Xoreoqrafiya Akademiyasında elmi-praktiki seminar

 

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) УÜzeyir Hacıbəyli onun davamçılarının yaradıcılığında xalq çalğı alətlərinin ifasında seçilmiş rəqs nümunələrinə elmi-praktiki aspektdən yanaşmaФ mövzusunda elmi-praktiki seminar keçirilib.

Xoreoqrafiya Akademiyasından bildirilib ki, seminarda Bakı Musiqi Akademiyasının (BMA) prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev, BXA-nın professor-müəllim heyəti, tələbə qonaqlar iştirak ediblər.

Tədbirdə BXA-nın prorektoru, professor Sonaxanım İbrahimova çıxış edərək professional musiqimizin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat yaradıcılığından milli musiqi mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərindən danışıb. G.Abdullazadə dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi, təkrarsız yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.

Seminarda Xalq artisti Ramiz Quliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Əhmədov, dosent Nuridə İsmayılzadə BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Rauf Bəhmənli çıxış ediblər.

Tədbir Xalq artisti Ramiz Quliyevin dahi bəstəkarın yaradıcılığından seçilmiş nümunələrin ifası ilə yekunlaşıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 15 dekabr.- S.13.