Milli Kitabxanada yeni tədbirlər

Dekabrın 27-də Azərbaycan Milli Kitabxanasında Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günüdür" adlı geniş kitab sərgisi açılıb.

Sərgidə Azərbaycançılıq, diasporalarla , diasporalara dövlət qayğısı, Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyası, multikulturalizm, tolerantlıq haqqında 200-dən çox kitablar dövri mətbuat materialları nümayiş olunub.

Həmin gün daha bir tədbir isə Mədəniyyət Nazirliyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Milli Kitabxananın birlikdə hazırladığı "Mikayıl Rzaquluzadə. Biblioqrafiya" kitabının eyniadlı elektron məlumat bazasının təqdimatına həsr edilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov görkəmli tərcüməçi, nasir, şair Mikayıl Rzaquluzadənin ədəbi yaradıcılığı, tərcümə fəaliyyəti haqqında geniş söz açıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında "Uşaq ədəbiyyatı xəzinəsindən" seriyasından tərtib olunmuş "Mikayıl Rzaquluzadə. Biblioqrafiya" adlı kitabın Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr vermiş görkəmli yazıçının anadan olmasının 115 illiyinə həsr edildiyini bildirdi. Direktor biblioqrafiyada nasirin ədəbi-ictimai fəaliyyətinin 1923-2018-ci illəri əhatə edən kitablarda, dərsliklərdə, dövri mətbuatda nəşr olunmuş əsərlərinin, tərcümələrinin əks olunduğunu qeyd edib.

ADPU-nun professoru Zahid Xəlil çıxışında biblioqrafiyanın böyük yazıçı, tərcüməçi, maarifçi, ziyalı Mikayıl Rzaquluzadənin həyatını, yaradıcılığını, pedaqoji fəaliyyətini mükəmməl əks etdirən bir tədqiqat işi olduğunu bildirib.

Professor Rafiq Yusifoğlu Mikayıl Rzaquluzadənin orta məktəblərdə tədris olunan ədəbiyyat dərsliklərinin hazırlanmasında yaxından iştirak etdiyini, onun müəllifliyi ilə tərtib olunan dərsliklərin pedaqoqlar tərəfindən yüksək qiymətləndirildiyini söyləyib.

Uşaq ədəbiyyatı tədqiqatçısı Füzuli Əsgərli Mikayıl Rzaquluzadəni Azərbaycan uşaq ədəbiyyatının korifeyi adlandırdı yazıçının tərcümə fəaliyyətindən danışıb.

Yazıçılar Birliyinin Uşaq şöbəsinin müdiri Qəşəm Nəcəfzadə ədibin uşaqlar üçün yazdığı dəyərli əsərlər haqqında, onların orta məktəb dərsliklərində tədrisi ilə bağlı geniş məlumat verib.

Daha sonra Salman Mümtaz adına Azərbaycan Respublikasının Dövlət ədəbiyyat İncəsənət Arxivinin direktoru Könül Nəsibova, uşaq yazarı Solmaz Amanova, kitabın tərtibçisi, Əməkdar mədəniyyət işçisi Nazilə Tahirova çıxış edərək göstəricinin ədəbiyyatşünas alimlər, tədqiqatçılar üçün dəyərli mənbə olacağını söyləyiblər.

Ədibin ailəsi adından nəvəsi Aytən Rzaquliyeva yazıçının yaradıcılığına verilən dəyərə, bu yeni nəşrə görə hər kəsə minnətdarlığını bildirib.

Daha sonra "Mikayıl Rzaquluzadə" adlı zəngin elektron məlumat bazası təqdim edilib.

Sonda tədbir iştirakçıları Milli Kitabxananın fondunda mühafizə edilən, Mikayıl Rzaquluzadənin ədəbi-bədii yaradıcılığını əks etdirən geniş kitab sərgisi ilə tanış olublar.

525-ci qəzet  2018.- 28 dekabr.- S.8.