Milli Kitabxanada "Kamal Talıbzadə-95" adlı kitab sərgisi

 

Avqust ayının 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əməkdar elm xadimi, professor Kamal Talıbzadənin 95 illiyi münasibətilə "Kamal Talıbzadə-95" adlı kitab sərgisi açılıb.

 

Kitabxanadan bildirilib ki, sərgidə müəllifin əsərləri, redaktoru olduğu, "Ön söz" yazdığı, tərtib etdiyi, haqqında yazılan kitablar, dövrü mətbuat materialları nümayiş olunur.

 

Sərgi bir həftə müddətində ziyarətçilər üçün açıq qalacaq.

 

ŞAHANƏ

 

525-ci qəzet  2018.- 15 avqust.- S.7.