Milli Kitabxanada "Vaqif Yusifli-70" sərgisi

 

Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, filologiya elmləri doktoru, tənqidçi, ədəbiyyatşünas-alim, Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin 70 illiyi münasibətilə "Vaqif Yusifli - 70" adlı kitab sərgisi açılıb.

 

Sərgidə "Əsərləri", "Tərtib etdiyi", "Redaktoru olduğu", "Rəy verdiyi ", "Ön söz yazdığı", "Haqqında" bölmələrindən və qəzet-jurnal materialları nümayiş olunur.

 

Sərgi bir həftə davam edəcək.

 

525-ci qəzet  2018.- 20 aprel.- S.7.