Mənəvi-əxlaqi problemlər “Vəsiyyət” güzgüsündə

 

Müasir dramaturgiyamızın ən öndə gedən nümayəndələrindən biri, istedadlı nasir, dramaturq və publisist kimi tanınan Hüseynbala Mirələmovun yaradıcılıq arealı bir istiqamətli inkişaf etməyib; o, müasir cəmiyyətimizin bütün problemlərinə işıq salmağa, qaranlığa məhkum etdiyimiz, açılmasına imkan vermədiyimiz bütün üstüörtülü məsələləri aydınlığa qovuşdurmağa cəhd edən yazıçıdır.

 

Tarixi və vətənpərvərlik mövzularında kifayət qədər maraqlı əsərlər - hekayə, povestromanlar, müvəffəqiyyətlə tamaşaya qoyulan pyeslər yazan Hüseynbala Mirələmov müasir dövrümüzün ziddiyyətlərini, deqradasiyaya məruz qalan mənəvi-əxlaqi dəyərləri də unutmur, diqqəti ictimai-sosial bəlalara fokuslamağabu problemləri özünəxas  formada həll etməyə üstünlük verir.

 

H.Mirələmovun son dövr yaradıcılığında mühüm yer tutan əsərlərdən biri də “Vəsiyyət” adlı pyesidir. Əslində, bu əsər ilk dəfə “Axirətdən gələn zəng” adı ilə “Azərbaycan” jurnalında oxuculara təqdim olunmuş, daha sonra səhnələşdirilərkən ikinci -  daha dəqiq adını qazanmışdır. 2017-ci ildə müəllif əsərini “Vəsiyyət” adı ilə yenidən nəşr etdirmişdir. H.Mirələmovun digər əsərlərində olduğu kimi, burada da XXI əsr insanının xarakterindəki boşluqlar, mənəvi-əxlaqi aşınmanın gətirdiyi fəlakətlər əks olunub. Yazıçının bu cəhəti haqqında Nizami Cəfərov çox doğru olaraq qeyd edir: Hüseynbala Mirələmov əsərlərində yalnız bir yazıçı kimi deyil, bir cəmiyyətşünas-mütəfəkkir kimi də irəli gedir, insanlığın, xüsusən də YENİ HƏYAT TƏRZİNƏ başlamış Azərbaycan insanının hansı qlobal fəlakətlər qarşısında qaldığını cəsarətlə açıb göstərir”.

 

H.Mirələmovun əsərlərinin mühüm bir qismi ailə-məişət mühitini sərgiləməyə yönəlib. Bu pyesdə də hadisələr daha çox məişət planında, ailə münasibətləri çərçivəsində cərəyan edir. Müasiri olduğumuz dövrün bəlalarını - varlandıqca varlanmaq istəyən insanlar, əlini verənin qolunu da qoparmaqdan çəkinməyən cəmiyyət, pul, var-dövlət hərisliyinin insanları saldığı gülünc situasiyalar  “Vəsiyyət” pyesində olduqca ətraflı işlənmişdir.

 

Əslində, əsərin mövzusu heçyeni deyil. Müasir Azərbaycan və dünya ədəbiyyatında insanın var-dövlət əsiri olması, gözəl bir xanımın varlı kişi ilə ailə qurub zaman keçdikcə ona xəyanət etməsi, hədsiz sərvətə malik olan şəxsin ətrafındakı hər kəsin qeyd-şərtsiz onunla razılaşması və ən acınacaqlısı bu sərvətin yoxa çıxdığı anda bütün bunların unudulub, həmin adamın ümumiyyətlə saya salınmaması yəqin ki, nadir tapılan süjetlərdən deyil. İstər filmlərdə, istərsə də roman və povestlərdə, dram əsərlərində oxşar səhnələrlə rastlaşmaq mümkündür. “Vəsiyyət” komediyasını oxşar məzmunlu digər əsərlərdən fərqləndirən özəllik isə fikrimizcə, bu hadisələrin bu qədər qısa zaman kəsimində baş verməsi və əsərin labüd sonluğu ilə bağlıdır. Əsərin janrında da bəzi mübahisəli məqamlar var.

