Milli Kitabxanada "Aşıq Şəmşir-125" sərgisi

 

Aprelin 4-də Milli Kitabxanada Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyinə həsr edilən sərgi açılıb.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, "Aşıq Şəmşir-125" adlı sərgidə sənətkarın müəllifi olduğu, habelə onun haqqında yazılmış kitablar, aşığın yaradıcılığından bəhs edən məqalələrin dərc olunduğu qəzet-jurnal materialları yer alıb.

 

Sərgi bir həftə davam edəcək.

 

 

525-ci qəzet  2018.- 5 aprel.- S.7.