Milli Kitabxanada "Salam Qədirzadə-95" sərgisi

 

Aprelin 10-da Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq Salam Qədirzadənin anadan olmasının 95 illiyi münasibətilə kitab sərgisi açılıb.

"Salam Qədirzadə-95" adlı sərgidə yazıçının əsərləri, sözlərinə yazılmış mahnılar, haqqında olan kitablar qəzet-jurnal materialları nümayiş olunub.

Bakıda ilk Latın Amerikası Kinofestivalı Meksikanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə aprelin 16-dan 19-dək Bakıda ilk Latın Amerikası Kinofestivalı keçiriləcək.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, festival çərçivəsində filmlər "Park Cinema" ("Flame Towers") kinoteatrında, "Landmark" kompleksinin kino zallarında, həmçinin, Azərbaycan Dillər Universitetinin binasında nümayiş etdiriləcək.

Kinofestivalın keçirilməsində əsas məqsəd Azərbaycan tamaşaçılarını Latın Amerikası ölkələrinin mədəniyyəti ənənələri, xüsusilə kinematoqrafiya tarixi istiqamətləri ilə yaxından tanış etməkdir. Festival çərçivəsində Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru Meksika istehsalı olan yeddi ekran əsəri təqdim ediləcək. Filmlər ingilis dilində subtitrlər ilə ispan portuqal dillərində göstəriləcək. Bütün seanslara giriş sərbəstdir.

Meksika səfirliyinin məlumatında deyilir: "Latın Amerikası ölkələrinin zəngin mədəni irsi var. Yeni ictimai cərəyanların qədim adət-ənənələrlə uzunmüddətli sintezi prosesi öz əksini regionun istər mədəni və qastronomik rəngarəngliyində, istərsə də tarixilinqvistik zənginliyində tapıb".

 

525-ci qəzet.- 2018.- 11 aprel.- S.7.