Bişkekdə Qara Qarayevin 100 illiyi qeyd olundu

 

Azərbaycanın Qırğızıstandakı Səfirliyi Qırğız Respublikasının Mədəniyyət, İnformasiya Turizm Nazirliyi ilə birgə bu ilin fevral ayının 8-də Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera Balet teatrında Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə yubiley gecəsi qala-konsert keçirilib.

 

Yubiley gecəsində Qırğız Respublikasının Hökumət üzvləri, deputatlar, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri nümayəndələri, görkəmli ziyalılar - elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri soydaşlarımız iştirak ediblər.

 

A.Maldıbayev adına Milli Akademik Opera Balet Teatrının direktoru, Qırğızıstanın Əməkdar mədəniyyət xadimi Bolotbek Osmonov tədbiri açaraq, dahi bəstəkar Qara Qarayevin yubileyinin rəhbərlik etdiyi teatrda keçirilməsinin əhəmiyyətini bildirib. O, dahi bəstəkarın bütün dünyada olduğu kimi, Qırğızıstanda da çox sevildiyini, yubiley tədbirinə maraq 800 nəfərlik zalın tamamilə anşlaqı Qara Qarayevə məhəbbətlə bağlı olduğunu qeyd edib.

 

Sonra Qırğız Respublikası Mədəniyyət, İnformasiya Turizm nazirinin müavini Aynura Temirbekova çıxış edərək növbəti dəfə belə böyük tədbirin Bişkekdə keçirilməsinə son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün gördüyü işlərə görə Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinə təşəkkürünü bildirib. Nazir müavini Q.Qarayev sənətinin özünəməxsus təkrarsız xüsusiyyətlərindən, böyük bəstəkarın Qırğızıstanda da istedadlı tələbələrinin olduğundan danışıb.

 

Azərbaycanın Qırğızıstandakı Fövqəladə Səlahiyyətli səfiri Hidayət Orucov çıxışında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyi yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci ilin oktyabr ayının 17-də imzaladığı Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıraraq qeyd edib ki, bu möhtəşəm yubiley Azərbaycandan kənarda da keçirilir.

 

Səfir son illərdə həm Azərbaycanda, həm Qırğızıstanda bir çox vacib tədbirlərin keçirildiyini qeyd edib, qısa müddət ərzində Azərbaycan Qırğızıstan Respublikaları qardaş Azərbaycan qırğız xalqları arasında əməkdaşlığın dərinləşməsi möhkəmlənməsi, genişlənməsi, sonrakı inkişafı üçün möhkəm təməllər qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, bu müddət ərzində ölkələrimiz arasında mədəni mübadilə gücləndirilib. H.Orucov Qara Qarayevin SSRİ-nin ən yüksək fəxri adlarla, mükafatlarla təltif olunduğunu, ancaq Qarayev sənətinin bu fəxri adların mükafatların hamısından yüksəkdə dayandığını vurğulayıb.

 

Səfir bu ilin yanvar ayının 19-da iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu, ölkə başçılarımızın təbrik məktubları göndərdikləri barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Sonra Səfir Qırğız Respublikası Mədəniyyət, İnformasiya Turizm Nazirliyinə, Abdılas Maldıbayev adına Milli Akademik Opera Balet teatrının kollektivinə, Azərbaycandan gələn istedadlı opera müğənnilərinə, qırğız sənətçilərə bu unudulmaz gecənin keçirilməsində zəhmət çəkən bütün şəxslərə, eyni zamanda, zalda olan əziz qonaqlara, Qara Qarayev kimi dünya şöhrətli dahi bəstəkara göstərilən sədaqət sevgiyə görə öz təşəkkürünü bildirib.

 

Daha sonra gecə konsert proqramı ilə davam edib. Qala-konsertdə Qırğızıstanın Əməkdar artistləri Asel Bekbayeva, Bakıt Ibıkeyev, Qırğız Respublikasının Milli Akademik Opera Balet teatrının solisti Almaz İstambayev, Azərbaycanın Xalq artisti Azər Zeynalov, Əməkdar artist Afaq Abbasova iştirak ediblər.

 

Qala-konserti Azərbaycan Dövlət Akademik Opera Balet teatrının dirijoru, Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Qırğızıstanın A.Cumaxmatov adına Akademik simfonik orkestri müşayiət edib. Qala-konsertin baş rejissoru İskender Saatbayev olub.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet 2018.- 10 fevral.- S.17.