Görkəmli aktyor Hamlet Qurbanov xatırlandı

Dekabrın 3-də Azərbaycan Teatr Xadimləri İttifaqının Abbas Mirzə Şərifzadə adına Aktyor evində milli mədəniyyətimizin görkəmli nümayəndələrindən Xalq artisti Gülxar Həsənovanın 100, Əməkdar artist Hamlet Qurbanovun 80 illik yubileylərinə həsr edilmiş xatirə tədbiri keçirilib.

Tədbir Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə gerçəkləşib.

Görkəmli sənət adamlarının, ziyalıların sənətkarın doğmalarının qatıldıqları tədbirin iştirakçıları əvvəlcə Gülxar Həsənovanın Hamlet Qurbanovun yaradıcılıq yoluna həsr edilmiş fotosərgi ilə tanış olublar.

Tədbirin aparıcısı, Xalq artisti Hacı İsmayılov qonaqları salamlayıb, H.Qurbanovun həyat yaradıcılığı haqqında qısa məlumat verib. "Aktyorları unudulmaz edən onlara Tanrı tərəfindən verilən fitri istedaddır" - deyən H.İsmayılov mərhum sənətkarın istedadından, oynadığı obrazların dəyərindən danışıb.

Xalq artisti İlham Namiq Kamal çıxışında H.Qurbanovu aktyor, sənətkar kimi deyil, bir insan kimi xarakterizə edib: "Aktyorluq çətin, məşəqqətli, ağrılı sənətdir. Hamlet Qurbanovla təxminən 10 tamaşada tərəf müqabili olmuşam. O, çox təmiz, saf, körpə qəlbli insan idi. Onu yalnız sənəti, oynadığı obrazlar maraqlandırırdı. Janrından asılı olmayaraq, ona həvalə olunan obrazı yüksək şəkildə canlandırırdı".

Daha sonra Xalq artistləri Ağakişi Kazımov, Rafiq Əzimov, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə başqaları çıxış edərək sənətkarların həyat yaradıcılığından söz açıb, mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıblar.

Tədbir boyunca G.Həsənovanın H.Qurbanovun ifa etdikləri tamaşa filmlərdən videogörüntülər nümayiş olunub.

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.-5 dekabr.-S.7.