Zəlimxan Yaqub Marneulidə anıldı

 

Gürcüstanın Marneuli rayonunda Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın Türkmənistanın bu ölkədəki səfirləri Dursun Həsənov Dövlətmurad Muradov, Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze, Marneuli şəhərinin bələdiyyəsinin rəhbərləri, parlamentin deputatları, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

GAK-ın sədri Hüseyn Yusubov tədbiri açdıqdan sonra deputat Ruslan Hacıyev Z.Yaqub haqqında xatirələrini danışıb, Xalq şairinin Azərbaycan-Gürcüstan dostluğunun inkişafındakı xidmətlərini qeyd edib.

Qubernator Qriqol Nemsadze Zəlimxan Yaqubun gürcü xalqının qəlbində daim yaşayacağını bildirib. O deyib ki, Z.Yaqub həm gürcü xalqının böyük oğludur.

Bildirilib ki, Z.Yaqubun ilk məcmu şeiri məhz böyük gürcü şairi Şota Rustaveliyə həsr olunmuşdu.

Sonra Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioglu, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov başqaları çıxış edib, Z.Yaqub haqqında xatirələrini bölüşüblər.

Məktəblilər, incəsənət ustaları Zəlimxan Yaqubun şeirlərini şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər.

 

XƏDİCƏ

 

525-ci qəzet.- 2018.- 15 fevral.- S.7.