Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi nailiyyətdir

 

BU TARİXİ RAZILAŞMA NƏTİCƏSİNDƏ DONDURULMUŞ VƏ MÜBAHİSƏLİ YATAQLAR BİRGƏ İŞLƏNƏCƏK, XƏZƏRYANI DÖVLƏTLƏRƏ VƏ XALQLARA FAYDA GƏTİRƏCƏK

 

 Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı imzalaması tarixi nailiyyətdir. 22 il ərzində bu məsələ ilə bağlı aparılan danışıqlar nəhayət ki, öz müsbət nəticəsini verdi. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni perspektivlər açır”.

 

Bunu “525”ə açıqlamasında millət vəkili Rüfət Quliyev deyib. Deputat bildirib ki, Zirvə toplantısında prezidentlər, həmçinin, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya bioresursların qorunmasına dair əməkdaşlıq, bölgədə qlobal miqyasda təhlükəsizlik kimi məsələləri müzakirə etdilər: “Eyni zamanda, Konvensiyanın effektiv yerinə yetirilməsi Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərinin nəzərdən keçirilməsi məqsədilə İşçi Qrupu yaradılıb”. İmzalanan Konvensiyanın Azərbaycana xüsusi iqtisadi dividendlər vəd etdiyini söyləyən millət vəkili bildirib ki, bu sənəd ölkəmizin milli maraqlarına da tam cavab verir, eyni zamanda, Azərbaycanın Xəzər dənizində həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı irimiqyaslı iqtisadi layihələrin davamlılığını təmin edir: “Belə ki, Konvensiya sahilyanı dövlətlərin dənizin dibi ilə kabel boru kəmərlərini çəkmək hüququnu tanıyır. Belə boru kəmərlərinin keçəcəyi yollar yalnız onun keçəcəyi sektorun məxsus olduğu sahilyanı dövlətlə razılaşdırılır. Əlbəttə ki, bu sənəd region ölkələri arasında daha geniş əməkdaşlığa yol açır, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrin genişləndirilməsinə imkan yaradır”.

 

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da bildirib ki, məlum Konvensiyanın imzalanması tarixi əhəmiyyətə malikdir: “Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Belə ki, bu razılaşma nəticəsində mübahisəli yataqlar birgə işləniləcək, Xəzəryanı dövlətlərə xalqlara fayda gətirəcək. Dövlətimizin başçısının Konvensiyanın imzalanması mərasimindən sonra mətbuata bəyanatında vurğuladığı kimi, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz dəyərli töhfəsini verib. Müzakirələrin getdiyi bütün dövrlərdə, xüsusən Konvensiyanın imzalanması ərəfəsində xaricdəki bəzi erməni lobbisinə yaxın dairələr anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərir, müxtəlif maneələr yaratmağa çalışırdılar. Çünki onlar bilirlər ki, bu sənəd Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək”. Deputat qeyd edib ki, Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması, hər şeydən əvvəl, xoş məram, qarşılıqlı etimad, ortaq maraqlar mehriban qonşuluq əlaqələri sayəsində baş tutub: “Sənəd bu beş ölkə arasında mövcud olan əlaqələrin daha da möhkəmlənməsi, əməkdaşlığın genişlənməsi üçün əlavə perspektivlər açır. Əlbəttə ki, bu cür əməkdaşlıqlar xalqların rifah halının daha da yaxşılaşmasına xidmət edəcək”. S.Fətəliyeva, həmçinin qeyd edib ki, əldə olunmuş razılıqlar Transxəzər boru kəmərinin reallaşmasına şərait yaradır: “Bu da Azərbaycanın geosiyasi çəkisinin daha da yüksəlməsi üçün əlverişli mühit yaradır”.

 

Deputatı Aydın Hüseynov isə öz növbəsində bildirib ki, Azərbaycan tərəfi uzun illər ərzində Xəzərdə beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgünün aparılmasını təklif etsə , bir sıra süni maneələr yekun statusla bağlı razılaşma əldə edilməsinə imkan vermirdi: “Sənəd üzərində 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya Qazaxıstan arasındaXəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsihaqqında üçtərəfli mühüm saziş imzalandı. Həmçinin, bu ilin martında İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu 5 ölkənin imzaladığı Konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəddir”. A. Hüseynovun sözlərinə görə, Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir: “Bundan sonra Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş mübahisəli yataqlar birgə işlənəcək, Xəzəryanı dövlətlərə xalqlara fayda gətirəcək. Bütün ölkələr xüsusən Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda təmin edəcək. Eyni zamanda, sənədə əsasən, Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlərin çəkilməsi üzərində maneə aradan qaldırılacaq. Beləliklə, Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin birgə əməkdaşlığı üçün yeni imkanlar yaradır. Prezidentin vurğuladığı kimi, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır”.

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet  2018.- 18 avqust.- S.5.