Cavad ZEYNAL

 

ÇİLLƏ

 

yaman bozarıb üzü çillənin,

Açıb ətəyini qırma səpir ki.

Elə bil ac qurddu gözü çillənin,

Bayıra çıxanı evə təpir ki.

 

Çovğunu adamın bağrını sökür,

Elə bil dünyanın axırı gəlib.

Gah dolu ələyir, gah da qar tökür,

Elə bil sağına naxırı gəlib.

 

Qarılar tələsmir söz bitirməyə,

Canavar iz tutur cığırda, yolda.

Gəlinlər getməyir un gətirməyə,

Gedənin əlləri donur çuvalda.

 

Dağ-dərə çilləyə yurda dönübdü,

Şaxtası meydanlar sulayır elə.

Küləklər acıxmış qurda dönübdü,

Süləngi it kimi ulayır elə.

 

Elə ağardır ki, saz dişlərini,

Sazağı adamı ütür, qurudur.

Hirsindən qıcırdır buz dişlərini,

Adamı qorxudan titrəmə tutur.

 

Külək dillərinin bir çağrışı var,

Görürəm yalandan sovurur, kəsir.

Vallah, bu çillənin bir ağrısı var,

Özünə bir isti yuvacıq gəzir.

 

Çillədi, gəlişi, gedişi belə,

Kim bilir qədər bulud sağacaq.

Bu çillə gələndən yaza hamilə,

Bu çillə axırda bahar doğacaq.

 

AYILTMA MƏNTƏQƏSİ

 

Cərrah dostum professor Mübariz Əliyevə

 

Sizi deyə bilmərəm,

Mənim gülməyim gəlir;

Vallah, belə bir addan

Gülüb, ölməyim gəlir.

 

Ayıltma məntəqəsi...

Bu addımı, siz deyin?

Duyğusuz yaşamaq da

Həyatdımı, siz deyin.

 

Bıçaqdan çıxanları

Yığıblar bir otağa.

Bura gəlmək qadağa,

Bura getmək qadağa.

 

Ayıltma məntəqəsi...

Qızıldandı burda an.

Həkimlər intizarda,

Qohum-qəblə nigaran.

 

Deyək ki, ayıltdınız

Bəxtəvər yatanları;

Pərqu yorğan-döşəkdə

Güllərə batanları

 

O yeriyən yatmışı

Oyadacaq kimlər bəs?

Xəcalət allarına

Boyadacaq kimlər bəs?

 

İkiyə bölünmüşük,

Ayılmırıq hələ .

Ayıqlar cərgəsində

Sayılmırıq hələ .

 

Hamını çəkin bura,

Yatan, oyaq seçilsin.

Görək nədən qədər,

Ortasayaq seçilsin.

 

Ayıltma məntəqəsi...

Bilməcədi, deyilmi?

Hissiz, duyğusuz olmaq

Gülməcədi, deyilmi?

 

Sizi deyə bilmərəm,

Mənim gülməyim gəlir;

Vallah, belə bir addan

Gülüb, ölməyim gəlir.

 

O YOL QIRAĞINDA TƏNHA BİR MƏZAR

 

Şamaxı yolunun qırağında bir türk məzarı var. Bu, 1918-ci ildə Bakını xilasa gəlmiş şanlı türk ordusu əsgərlərindən birinin məzarıdır.

 

O yol qırağında tənha bir məzar,

O yol qırağında qərib uyuyur.

əli yetəni, gələni var,

Köksünü torpağa gərib uyuyur.

 

Baharda eşqə bax, güllərə bükür,

Ötənlər dayanır yolüstü elə.

Buludlar göylərdən göz yaşı tökür,

Küləklər qurudur əlüstü elə.

 

Doğulub harada, yatır harada,

Baxanlar dayanıb fikrə dalırlar.

Baharda torağay ötür burada,

Payızda durnalar lələk salırlar.

 

Zamandan zamana bir xitabdı o,

Əzəmət timsalı yar-yarağında.

Nəsildən nəsilə bir kitabdı o,

Yaddaşdı, oxunur yol qırağında.

 

Hayıma yüyürən, səsimə gələn,

Demirəm, demərəm bir olub gedir.

Qəhrəman doğulan, qəhrəman ölən

Eləcə ellərə pir olub gedir.

 

Qardaş harayına hay-səda verən,

O yenə əsgərdi, yaraqlı əsgər.

Qardaşlıq yolunda can fəda verən,

Qardaşa azadlıq soraqlı əsgər.

 

Axtarma kökündən soğulanları,

Əzəldən zamanla qoşadır tarix.

Tarixdə qəhrəman doğulanları

Çöldə qəhrəman yaşadır tarix.

 

GÖY SEVGİSİ

 

Neçə gündü yağır hey,

Göyün bağrı sökülür.

Yağan yağış deyil ki...

Aftafadan tökülür.

Çaylar sığmır yatağa,

Gen dərələr hayqırır

Dağlar düşüb lərzəyə,

Bənd-bərələr hayqırır.

