Qara Qarayev Gənclər Kitabxanasında yad edildi

 

Fevralın 7-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

 

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Tahir Sadıqov görkəmli sənətkarın Azərbaycan musiqisinin inkişafında açdığı yeni cığırdan bəhs edərək, onun novator sənətkar kimi bütün dünyada tanındığını bildirib.

 

Tədbirdə Əməkdar incəsənət xadimləri Elnarə Dadaşova, Sərdar Fərəcov, Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri Tofiq Əlizadə, şairlər Zərəngiz Qayalı, Zakir Ağdamlı, "Həkəri" qəzetinin baş redaktoru Rauf İlyasoğlu başqaları Qara Qarayevin milli xalq musiqimizin mayası, ruhu, muğamlarımızın rəngləri üzərində müasir Qərb musiqi texnikasından istifadə edərək klassik əsərlər yaratdığını, milli musiqi ənənələrimizi bütün dünyaya bəyan etdiyini söyləyiblər.

 

Bildirilib ki, görkəmli musiqi xadiminin həyat fəaliyyətində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının, daha sonra Moskva Dövlət Konservatoriyasının, orada dərs aldığı dünyaca tanınmış bəstəkar Dmitri Şostakoviçin böyük rolu olub. Onun tələbəlik illərindən başlayan yaradıcılığı qısa zaman ərzində keçmiş SSRİ- böyük əks-səda doğurub.

 

Bəstəkarın əsərlərinin Amerika Birləşmiş Ştatları, Fransa, Yaponiya, Avstriya, Almaniya digər ölkələrin simfonik orkestrləri tərəfindən sevilərək bu gün səsləndirildiyi vurğulanıb.

 

Tədbirin sonunda bəstəkarın yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.

 

XƏDİCƏ

525-ci qəzet  2018.- 9 fevral.- S.7.