Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevlə bağlı elmi sessiya

 

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində görkəmli bəstəkar, Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş elmi sesiya keçirilib.

 

Akademiyanın rektoru, professor Timuçin Əfəndiyevin rəhbərliyi ilə keçirilən tədbirdə akademiyanın professor-müəllim heyəti ilə yanaşı Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Xalq artisti Elnarə Dadaşova   digər qonaqlar iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan T.Əfəndiyev Azərbaycanın musiqi tarixində Qara Qarayevin əvəzsiz xidmətlərindən danışıb:

 

Azərbaycan musiqi tarixinin ən yüksək zirvələrindən sayılan Qara Qarayev  xalqının qürur duyduğu  bəstəkar-alim, dünya musiqi mədəniyyətinin nadir simalarındandır. Görkəmli bəstəkar əvəzsiz bəstələrilə Azərbaycanı beynəlxalq aləmdə layiqincə tanıdıb.

 

Qara Qarayev bəstələrinin dahiliyi, möhtəşəmliyi şəksiz idi bunu öz çıxışlarında Şestokoviç, Şedrin, Mazel,  Stravinski kimi zamanın böyük musiqiçiləri etiraf ediblər. Onun dərin məzmunlu, zəngin, böyük ümumiləşdirmə qüvvəsinə malik musiqisi ümumibəşər mədəniyyətinin ən nadir səhifələrindən biri kimi əhəmiyyətlidir”.

 

Rektor onu da qeyd edib ki, Azərbaycanın elə guşəsi yoxdur ki,  orada hər bir kəs bu dahi sənətkarın musiqi dühasının sehrinə düşməsin. OnunYeddi gözəl”, “İldırımlı yollarla  baletlərindən, “Leyli Məcnunsimfonik poemasından xəbərsiz olsun.

 

Daha  sonra G.Abdullazadə Qara Qarayevin  yaradıcılığından bəhs edən geniş məruzəsi çərçivəsində Tofiq Quliyevin Qara Qarayev haqqında yazdığı arxiv materialı olan məktubu tədbir iştirakçıları üçün oxuyub Akademiyaya hədiyyə edib.

 

Elmi sessiyada Qara Qarayevin tələbələrindən olan E.Dadaşova da bəstəkar bağlı xatirələrini bölüşüb. Onun tələbəsi olmaqdan qürur duyduğunu deyib:

 

Fəxr edirəm ki, bu böyük şəxsiyyətin tələbəsi olmuşam. Qara Qarayev Azərbaycan xalqının ziyalısı, təkrarsız, özünəməxsus şəxsiyyəti idi” .

 

Elmi sessiyanın sonunda akademiyanın T.Əfəndiyev  Azərbaycan Respublikası Prezidentinin  Görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi haqqındasərəncamını rəhbər tutaraq akademiya tərəfindən xüsusi tədbirlər planının tərtib olunduğunu, həmin tədbirlərin il ərzində keçiriləcəyini bildirib.

 

Müşfiq  ŞAHANƏ

 

525-ci qəzet.-2018.-14 fevral.-S.8.