2018-ci ildə ən uğurlu filmimiz - “Şollerin arxivi

Azərbaycan kino sənəti tarixində ən çox mükafat qazanan film kimi özünü təsdiqləyənŞollerin arxivibədii filmi dünyada böyük marağa səbəb olub. 6 ayda iyirmi beynəlxalq festivalda uğur əldə edən film ötən ildə ən uğurlu ekran əsəri hesab olunur.

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

O bildirib ki, film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın icrası çərçivəsində çəkilib. Ekran əsəri Avropa mədəniyyətindən, Alman-Azərbaycan dostluğundan bəhs edir. İyirmi beynəlxalq festivalda uğur qazanan film beş festivalda qızıl mükafata layiq görülüb. Dekabr ayında ekran işi daha üç festivalda qələbə uğrunda mübarizəyə qoşulub. Film Hollivudda “Global Nonviolent Film Festival”, Fransada isə “Mediterranean Film Festival Cannes” festivallarındaƏn yaxşı bədii film” adını qazanıb. Həmçinin, bu ekran əsəri Hollivudda “Global Nonviolent Film Festival”ın jurnalına daxil edilib.

Baş prodüser hesab edir ki, bu film Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəridir.

Bildirilib ki, ABŞ, İngiltərə Yaponiya kinoteatrlarında nümayiş etdirilən film “Oskar”ın siyahısına düşməyin bir addımlığındadır.

Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Gəncə Dövlət Dram Teatrının aktyorları Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Şirzad Pirallahı başqaları rol alıblar.

Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Xanlar, Tovuz Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması diqqətə çatdırılıb. Film real hadisələrə əsaslanır.

525-ci qəzet  2018.- 29 dekabr.- S. 12.