 

“Müəllifin dramatik komediya adlandırdığı əsəri biz tərəddüd etmədən bu ümumbəşəri və əbədi-əzəli problemin işıqlandırılması və həllinə yönəlmiş faciəli komediya - tragikomediya adlandırırıq.  Bu qənaətdəyik ki, əsərdə bədii həllini tapan məsələlər bir qədər gülüş, həm də düşündürücü ironiya doğursa da, əslində, faciə, həm də təkcə milli faciə yox, bəşəri faciədir” (İ.Qəribli. “Xarakterlər dramaturgiyası”). Əsər həqiqətən də tragikomediyaya qara komediya adlandırılsa, daha doğru olar. Pyesdə müasir həyatın hər təbəqəsindən insanlar təsvir olunub. Əli milyonlarla oynayan milyonçu bir nadan, zəngin həyat sürən və sevmədiyi ərinə xəyanət edən gənc həyat yoldaşı, zəngin adama özünü dost göstərib arvadını yoldan çıxaran qohum, puluna görə milyonçuya yaltaqlanan qohumlars. kimi müxtəlif insan obrazları əsərdə sadəcə təsvir olunmur, həm də uyğun situasiyada onların xarakteri açılır.

 

“Vəsiyyət”də hadisələr bir-iki günü əhatə etdiyindən obrazların xarakterinin 180 dərəcə dəyişməsi həm təəccüblü, həm də acınacaqlıdır. Əsər kiçik zaman çərçivəsində reallaşsa da, müəllif obrazların dialoqları vasitəsilə ilə keçmişə qayıdır, indiki zamanla əlaqələnən bəzi keçmiş məqamları diqqətə çatdırır və məhz bu xatırlamalar istər Dövran bəyi, istərsə də xanımı Röyanı daha yaxşı anlamağa imkan yaradır.

 

Dövran bəy həddən artıq zəngin, milyonlarla düşünən, böyük məbləğlərlə görən zəngin bir adamdır. Öz danışığında idealist xarakter sərgiləyən, ailəsinə dəyər verən, həyat yoldaşı Röyanı həddən artıq sevən, bacı-qardaşlarının əl tutan biri kimi təqdim edilir. Düzdür, bu cəhətləri olsa da, müəllif haqlı olaraq Dövran bəyi heç də müsbət obraz kimi təqdim etməyib, onun qaranlıq keçmişi, qarşısına qoyduğu məqsəd üçün hər bir yola əl atması Röyanın dilindən təqdim edilir.

 

Röya: Nə danışırsan?! Dövran məğlubiyyəti qəbul edənlərdən deyil. Məni görəndə ailəsindən ayrılmışdı. Dedi ki, iki dünya bir ola, yenə səndən əl çəkməyəcəm! Əvvəl-axır sən mənim olmalısan...”

 

Eləcə də Röyanın Dövranın “əmioğlu” dediyi qohumu Samir üçün təsvir etdiyi Dövran üzdə görünəndən çox fərqlənir.

 

Röya: Sən Dövranı tanımırsan, Samir. O, ehtirasının, şəhvətinin quludur. Olsa-olsa gözəlliyimin vurğunudur. Mənə həmişə büllur bir əşya kimi baxıb. Bu adam heç vaxt arzularıma, duyğularıma məhəl qoymayıb. Hər şeyin mənasını yeyib-içməkdə, geyinib-keçinməkdə və kefdə görüb. Mən artıq dərin bir uçurumdayam. Bil ki, məni bu uçuruma sürükləyən də, elə onun özüdür”.

 

Röyanın vasitəsilə müəllif milyonçu qəhrəmanının əsl simasını açır, onun xarakterindəki mənfilikləri, eqoizmini göstərir. “İstəyirəmsə-mənim olmalıdır” prinsipi ilə yaşayan Dövran bəy hər iki qadına - Röyaya da, Delisaya da eyni cür yanaşır, Röyanı əldə etmək üçün Fərhadı yoxa çıxardırsa, Delisayı uşaq üçün məcbur edir.

 

Dövran özü də bəzi replikalarında busevgininona ucuz başa gəlmədiyini xatırlamalı olur. Etdiyi pisliklərin nə vaxtsa əl-ayağına dolanacağından ehtiyat edir: “Mən onun xətrinə dəyə bilmərəm, çünki o, mənə çox baha başa gəlib. Çox dərinə getsəm, onu itirə bilərəm. Bunu bir mən bilirəm, bir də... göydəki Allah!”

 

Təbii ki, onların arasındakı bu münasibət - gizlinlər, üstüörtülü atmacalar kökü dərinlərə gedən günahın cücərtiləri kimi hiss edilir. Əsərin ziddiyyətli obrazlarından biri də Röyadır. Zahirən özündən yaşlı, pullu kişiylə evlənən, pula satılmış qadın təsiri bağışlasa da, stilisti Timur və “sevgilisi” Samirlə olan söhbətlərindən Röyanın başqa çıxış yolu olmadığı üçün bu yolu seçdiyi və yaşadığı həyatdan heçzövq almadığı məlum olur.

