Bakıda Gəncliyin səsi festivalı

 

Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər Günü münasibətilə Mədəniyyət Turizm Nazirliyi tərəfindən ənənəvi olaraq keçirilən Gəncliyin səsi festivalının açılışı olub.

 

Festival Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

 

Əvvəlcə tədbir iştirakçıları Bakı Turizm Peşə Məktəbinin, Azərbaycan Turizm Menecment Universitetinin tələblərinin ASAN könüllüləri Mədəniyyət Mərkəzinin gənc üzvlərinin əl işlərindən ibarət fotosərgi ilə tanış olublar.

 

Açılış mərasimində mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edərək hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışıb. Nazir bildirib ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncamı, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət qayğısının bariz nümunəsidir. Həmin vaxtdan etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

 

Bildirilib ki, Gəncliyin səsi festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün uğurla davam etdirilir.

 

Diqqətə çatdırılıb ki, fevralın 6-dək davam edəcək festivalın paytaxtla yanaşı, Sumqayıt Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba Masallı rayonlarında keçirilməsi nəzərdə tutulub.

 

Daha sonra bir qrup istedadlı gənc mükafatlandırılıb. Mükafatçılar arasında Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin milli rəqs üzrə təhsil alan tələbəsi Nərmin Quliyeva, klassik rəqs üzrə təhsil alan Zəhra Tanrıverdiyeva, Aza Nurullayeva, o cümlədən, Turizm Menecment Universiteti, Üzeyir Hacıbəyli adına musiqi məktəbinin xüsusi fəallığı ilə seçilən tələbələri yer alıb.

 

Tədbir tələbələrin ifasında rəqs musiqi ifaları ilə davam edib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2018.-3 fevral.-S.9.