Milli Kitabxanada Aqil Abbasa həsr olunmuş kitab sərgisi

 

Aprelin 1-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan, Milli Məclisinin deputatı, "Şöhrət" ordenli, Əməkdar jurnalist, yazıçı Aqil Abbasın anadan olmasının 65 illiyi münasibətilə "Aqil Abbas – 65" adlı kitab sərgisi açılıb.

 

Bu barədə 525.az-a Milli Kitabxandan məlumat verilib.

 

Bildirilib ki, sərgidə yazıçının əsərləri, tərtib etdiyi, redaktoru olduğu, önsöz yazdığı, haqqında olan kitablar qəzet-jurnal materialları sərgilənib.

 

Sərgi bir həftə davam edəcək.

 

525-ci qəzet  2018.- 4 aprel.- S.8.