Mir Cəlal Paşayevlə bağlı kitabların təqdimatı oldu

 

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində görkəmli ədəbiyyatşünas alim yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar üç kitabın təqdimatı keçirilib.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimovun elmi redaktorluğu ilə yenidən nəşr olunmuş “XX əsr Azərbaycan ədəbiyyatıdərsliyinin, ADPU-nun professoru Təyyar Salamoğlunun “Mir Cəlal nəsri müasirlik Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə səlahiyyətli səfiriHidayət Orucovun Qırğızıstanda rus qırğız dillərində çap edilmiş“Mir Cəlal dünyasından sətirlərkitablarının təqdimatına həsr olunmuş tədbirdərespublikamızın tanınmış elm xadimləri, müəllimlər tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Mir Cəlalın həyat yaradıcılığından danışıb, təqdim olunan kitablarımüasir ədəbiyyatşünaslığımızın nailiyyəti kimi qiymətləndirib.

Mir CəlalınFiridun Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatıdərsliyini yenidən çapa hazırlamış Təhsin Mütəllimov ustadı hesab etdiyi görkəmli yazıçı ilə bağlı maraqlı xatirələrini söyləyib, onun alim müəllim kimi şəxsi keyfiyyətlərindən bəhs edib.

“Mir Cəlal nəsri müasirlikkitabının müəllifi, ADPU-nun professoruTəyyar Salamoğlu əsər haqqında məlumat verərək,Mir Cəlal nəsrinin özəlliklərindən, onun Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən söz açıb.

Hidayət Orucovun “Mir Cəlal dünyasından sətirlərkitabıhaqqında danışan  müəllifin qızı, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova iştirakçılara görkəmli yazıçıya həsr olunmuş bu nəşr haqqında məlumat verib. Bildirib ki, həmin kitab dünyanın bir sıra dillərinə, o cümlədən qırğız dilinə tərcümə olunaraq, qırğız ictimaiyyətinə təqdim  edilib.

Daha sonra çıxış edənlər: ADPU-nun kafedra müdiri, professor Himalay Qasımov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərli, BDU-nun professoru İfrat Əliyeva, “Kredoqəzetinin baş redaktoru Əlirza Xələfli, yubilyarın qızı, BDU-nun Rus dili (humanitar fakültələr üzrə)kafedrasının müdiri, professor Ədibə Paşayeva Mir Cəlal irsindən ətraflı söz açıb onunla bağlı xatirələrini bölüşüblər.

 

525-ci qəzet.- 2018.- 19 aprel.- S.7.