Azərbaycan rəssamları Beynəlxalq simpoziumda

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti Rəssamlıq fakültəsinin Dizayn dekorativ tətbiqi sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Arif Əziz Təsviri sənət kafedrasının müəllimi, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Səmədağa Cəfərov Bolqarıstanda keçirilən Beynəlxalq simpozium-festivalda Azərbaycanı təmsil ediblər.

 

17-24 aprel tarixlərində Bolqarıstanın Veliko Tırnova şəhərində keçirilən Beynəlxalq simpozium-festivalda  15 ölkədən nümayəndə heyətinin qatılıb.

 

Bir həftə ərzində rəssamlar sərbəst mövzuda kətan üzərində əsərlər yaradıblar. Festival çərçivəsində son gün Azərbaycana həsr edilib Bolqarıstanın tanınmış rəssamı Xristo Panev Arif Əzizə "Qızıl Palitra" Dünya Rəssamlıq Akademiyasının ən yüksək mükafatını təqdim edib.

 

Beynəlxaq simpozium-festivalda adlarını çəkdiyimiz Azərbaycanın tanınmış rəssamları yüksək səviyyədə qarşılanaraq əsərləri müxtəlif mükafat diplomlarla təltif olunub

 

525-ci qəzet 2018.-26 aprel.- S.7.