Ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək

 

 

Mədəniyyət Nazirliyi Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə ali məktəblərdəAzərbaycan Kinosu Günlərikeçiriləcək.

Nazirlikdən verilən məlumata görə, “Azərbaycan Kinosu Günləridekabrın 3-dən 6-dək Azərbaycan Dövlət Pedaqoji Azərbaycan Dövlət Neft Sənaye universitetlərində, 4-dən 7-dək isə Azərbaycan Dillər Universitetində təşkil olunacaq.

Azərbaycanın tarixini və mədəniyyətini insanlara daha yaxından tanıtmaq, xüsusilə, gənclərdə vətənə və torpağa məhəbbət hisslərini gücləndirmək məqsədilə keçirilən Kino Günləri çərçivəsində son illər vətənpərvərlik, Qarabağ və digər milli-mənəvi dəyərlərimiz haqqında dövlət sifarişi ilə çəkilmiş sənədli filmlərin nümayişi və tanınmış incəsənət xadimləri ilə görüşlərin təşkili nəzərdə tutulub.

 

525-ci qəzet.- 2018.- 1 dekar.- S.13.