 

Roya: Məni qınama, Samir. Dövranla sürdüyüm həyat məni tamam dəyişdi!.. biganələşdim... laqeydləşdim. İçimdəki məhəbbət duyğuları Fərhadla birgə qeyb olub getdi... həyatımın mənası dəyişdi. Odu, alovu söndü, kül oldu...”

 

Bu sözlər heç də yaşadığı zəngin həyatdan zövq alan, pula satılmış qadının düşüncə məhsulu deyil, əksinə, həyatından təngə gəlmiş, yaşadığı mühitdən qurtulmağa cəhd edən birinin etiraflarıdır. Onun davranışları elə təsir bağışlayır ki, sanki Röya yaşadıqlarından ötrü Dövrandan intiqam alır, fikrimizcə, onun xəyanəti də məhz bununla əlaqələndirilir. Hətta Dövran ölərkən belə, əsərin sonunda bütün sirlərin faş olduğu məqamda da Röya soyuqqanlığını qoruyur, hadisələri ah-fəğanla deyil, təmkinlə qarşılayır. Bununla belə, məhz Röya Dövranın vəsiyyətinə hörmətlə yanaşır, vəsiyyətin nüsxələrini ələ keçirib məhv etmək istəyən Samirə, qoyulan mirasdan narazı qalıb kağızı Elmandan almaq istəyən Bayrama, Pirimə qarşı çıxır.

 

“Vəsiyyət”i oxşar məzmunlu digər əsərlərdən fərqləndirən başqa bir məqam isə Dövran bəyin ondan sonra qalacaq miras haqqında əvvəlcədən məlumat verməsi məqamıdır və belə görünür ki, bu addım əsərin kuliminasiya nöqtəsi olaraq Dövrana qarşı münasibətlərin dəyişmə mərhələsinin başlanğıcı olur.

 

Pyesin maraqlı obrazlarından biri də Ceyrandır. Əsərin əvvəlində Dövranın milyonluq vəsiyyəti açıqlanmadan əvvəl, Dövran sağ olarkən “Ceyran bacın sənə qurbandı! Ölərəm ayaqlarınnı altında” - deyən Ceyran qardaşının ölümündən sonra pulun adını eşidən kimi, məbləğin “azlığını” bilən kimi qardaşına olan məhəbbəti nifrətlə əvəzlənir. “Ay nainsaf qardaş... (ağlayır və ayağa qalxaraq Dövranın portretinə hücum edir) Səndən ötrü özünü vurub öldürən bacına qoyduğun qiymət budu? On ikicə milyon? Təkcə bacına, gündə yüz yol qadanı alan bacına... On ikicə milyon? Tfu sənin üzünə, ayıb olsun sənə” deyərək qəzəbini soyudur. Eyni halları Pirimdə, Samirdə müşahidə etmək mümkündür. Təkcə Elman, Zəhra və Röya onun vəsiyyətini sorğu-sual etmədən soyuqqanlılıqla qarşılayır və qalan mirasın necə yüksək olduğunun fərqinə varırlar.

 

Dövran bəyin sürpriz xəbəri ilə başlayan pyesdə yaşananları reaksiya vermədən, sakitcə müşahidə edən evin qulluqçusu Delisay isə Dövran bəyin ən son sürprizi olur. Röyanın Azərbaycan dilini bilmədiyi üçün evdə saxladığı, sakitcə ev işlərini görən və heç bir şeyə qarışmırmış kimi gəzib-dolanan filippinli Delisay, əslində, Dövranın varisçilərindən biri imiş. Bu məqamda Dövranın Röyaya olan “sevgisi”ndəki səmimiliyinin dərəcəsi   meydana çıxır. Delisaydan hətta 5 yaşında oğlu olan Dövranın oğlu Datunu Filippinə, nənəsinin yanına göndərməsi də ətrafdakılarından ehtiyat etməsi ilə əlaqəlidir. Bu sirr isə Dövran bəyin vəsiyyəti açıqlanarkən, qardaşı Bayrama payından əlavə, ünvanı gizli olan 5 milyon manat ayırması ilə meydana çıxır.

 

Pyes sanki hesablaşma xarakteri daşıyır. Bir çox mətləblər üstüörtülü şəkildə çatdırılır bu incə ştrixlər qəhrəmanların üzlərini açmağa vəsilə olur. Ədəbiyyat müxtəlif insan simalarını özündə cəmləşdirən bir qalereyadır. Burada onun müxtəlif, rəngarəng obrazları var: mərhəmətli, zalım, güclü, zəif, mübariz, məzlum, ağıllı, dəli s. Onlar zamanlarına uyğun olaraq dəyişir, formalaşırlar.  H.Mirələmovun yaradıcılığında insanın mənəvi aləminin çırpıntıları, fəlakət müsibətləri, bəzən isə qəlb dünyasının bəsitliyi daha çox psixoloji səciyyə daşıması ilə diqqəti cəlb edir.