Göyün üzü qapqara,

Açılmır ki, açılmır.

Günəş elə gizlənib,

Saçılmır ki, saçılmır.

Hıçqırığı ildırım,

Bəxti qara qız kimi.

Qurumayır göz yaşı,

Ələyir payız kimi.

Göy sevgisi dərin,

Silkələyir Yeri .

Eşqi daşa dəyibdi,

Kimsəsi yox kiridə.

 

HARDASAN, AY QARIMIŞ...

 

Neçə gözəl bəyəndim,

Biri qismət olmadı.

Qara, çirkin istədim,

Pərvazlandı, qalmadı.

Çilçilinə vuruldum,

Günəş doğdu baxtına.

Yoluna gül döşəndi,

Qondu şahlıq taxtına.

...Hardasan, ay qarımış,

Hardasan, çıx bir üzə.

Səni görüm

yer-yerdən

Elçilər gəlsin sizə.

NƏ DEYİRƏM

 

Öz harayım, öz hayım,

Hay verən var haylayım?

yığ mışam paylayım,

Yetirirsən, yeyirəm,

Yeyirəm, ilahi, yeyirəm.

 

əkirəm bitir ki,

Boyu dama yetir ki.

Ömür vəfa eyləyir,

Barlı budaq əyirəm,

Əyirəm, ilahi, əyirəm.

 

Döşdə çiçək sayrışır,

Bir-biriylə yarışır.

Diş göynədir bulaqlar,

Əl vururam, keyirəm,

Keyirəm, ilahi, keyirəm.

 

Qar ələyir quşbaşı,

Qış çölə yorğan sərir.

Üzümə gülə-gülə

Mənə ağı göstərir,

Bürünürəm, geyirəm,

Geyirəm, ilahi, geyirəm.

 

Əyilmişəm gün kimi,

Əyləmimi görən - sən.

Vaxtım haçan bitəcək-

Fərmanımı verən - sən,

deyirəm, ilahi, deyirəm.

 

KÖHNƏ MAHNI

 

Hələ havada qeydiyyatdayam

Kəmaləddin Qədim

 

Boş əllə boş qoyduq odu, ocağı,

O isti ocaqlar dağıldı getdi.

Laylaydı, nəğməydi küncü-bucağı,

O layla, o nəğmə nağıldı - getdi.

 

Çöllərə, düzlərə pənah gətirdik,

Düzlər bezar oldu, çöl bezar oldu.

Elə bil ellərə günah gətirdik,

Oba bezar oldu, el bezar oldu.

 

Axışdıq, yığışdıq şəhərlərə biz,

Şəhəri ən böyük bir arxa sandıq.

Gecədən çıxmadıq səhərlərə biz,

Ümidə tanındıq, ölüm qazandıq.

 

Dağıldıq, söküldük hey içimizdən,

Gələnlər bilmədik heç hara getdi.

Aşındıq, daşındıq bəy içimizdən,

Gedənlər elə hey məzara getdi.

 

Söydük bu gərdişi, söydükcə söydük,

Ötənə, keçənə tov olduq ancaq.

Küçələr dolandıq, qapılar döydük,

Qapıdan-qapıya qovulduq ancaq.

 

Çəkilmək bilmədi yurd həsrətimiz,

Bağrımız bu həsrət közündə bişdi.

Öyrəşə bilmədik şəhərlərə biz,

Qırıldıq, qəbrimiz şəhərliləşdi.

 

RƏQƏM DİLİ

 

Bir dəfə Akademik dostum Hətəm Quliyevin stolunda bir yazı gördüm. Dörd səhifəlik yazıda bir dənə söz yox idi. Hamısı rəqəm idi. Soruşdum ki, bu nədir, dedi sənlik deyil.

 

Əlində rəqəm bir muncuq kimi,

Baxıram, sən demiş, heç mənlik deyil.

Əzbər deməsəydin şeirlərimi

Deyərdim şeir heç sənlik deyil.

 

Girmədin kölgələr sərinliyinə,

Dost oldu səninlə iqriklər, zetlər.

Vardıqca sən elmin dərinliyinə

Açıldı önündə yad planetlər.

 

Diş kəsmir gözünün yediklərini,

Daşlanan tərifə davam mən olum.

Düsturlar diliylə dediklərini

Qoy başa düşməyən avam mən olum.

 

Səhəri açıram gözlərimdə dan,

Qismətim həyatın diki olubdu.

Neyləyim, məktəbdə riyaziyyatdan

Aldığım həmişə iki olubdu.

 

Məsələ-misallar olmayıb mənlik,

O bahar payızla, qışla görüşüb.

Başıma yığdığım bir-iki tənlik

Günbəzə atılan qoz olub düşüb.

 

Beyində tapıntı - şimşək çaxışı,

Qələmə gəlməsə, tovuna çıxım.

Sən yarat Dünyaya yeni baxışı,

Mən ki, təzə söz ovuna çıxım.

 

525-ci qəzet 2018.- 21 aprel.- S. 23.