Xalq yazıçısı İmran Qasımov anıldı

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Q.Musabəyov adına 3 nömrəli kitabxana filialının oxucuları və əməkdaşları Fəxri xiyabanda Xalq yazıçısı İmran Qasımovun məzarını ziyarət ediblər.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ziyarətçilərə görkəmli yazıçının yaradıcılığı haqqında geniş məlumat verilib.

Qeyd edək ki, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Prezident İlham Əliyevin İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən, bir sıra tədbirlər təşkil edib, kitab sərgiləri və yazıçının ssenari müəllifi olduğu filmlər nümayiş edilib.

525-ci qəzet 2018.- 26 dekabr.- S.7.