 

Əslində, diqqət edərsək, pyesin qadın qəhrəmanlarına sanki daha çox yer verilmiş, bu obrazlar daha uğurla işlənmişdir. Bayram, Samir, Pirim dialoqlarda çox iştirak etsələr , onları xarakter kimi götürüb qiymətləndirmək olmur.

 

Lakin müəllifin Elman obrazını rəğbətlə yaratdığı inkaredilməzdir. Dövran bəylə qan qohumluğu olmayan bu gənc ətrafındakı hər kəsdən daha sədaqətlidir, hətta vəsiyyətdəki on milyonu biləndə eşitdiklərinə inanmır. Dövranı qəbrə qoyarkən yaxını kimi yanına o düşür, sonda da qəribə zəngin sorağı ilə getmək istəyən bircə o olur.

 

Pyesin əsas səhnələrindən biri bizəÖlülərəsərində şeyx Nəsrullahın ölüləri diriltmək istədiyi qəbiristan səhnəsini xatırladır. Bu səhnədə Dövran bəyin yaxınlarının ona olansevgi”si bir daha aşkar olur. Dövranın ölümündən sonra vəsiyyətinə əsasən milyonlara qovuşmuş qardaşı - onun üçün ölümə belə getməyə hazır olan Bayram, canı yanan bacı Ceyran, ən yaxın adamı olan Samir, eləcə Xortlamış insanı görsəm, dəli olaramdeyən Röya  məzarı açmağa getmək istəyən Elmanın qarşısını kəsir. Maraqlı burasıdır ki, əsərin əvvəlindən imanlı xanım kimi təqdim olunan Zəhra da nəfsinə qarşı gedə bilmir, Elmana qoşulub axına qarşı çıxmır. Hər şey Allahın əlindədirdeyərək laqeyd qalır.  Təbii ki, milyonlar açıqlandıqdan sonra hər kəsin bunu etmək üçün öz bəhanəsi vardı.

 

Əl birliyi ilə getməsinə mane olduqları Elman ətrafdakı hər kəsi ittiham edərək onların üzünü açır, vicdanlarını itirmiş qohumları ittiham edərcəsinə hayqırır: (tam ümidsiz halda, sanki hayqırır) “Alçaqlar, əclaflar, vicdansızlar! Nankorlar! Budur sizin əsl simanız, bu! Puldan ötrü hər şeyinizi satarsız! Mənliyinizi , namusunuzu da, qeyrətinizi ... siz milyonçu ola bilərsiniz. Ammaalçaqşərəfsizsözünü üstünüzdən ata bilməyəcəksiniz. Tüpürüm sizə , sizin milyonlarınıza da”.

 

Vəsiyyət”in finalı gözlənilməz müəmmalı bir sonluqla bitir. Dövranın ölümünə səbəb partlayışdan biri baş verir nəticədə Dövranın kəfənə bürünmüş silueti meydana çıxır. Sanki müəllif onu səhnəyə gətirməklə qohumlardan intiqam alır, çünki o, vəsiyyətnaməni parça-parça edərək havaya sovurur, əslində, havaya sovrulan kağız parçaları yox, milyonlar, zəngin gələcək arzuları idi. Bu məqam onu göstərir ki, müəllif vicdan, əxlaq, nəfs duyğusunu itirmiş insanlara öz müdaxiləsini edir, onların yolla olursa olsun əslinə qaytarmağa, insanlığı, dostluğu, qardaşlığı unutmamağa səsləyir.

 

Əsər artıq rejissor Firudun Məhərrəmovun quruluşunda Akademik Milli Dram Teatrının səhnəsində oynanılmış hər dəfə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Ümumbəşəri mövzuda olan bu qara komediya məqsədinə nail olursa, mənəvi-əxlaqi dəyərləri deformasiyaya uğrayan cəmiyyətimizin bir hissəsinə belə təsir edə bilirsə, müəllifi təbrik etmək olar. Nəticə olaraq onu deyə bilərik ki, Azərbaycan ədəbiyyatında insan amilinin davamlı yer almasında, milli dəyərlərin bədii ifadəsində H.Mirələmovun estetik düşüncəsi öz funksionallığını bu gün davam etdirməkdədir. Bu əzmli mübarizədə müəllifə uğurlar arzu edirik.

 

Nərmin CAHANGİROVA

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet 2018.- 14 aprel.- S.17;24.