Mehdi Hüseynzadə “Yubileylər silsiləsi” layihəsi

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında (MKS) “Yubileylər silsiləsilayihəsi çərçivəsində əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuşMehdi Hüseynzadə─100” adlı videoçarx hazırlanıb.

 

Videoçarxda Azərbaycanın əfsanəvi qəhrəmanının həyatı və keçdiyi döyüş yolu haqqında məlumatlar verilib. İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” , Şəmistan Nəzirlinin “Əfsanəvi Mixaylo” kitabları haqqında Azərbaycan və rus dillərində anonslar öz əksini tapıb, arxiv sənədləri və fotolar toplanılıb.

 

Layihənin ideya müəllifi Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədovadır.

 

Qeyd edək ki, 1941–1945-ci illər Böyük Vətən müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və misilsiz hərbi şücaəti ilə böyük şöhrət qazanmış, Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazan Mehdi Hüseynzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Yasamal rayon MKS-də bir sıra tədbirlər keçirilib.

 

Şahanə

525-ci qəzet  2018.- 10 avqust .- S.7.