğv olunub.

 

Belə bir mürəkkəb şəraitdə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində elm mədəniyyət nümayəndələri ilə yanaşı din xadimləri yaxından iştirak ediblər. Təsadüfü deyil ki, həmin dövrdə Bakının siyasi mərkəzə çevrilməsi üçün demokratik qüvvələrin bir araya gəlməsində Təzəpir məscidi xüsusi rol oynayıb. İlk növbədə, ölkədə Çar hökümətinin qızışdırdığı şiə, sünni ixtilafı aradan qaldırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi "İstiqlal Bəyannaməsin"də dini məsələlərə aid müddəalar da əksini tapıb. Bununla da, bütün ölkə vətəndaşlarının etiqad azadlıqları, dini hüquqları təmin olunub. 1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyətində hökumət təşkil edilib. Nəsib bəy Yusifbəyovun rəhbərlik etdiyi Xalq Maarifi Dini Etiqad nazirliyi ölkə əhalisinin milli ənənələrə qayıdışı dini ehtiyaclarının ödənilməsi məqsədi ilə din xadimləri, dini qurumlarla sıx əməkdaşlığa başlayıb. Cümhuriyyətdə şiə sünni ruhani idarələrinin əməkdaşlığına nail olmaq üçün Qafqaz Müsəlmanlarının vahid ruhani idarəsi yaradılıb. Bu səbəbdən əvvəllər Tiflisdə fəaliyyət göstərən ruhani idarəsi Gəncə şəhərinə köçürülüb. Bolşeviklərdən sonra ruhani idarəsi fəaliyyətini Bakıda davam etdirib. Həmin dövrdə ölkədə dini liderlərin rolu artıb, hərbi hissələrdə "hərbi molla" vəzifəsi təsis olunub. Hərbi din xadimlərinin fəaliyyətinə nəzarət Müdafiə nazirliyi dini idarə tərəfindən həyata keçirilib. O illərdə ölkədə dini məkanlar, məscidlər xalqın məşvərət yeri hesab edilib. Bu sahədə Təzəpir məscidi "İsmaliyyə" binası mühüm rol oynayıb.

 

Ən başlıcası odur ki, ölkənin parlamentində Azərbaycanın milli, dini tərkibi nəzərə alınıb. Bu zaman müsəlmanlara 80, xristianlara isə 35 yer ayrılıb. Xristianlar arasında ən çox yer - hazırda bizimlə düşmən mövqeyində olan ermənilərə verilib. Onlar parlamentdə 21 deputatla təmsil olunublar.

 

Halbuki xalqın birliyini istəməyən ermənilər bolşeviklərin təhriki köməkliyi ilə 1918-ci ilin martın 31-də müsəlman əhalisinə qarşı dəhşətli soyqrımı törətmişdilər. Daşnak-bolşevik birləşmələri tərəfindən Azərbaycanın ictimai-siyasi həyatında, elmi-dini maarifçiliyinin təbliğində mühüm rol oynamış "İsmaliyyə" binası, "Kaspi qəzeti" redaksiyası mətbəəsi, orada yenicə çap edilmiş "Qurani-Kərimin" 5 min nüsxəsi yandırılmış, kül edilmişdi. Mart qırğınları günlərində, ondan sonrakı dövrlərdə soyqırımına məruz qalmış müsəlmanların dəfnində, eləcə qabaqlayıcı tədbirlərin görülməsində Təzəpir məcidi müstəsna xidmətlər göstərmişdi.

 

Milli hökumət 1919-1920-ci illərin soyqrımı faciəsini Milli Qırğın günü kimi qeyd edib. Şeyxül-İslamın göstərişi ilə həmin vaxtlarda ölkənin bütün məscidlərində təziyələr təşkil olunub, ehsanlar verilib. Azərbaycan XI qızıl ordu tərəfindən işğal edilənədək ölkə vətəndaşlarının digər hüquqları kimi vicdan azadlığı məsələsi dövlət siyasətində daim başlıca yer tutub. Əhalinin dini təlabatlarının ödənilməsi müntəzəm olaraq diqqət mərkəzində saxlanılıb. Bununla əlaqədar olaraq cümə günləri istirahət günü elan edilib, dini bayramlarda bütün dinlərin nümayəndələri işdən azad olunublar. Hökumətin qərarı ilə ruhanilər dini idarələr büdcədən maliyyələşdirilib. Eyni zamanda, bütün dini vergilər dövlət xəzinəsinə daxil edilib. Təəssüf ki, bolşevik Rusiyasının daxili irticanın təzyiqləri üzündən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb.

 

1991-ci il oktyabrın 17-də müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikaası dövlətçilik ənənələrinə sadiqliyini Xalq Cümhuriyyətinin siyasi mənəvi varisi olduğunu nümayiş etdirərək, onun üçrəngli bayrağını, gerbini, himnini qəbul edərək göstərib. Xalqımız hər il 28 May - Respublika gününü kimi təntənə ilə qeyd edir.

 

Azərbaycanın qazandığı müstəqillik Ümummilli lider Heydər Əliyevin böyük xidmətləri sayəsində tarixin ağır sınaqlarından çıxıb qorunub, saxlanılıb, daha da möhkəmləndirilib. Onun rəhbərliyi altında müstəqil respublikamız geniş sosial-iqtisadi inkişaf yoluna qədəm qoyub. Ulu öndərin səyi ilə ölkədə dövlət-din münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi istiqamətində geniş işlər aparılıb. Azərbaycan Konstitusiyasında "Dini etiqad azadlığı haqqında" qanunda bütün dini etiqadların bərabərliyi, vətəndaşların dini azadlığı təsbit olunub. 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması dövlət-din münasibətlərinin tənzimlənməsinə yeni bir mərhələ kimi xüsusi önəm daşıyıb.

 

Ümummilli lider Heydər Əliyevin gördüyü işlər bu gün onun layiqli siyasi varisi, ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevrilib. Respublikamızın beynəlxalq aləmdə nüfuzu xeyli artıb. Hazırda bütün sahələrdə olduğu kimi, ölkədə dini məsələlərə, etiqad azadlığına ciddi dövlət qayğısı göstərilir. Görülmüş tədbirlərin nəticəsidir ki, respublikamızda möhkəm sabitlik, vətəndaş həmrəyliyi, dinimilli tolerantlıq şəraiti hökm sürür. Azərbaycan dünyada nümunəvi tolerantmultikultural dəyərlərə malik ölkə kimi tanınır, sayılıb seçilir.

 

Süleyman Ağayev

Ağcabədi rayon Muğanlı kəndi "Seyid İsmayıl Ağa" məscidi dini icmasının sədri

525-ci qəzet.- 2018.- 17 aprel.- S.2.