Litvada dahi bəstəkar Qara Qarayev yad edildi

 

Litvanın paytaxtı Vilnüsdə görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.

Tədbirdə Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev dünya şöhrətli Azərbaycan bəstəkarının həyat yaradıcılığından söz açaraq, onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb.

Litva Musiqi İncəsənət Akademiyasının dosenti Yudita Leitaite Balys Dvarionas Musiqi Məktəbinin direktoru Laimute Ujkuraitienenin dəstəyi ilə təşkil olunan konsert proqramında görkəmli bəstəkarın əsərləri ilə yanaşı, bir sıra bəstəkarların əsərlərinə müraciət edilib.

Litvanın tanınmış müğənnisi Yudita Leitatitenin iştirak etdiyi konsertdə dahi bəstəkarın "Altı pyes" silsiləsindən "Kiçik hekayə", "Usandırıcı fikir", "Dağlarda", "Unundulmuş vals", həmçinin, "Kiçik vals", "Pavana" əsərləri, habelə skripka fortepiano üçün sonatina, süita kantatalarından nümunələr ifa edilib.

 

XƏDİCƏ

 

525-ci qəzet.- 2018.- 15 fevral.- S.7.