“Hüseyn Cavid - 135” şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Böyük Azərbaycan şairi dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə “Kaspi” təhsil şirkəti, “Kaspi” qəzeti, artkaspi.az mədəniyyət ədəbiyyat portalının birgə keçirdiyi “Hüseyn Cavid - 135” şeir müsabiqəsinin mükafatlandırma müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.

 

Tədbirdə tanınmış ziyalılar, millət vəkilləri, incəsənət xadimləri, yazarlar media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasnın sədri Əflatun Amaşov böyük ədib Hüseyn Cavidi ədəbiyyatımızın parlaq simalarından biri kimi səciyyələndirib. H.Cavidin Azərbaycan ədəbiyyatında əbədi iz qoyan dahi sənətkar olduğunu deyən Ə.Amaşov qeyd edib ki, böyük şairin nəşinin vətənə gətirilməsi xatirəsinin uca tutulması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

 

Sonra H.Cavidin həyat fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

H.Cavidi xoşbəxt sənətkar adlandıran “Kaspi” qəzetinin təsisçisi, yazıçı alim Sona Vəliyeva şairin bioqrafiyası, yaradıcılıq yolu barədə olduqca maraqlı fikirlər səsləndirib: “Şəxsiyyətləri mühit yetişdirir. Bu, birmənalıdır. Cavidin taleyi elə yazılmışdı ki, onun atası mütləq Şahtaxtıdan köçməli idi. Böyük dramaturq atasının qoyduğu molla məktəbindən qaçmalı, Sidqinin məktəbinə gəlib dünyəvi elmlərlə məşğul olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkürənin qovşağının bünövrəsində qurmalı idi. Hüseyn Cavidin taleyində türk dünyasının ən böyük filosoflarından, insanlarından dərs almaq yazılmışdı. O, məfkürənin nədən başlandığını digər prinsipləri öyrənməli idi belə oldu”.

 

S.Vəliyeva bildirib ki, Hüseyn Cavidin istər bədii, istər publisistik, istərsə nəsrlə yazdığı əsərlərdə məfkurə hakimliyi var: “O yazıbsa, orada iki xətt var: biri Tanrıya, biri milli məfkurəyə bağlılıq. Cavidin əsərlərində Allaha müraciətlər xüsusilə diqqət çəkir. Bu, çox vacib məqamdır. Hüseyn Cavid yazılarında öz ideyalarına sadiq qalıb. O, yazıbsa, xalq onunla qürur duyur. Böyük şair dramaturq daima öz əqidəsinə, məsləyinə, arxalandığı məfkurəyə sadiq qaldı. Bu gün biz Cavidə qayıtmaqla özümüzə qayıdırıq”.

 

Ümummilli lider Heydər Əliyevin görkəmli şairin məzarının Azərbaycana gətirilməsilə bağlı fəaliyyətindən söz açan S.Vəliyeva qeyd edib ki, ulu öndər Cavidləri möhtəşəm bir məqbərə altında topladı: “Bu, böyük şairə verilən böyük qiymət tarixi xidmətdir”.

 

Müsabiqə haqqında məlumat verən S.Vəliyeva vurğulayıb ki, 108-ə qədər müəllif arasında qaliblərin müəyyənləşdirilməsi üçün görkəmli söz adamlarından ibarət münsiflər heyəti təşkil olunub: “Bildiyimiz kimi, Cavidin əsas pinsipi ədalət idi ki, qaliblərin seçilməsində bu prinsipə əməl olunub. Qaliblər üçün diplom pul mükafatı ayrılıb. Mən bütün qalibləri təbrik edirəm. Bu səpkidə tədbirlərimiz davamlı olacaq”.

 

Müsabiqənin münsiflər heyətinin üzvü Xalq şairi Sabir Rüstəmxanlı, professor Cahangir Məmmədli digər çıxış edənlər Hüseyn Cavid haqqında, müsabiqənin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

 

Sonda müsabiqə qalibləri mükafatlandırılıb. Birinci yerə Əlizadə Nuri, ikinci yerə Yusif Mustafayev, üçüncü yerə Bəhruz Niftəliyev layiq görülüb. Müsabiqənin xüsusi mükafatları fərqlənən iştirakçılara verilib, yarışmaya göndərilən poetik nümunələrdən ibarət antologiya oxuculara təqdim olunub.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2018.-3 fevral.-S.4.