Nazim Əhmədlinin məktəblilərlə görüşü oldu

 

Aprelin 16-da Bakı şəhəri Yasamal rayonundakı 13 nömrəli tam orta məktəbdə tanınmış şair Nazim Əhmədlinin şagirdlərlə görüşü keçirilib.

 

Görüşdə məktəb rəhbərliyi, müəllim şagird kollektivi, ziyalılar media nümayəndələri iştirak ediblər.

 

Məktəbin direktoru, Əməkdar müəllim Yaqut Sadıqova, Azərbaycan dili ədəbiyyatı müəllimi Lalə Bayramova Nazim Əhmədlinin yaradıcılığından söz açıblar.

 

Musiqi müəllimi Gülər Babayeva şairin qəzəlini muğam üstündə səsləndirib.

 

Çıxışlardan sonra N.Əhmədli haqqında 2014-cü ildə lentə alınan "Göy üzünün adamı" adlı telesüjet nümayiş olunub.

 

Məktəbin "Gənc istedadlar" ansamblı tədbirdə musiqi nömrələri ilə çıxış edib. Şagirdlər şairin şeirləri əsasında hazırladıqları kompozisiyanı nümayiş etdiriblər.

 

Sonda məktəbin rəhbərliyi başda olmaqla görüşün keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirən N.Əhmədli özünün yeni şeirlərini oxuyub şagirdləri maraqlandıran suallara cavab verib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2018.-18 aprel.-S.7.