Milli Kitabxanada "Əliağa Kürçaylı - 90" sərgisi

 

Fevralın 20-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının yubileyi münasibətilə "Əliağa Kürçaylı - 90" adlı kitab sərgisi açılıb.

 

Sərgidə şairin müəllifi olduğu Azərbaycan rus dilində olan kitabları, sözlərinə yazılmış musiqilər, redaktoru olduğu, tərcümə etdiyi, ön söz yazdığı kitablar şair haqqında ayrı-ayrı müəlliflərin yazmış olduqları kitablar, qəzet-jurnal materialları sərgilənib.

 

Sərginin nümayişi həftə ərzində davam edəcək.

 

525-ci qəzet.-2018.-21 fevral.-S.7.